![Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739453330_0001.jpg)
"34 nömrəli məktbədə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Bunu "DİA-AZ"ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildiriblər.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi vurğulanıb.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllim 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılıb.