"Modern Construction Group” MMC-yə çevrilir .....                     Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? .....                     “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır .....                     “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” .....                     Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” .....                     İran dayanmadan təkrarlayır: .....                     Paşinyan Münhenə getdi .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                 

"Bu o demək deyil ki, hərəkata üzv olan ölkənin ərazisində digər ölkənin qoşunları olmasın" - deputat
Tarix: 13-01-2021, 10:06 | Çap et
"Bu o demək deyil ki, hərəkata üzv olan ölkənin ərazisində digər ölkənin qoşunları olmasın"
Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdiriləcəyi barədə son günlərdə yayılan xəbərlər gündəmdən düşmək bilmir. Azərbaycan Müdafiə Nazirliyinin bu xəbərə verdiyi təkzibdə keçən bir cümlə maraq doğurub. Həmin cümlə belə idi: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”.

Hər kəsə bəllidir ki, 44 günlük II Qarabağ savaşında dönəm sədri olduğumuz bu hərəkat Azərbaycana çox ciddi dəstək verdi və hətta ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyətli mövqelərindən dolayı onları “kişi” adlandırdı. Bütün bunlardan çıxış etsək, Müdafiə Nazirliyinin təkzibində keçən o cümlənin ciddi suallara yol açacağı gözlənilən idi.

Qoşulmama Hərəkatı bizə Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə əngəldirmi? Türk bazalarının Azərbaycanda olması mümkünsüzdürmü? Hüquqən, başqa hansısa yollar varmı və hansı anlaşmalar əsasında, Türk Ordusunun Azərbaycanda qalıcı olmasını təmin etmək mümkündür?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev türk ordusunun Azərbaycanda olmasını hər kəsin istədiyini bildirdi: “Azərbaycan öz ərazisində hansı ölkənin qoşunlarını yerləşdirməklə bağlı qərarı özü verir. Qoşulmama Hərəkatının bu məsələyə aidiyyətinin olması mən bilən yoxdur. Azərbaycan müharibəyə hazırlaşmır. O qoşunları öz ərazisində yerləşdirəndə bunu hər hansı bir təhlükəyə qarşı etmir, yaxud başqa bir ölkəni işğal etmək istəmir. Bütün bunlar tam şəffaf olaraq qarşılıqlı etimad, qardaşlıq, dostluq münasibətlərinə uyğun yerinə yetirilir. Qoşulmama Hərəkatına üzv ölkələrin ərazisində digər ölkələrin qoşunları var. Bu o demək deyil ki, hərəkata üzv olan ölkənin ərazisində digər ölkənin qoşunları olmasın. Türkiyə qoşunlarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı qərarı xalqın tələb etməsi yerinə düşür, amma bu ictimai rəylə çözülən məsələ deyil. Bunun olması üçün Azərbaycan və Türkiyə hazırda regionda olan durumu nəzərə alır. Bunun yerinə yetirilməsi üçün Azərbaycanda işlər aparılır. Bilirsiniz, hər şeyi açıq demək olmur. Bəyanatla hər şeyi açıq şəkildə səsləndirmək də düzgün olmazdı. Amma bu məsələ diqqətdədir. Dövlət heç də bunu tələb edənlərdən az istəmir. Lakin müəyyən məsələlər var ki, o məsələlərin uyğunlaşdırılması lazımdır. Bundan sonra Azərbaycan öz qərarını verə bilər. Dövlət də, bizlər də maraqlıyıq ki, Türkiyə ordusu ölkəmizdə olsun. Mənim üçün Azərbaycan və Türkiyə eyni dövlətdir. Bizim üçün problem olan deyil. Bir dövlət də ola bilərik, bir millət olaraq, iki dövlət də. Millət də, ölkə rəhbərliyi də belə bilir”.

