"Məni ispanlara və meksikalılara bənzədirlər. Görkəmimi də, özümü də. İkinci Mətanət başqa ölkədədir. Mənim bir kopyam da Hindistandadır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “Pərvizə görə” verilişində deyib. Sənətçi bir çoxlarının özünü ona bənzətməsindən danışıb:
“Özüm olub guya nə etdim? Kopyamı da tapsınlar. Onun da başına oyun açsınlar? Ürəyim İspanya ilə Meksikaya getmək istəyir. Arzum bu deyil, arzum başqa şeydir. Ana olmaqdır, bu arzuya həmişə hazıram. Lakin qayda-qanunla olsun istəyirəm".
İfaçı həyatında sevdiyi şəxsin olub-olmamasından söz açıb:
"Efirdə deyirəm, aləm bir-birinə dəyir. Onun efirdə nə işi var? Kimə lazımdır? Mən camaatın ərinə baxıram, maraqlanıram? Camaat mənimlə maraqlansın, otursun yerində. Deyirəm, gətir ərini mənə göstər? Göstərənlərin şəxsi işidir. O deyir, məni görməsələr, yaxşıdır. Məni gördünüz, bəsdir. Bu, həyatdır. Kinoda çəkilmirəm, nə də rola girmirəm. Mənim şəxsi həyatımdır. Mətanət elə deyil, nəyəmsə oyam. Kimsənsə mənimlə ora qədər danış. Mənə rol oynama. Həyatımda biri var. Gündə bir adam axtarım? Çoxdan var. Sən hələ dayan. İnsan başına gələnlərdən dərs alır. Çox hadisələr olub. Həyatımdan müğənniliyi silərdim, hər şey onun içindədir.
Mənə pislik edənlər özləri bilir, Allah bilir. Biri hamının gözünün qarşısında oldu. Vaxtilə elə bir insan mənə qurğu qurmuşdu ki... O, elə bilir, mən bilmirəm. Amma mənim “antenam” çox uzundur. Dəqiqəsində xəbər çatır ki, budur. O iş bitəndən sonra dedilər ki, onun işidir. O, adamdır ki, onun üzünə vurum? Diriykən ölüdür, kordur görmür, kardır eşitmir. Ona mən nə edim?".