Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb .....                     Göygöldə 20 illik şirkət bağlanır .....                     "Modern Construction Group” MMC-yə çevrilir .....                     Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? .....                     “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır .....                     “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” .....                     Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” .....                     İran dayanmadan təkrarlayır: .....                     Paşinyan Münhenə getdi .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                 

"UNESCO-nun Azərbaycanı tənqid etməsi təəccüb doğurur" - ETİRAZ
Tarix: 30-12-2020, 08:34 | Çap et
"UNESCO-nun Azərbaycanı tənqid etməsi təəccüb doğurur"
Fransa senatı, Belçika, Niderland, hətta cırtdan Lüksemburqun parlamentləri azmış, indi də UNESCO kimi nüfuzlu təşkilat Azərbaycana münsibətdə qərəzini gizlətmir.

30 il ərzində Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə olsun çağırışlara cavab vermədiyi halda, son dövrlər ölkəmizə missiya göndərmək istəyini dilə gətirir, erməni kilsələrinin təəssübünü çəkir, Bakıya tənqidi mövqedən yanaşır.

Xüsusən də təşkilata fransız rəhbər seçiləndən sonra Azərbaycanla münasibətdə aşkar qərəz hiss olunur.

Halbuki 2010-cu ildə UNESCO-nun baş direktoru olan İrina Bokova Azərbaycana rəsmi səfər etmişdi, münasibətlər yüksək səviyyədə idi.

Yeni rəhbər Odre Azuley gələndən sonra isə Azərbaycana münasibətdə xüsusi qərəz görünür. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müsahibəsində bildirib ki, rəsmi İrəvan indi “timsah göz yaşları tökmək” və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Onun sözlərinə görə, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirməyib, hətta bəyanat belə verməyib: “Ermənistanın törətdiyi vəhşiliklər, vandallıq, talançılıq barədə son aylarda dünya mediasında çoxsaylı məlumatlar getdi, reportajlar hazırlandı. UNESCO Ermənistanın bu qanunsuz əməllərinə adekvat reaksiya verməli və bunları pisləməlidir. Lakin paradoksal odur ki, həm Vətən müharibəsinin gedişatı zamanı, həm də ondan sonra UNESCO anlaşılmaz, reallıqdan uzaq və yanlış istiqamətdə olan bir sıra bəyanatlarla çıxış etdi. Bugünlərdə isə UNESCO-nun Baş direktorunun müavini missiya ilə bağlı Azərbaycandan cavab gözlədikləri barədə açıqlama verib.

İlk növbədə, bildirmək istərdim ki, bu açıqlamanın məzmunu və tərzi Azərbaycan tərəfi üçün qəbuledilməzdir və açıq-aşkar qərəzli mahiyyət daşıyır. Azərbaycan multikultural və tolerant ölkə olaraq öz ərazisində yerləşən bütün mədəni, dini abidələrin qorunmasını təmin edir. İstər müsəlman abidəsi olsun, istər yəhudi, istərsə də xristian. Elə təkcə bir fakt - bu yaxınlarda Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilməsi bunun bariz nümunəsidir.

UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartmaları bizdə bir sıra suallar doğurur. Bəs əvvəllər niyə UNESCO missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO buna niyə reaksiya vermirdi?! Cənab Prezidentin qeyd etdiyi kimi, elə çıxır ki, məscidi dağıtmaq olar?!

Amma ortada heç bir əsas olmadığı halda işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi bəzilərini, o cümlədən UNESCO rəhbərliyini “yaman narahat edir”. Bir daha vurğulamaq istərdim ki, biz ölkəmizdə olan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır və onları mühafizə edirik. Lakin UNESCO-nun reaksiyasından belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu bir halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir".

Amma məsələ təkcə UNESCO deyil, onun rəhbərinin fransız olması ilə bağlıdır. Mərkəzi qərargahı Fransada olan UNESCO-nun tutduğu mövqenin nədən qaynaqlandığı aydındır.

