![Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739447486_0001.jpg)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib.
"DİA-AZ" xəbər verir ki, bununla bağlı məlumat komitənin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, ötən il qurumun "860 - Gender əsaslı zorakılıqla bağlı Dəstək xətti"nə 330 müraciət daxil olub.
Vurğulanıb ki, dəstək xəttinə edilən müraciətlərin sayı 2023-cü illə müqayisədə 9,1% artıb.
Komitənin müraciəti əsasında verilən mühafizə orderlərinin sayı 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub.
Beləliklə, 2023-cü illə müqayisədə Komitəyə daxil olan müraciətlər əsasında verilən qısamüddətli mühafizə orderlərinin sayı 30% artıb.
Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.