Hüquq müdafiəçisi Əvəz Həsənov burada əsas söz sahibinin Azərbaycan olduğunu söylədi: “İnanmıram ki, Qoşulmama Hərəkatı Azərbaycana hər hansı bir əngəl yarada bilər. Hərəkatın o səlahiyyəti və bağlayıcılığı olmamalıdır. Üstəlik, Azərbaycan bu hərəkatın dönəm sədridirsə, ümumiyyətlə, Qoşulmama Hərəkatının heç bir bağlayıcılığı yoxdur. Türkiyə məsələsinə gəlincə, qardaş ölkə savaşın başlamasından və bitimindən, eləcə də 9-10 noyabr və 11 yanvar görüşü də daxil olmaqla, bir müəmmadır. Türkiyə öz müəmmalığını qoruyur. Qardaş dövlətin sanki bura gəlməsində həvəsli deyilik kimi mənə elə gəlir. Düzdür, deyirlər ki, Rusiya buna mane olmur, yaxud Türkiyənin özü hələ ki gəlmək istəmir. Bunların olması da mümkündür. 11 yanvar görüşü də üçtərəfli oldu və əslində biz onun dördtərəfli olmasını gözləyirdik. Heç bir sənəddə və görüşdə rəsmi Ankaranın adı keçmədi. Düzdür, bizə təskinlik verirlər ki, Türkiyə buradadır, bazasını qurur və s. Diqqət edirəm, qardaş ölkədə də narahatdırlar ki, Türkiyə masada niyə yoxdur. Ümumiyyətlə, bu görüşlərin müəmmalı tərəfləri çoxdur. Hesab edirəm ki, Türkiyənin gəlməsində bir narahatlıq hökm sürür. Niyə bunu istəmirlər, kim istəmir, Rusiya, yoxsa Azərbaycan, bunlar başqa mövzunun söhbətidir. Amma buna mane olanlar varsa, bunun Qoşulmama Hərəkatına bir aidiyyəti yoxdur. Türk bazalarının ölkəmizdə qurulması çox rahat bir məsələdir. Bu, Azərbaycan və Türkiyəni bir-birinə bağlayan məsələdir. Hər iki qardaş ölkə arasında müqavilə imzalanıb. Bu hərbi müqavilədir və 2010-cu ildəkinin təkrarı olub. Müqavilənin yenilənmə vaxtı 2021-ci ilin fevralında olmalıdır. İndi biz bu məsələdə Rusiya və Türkiyənin yaxınlıq, yaxud düşmənçilik etdiyini tam ayırd edə bilmirik, çox mürəkkəb bir məsələdir. Burada əsas məsələlərdən biri də odur ki, Azərbaycan xalqı informasiya mühasirəsində saxlanılır. Bütün hallarda Qoşulmama Hərəkatının bəhanə gətirilməsini doğru hesab etmirəm. Bu hərəkatlıq burada heç bir şey yoxdur. İnanın ki, Rusiyalıq da burada bir şey yoxdur. Burada toy sahibi Azərbaycandır. Dəvətnaməni o göndərir. Biri var ki, ”Facebook"dan elan verəsən ki, ay millət, övladıma toy edirəm, istəyən gəlsin, heç kim təbii ki, gəlməz. Amma biri də var ki, dəvətnamə yazırsan, adama zəng edirsən, evinə gedirsən, dəvətnaməni verirsən, deyirsən ki, sən çox önəmli adamsan, sən olmasan toyum toy olmaz. Baxın, Azərbaycan Türkiyəni belə dəvət etməlidir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Modern Construction Group” MMC-yə çevrilir - SƏHMDARLARI TOPLANIR
Bu gün, 00:02
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Dünən, 23:46
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Dünən, 23:41
“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Dünən, 22:44
Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Dünən, 22:42
İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Dünən, 22:39
Paşinyan Münhenə getdi
Dünən, 22:38
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Dünən, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Dünən, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Dünən, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Dünən, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Dünən, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Dünən, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Dünən, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Dünən, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Dünən, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Dünən, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Dünən, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Dünən, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Dünən, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Dünən, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Dünən, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Dünən, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Dünən, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Dünən, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Dünən, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Dünən, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Dünən, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Dünən, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dünən, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Dünən, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Dünən, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Dünən, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Dünən, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Dünən, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Dünən, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Dünən, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Dünən, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Dünən, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Dünən, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Dünən, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Dünən, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Dünən, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Dünən, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Dünən, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru