![İran dayanmadan təkrarlayır: İran dayanmadan təkrarlayır:](https://dia-az.top/uploads/posts/2025-02/1739472012_iran-ermenistan.jpg)
İranın regionun geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyi aydındır.
Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi Ermənistanın bu ölkədəki səfiri Qriqor Akopyanla görüşündə deyib.
O, İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqeyinə işarə ilə əlavə edib ki, İran İslam Respublikası regiondakı geosiyasi vəziyyətin dəyişməzliyi ilə bağlı öz mövqeyinə sadiq qalmaqda davam edir.
Görüş zamanı Ermənistan və İran arasında siyasi, iqtisadi, infrastruktur, enerji sahələrində əməkdaşlıq və regional hadisələrlə bağlı məsələlər müzakirə edilib.