![Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir?](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739475961_2025-01-09t012046z_22423232_rc206cabiuuk_rtrmadp_3_usa-trump-congress-pic_32ratio_900x600-900x600-19988.jpg)
"ABŞ Prezidenti Donald Tramp heç vaxt Qərbin Rusiyaya qarşı sanksiyalarını bir gecədə ləğv etməyə razı olmayacaq. O, bunu Ukraynada atəşkəs razılaşmasına əməl etməyin qarşılığı olaraq mərhələli şəkildə həyata keçirəcək".
Teleqraf xəbər verir ki, bu barədə "Asia Times" nəşrindəki məqalədə qeyd edilib.
“Rusiya dəfələrlə Qərbin bütün sanksiyalarının ləğvini tələb edib, lakin əminliklə demək olar ki, Tramp bunu heç vaxt açıq şəkildə qəbul etməyəcək”, - məqalədə deyilir.
Müəlliflərin fikrincə, Vaşinqton ilk növbədə Rusiya neftinin dəniz yolu ilə ixracına qarşı sanksiyaları ləğv edə bilər.