![Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi?](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739193590_0001.jpg)
“Mən dəfələrlə bəyan etmişəm ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş strateji razılaşmaya sadiqdir, Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Armenpress”də dərc olunan məqaləsinin “Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi?” sərlövhəli hissəsində deyilir.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan SSR ərazisi daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan da Ermənistan SSR ərazisi daxilində Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyır.
O, həmçinin, Alma-Ata Bəyannaməsinin iki ölkə arasında sərhədin delimitasiyası prinsipinin əsası kimi qeyd edildiyi üçün artıq hər iki dövlətdə hüquqi qüvvə qazandığını qeyd edib.
“Bu kontekstdə vurğulamağı zəruri hesab edirəm ki, ordumuz Ermənistanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda istifadə edilməməlidir. Deməli, Ermənistanın Azərbaycana hücum etmək niyyəti ilə bağlı tezislər sadəcə olaraq uzaqgörənlikdir”, - Paşinyan əlavə edib.