44 günlük müharibədə həmsədr ölkə Fransa, onun prezidenti Emmanuel Makron heç bir balans gözləmədən ermənilərin tərəfini saxladı. Makron açıq şəkildə Ermənistanı dəstəklədi, hətta Azərbaycanı təcavüzkar adlandırmaqdan belə çəkinmədi. Müharibədən sonra isə Fransa senatı Qarabağdakı qondarma respublikanı tanımaq barədə qətnamə qəbul etdi. Sözsüz ki, o əski parçasının heç bir hüquqi qüvvəsi, təsiri yoxdur. Lakin UNESCO-nun bizə qərəzi də məhz Fransanın siyasətinin tərkib hissəsi kimi görünür. Fransız təşkilat rəhbəri içindəki ermənipatiyanı gizlətmir. Ümumiyyətlə, fransızlar harada varsa, orada erməniyə işləyirlər, Azərbaycana qarşı qərəzlərini göstərirlər. Bu, Fransa kimi Avropa nəhənginə yaraşmır.

Bu mövzuda fikirlərini bizimlə bölüşən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq təşkilatların sədrlərinin hansı ölkələri təmsil etməsi, baxış bucaqları həmin quruma təsir edir.

Onun sözlərinə görə, Azərbaycanla UNESCO əlaqələri hər zaman sıx olub: “Amma müharibədən bəri UNESCO obyektivliyini pozur, ikili standartlardan çıxış edir. Ona görə çox haqlı olaraq Hikmət Hacıyev faktlara söykənərək UNESCO-nun qərəzli siyasəti haqda açıqlamalar verib. Azərbaycan nəinki xristian, yəhudi icmaların kilsələrini, dini abidələrini qoruyur, bərpa edir, eyni zamanda Fransada, xüsusən İtaliyada dini muzeylərin, kilsələrin bərpası istiqamətində addımlar atıb. Belə olan halda UNESCO-nun Azərbaycanı tənqid etməsi təəccüb doğurur”.

Z.Məmmədovun fikrincə, əgər O.Azuley müxtəlif dini abidələr haqda narahatdırsa, o zaman Ermənistana getsin, müsəlman abidələrinin yox edilməsini araşdırsın: “İrəvanda yalnız bir məscid qalıb, qalanları dağıdılıb. UNESCO yaxşı olar ki, Füzuliyə, Zəngilana, Ağdama gedib baxsın, ermənilərin vəhşiliyini görsün, məscidlərin tövləyə çevrilməsinə gözlərini açıb şahid olsunlar. Ümumiyyətlə, fransız sədr Makron kimi erməni xalqının yox, Fransa xalqının maraqları ilə məşğul olmalıdır. Bu cür şəxslər ifşa olunmalıdır.

Çünki fransız xalqının səsini alandan sonra erməni diasporasının təsiri altına düşüb korrupsiyaya bulaşırlar. Üstəlik, UNESCO-nun nüfuzuna vurduğu ziyan haqda fikirləşməlidirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb
Bu gün, 00:14
Göygöldə 20 illik şirkət bağlanır
Bu gün, 00:05
"Modern Construction Group” MMC-yə çevrilir - SƏHMDARLARI TOPLANIR
Bu gün, 00:02
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Dünən, 23:46
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Dünən, 23:41
“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Dünən, 22:44
Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Dünən, 22:42
İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Dünən, 22:39
Paşinyan Münhenə getdi
Dünən, 22:38
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Dünən, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Dünən, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Dünən, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Dünən, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Dünən, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Dünən, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Dünən, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Dünən, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Dünən, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Dünən, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Dünən, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Dünən, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Dünən, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Dünən, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Dünən, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Dünən, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Dünən, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Dünən, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Dünən, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Dünən, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Dünən, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Dünən, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dünən, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Dünən, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Dünən, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Dünən, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Dünən, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Dünən, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Dünən, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Dünən, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Dünən, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Dünən, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Dünən, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Dünən, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Dünən, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Dünən, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru