![“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil”](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739472353_putin-baki-scaled-1-900x477.jpg)
“Ermənistan sülh danışıqlarını süni şəkildə ləngidir. İrəvanın bu siyasəti nəticəsində sülh müqaviləsinin imzalanmasına hələ də nail olunmayıb”.
Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, sülhdən danışan Ermənistanın eyni zamanda sürətlə silahlanması İrəvanın qeyri-səmimiliyindən xəbər verir:
“Paşinyan sülhlə bağlı müxtəlif bəyanatlar, müsahibələr versə də, sülh üçün əməli baxımdan heç bir ciddi addım atmır. Əksinə, biz Ermənistanın silahlanması prosesinə şahid oluruq. Bu fakt bir daha sübut edir ki, Ermənistan hakimiyyətinin sülh haqqındakı bəyanatları riyakarlıqdan başqa bir şey deyil və beynəlxalq ictimaiyyətin aldadılmasına hesablanıb”.