Göygöldə 20 illik şirkət bağlanır .....                     "Modern Construction Group” MMC-yə çevrilir .....                     Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? .....                     “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır .....                     “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” .....                     Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” .....                     İran dayanmadan təkrarlayır: .....                     Paşinyan Münhenə getdi .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                 

"Bunun üçün təzədən Sülh Platforması”nı bərpa etməyə ehtiyac görmürəm" - Partiya sədri
Tarix: 29-12-2020, 09:38 | Çap et
"Bunun üçün təzədən Sülh Platforması”nı bərpa etməyə ehtiyac görmürəm"
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasa, Qarabağda xoşagəlməz proseslər hələ bir müddət də davam edə bilər.

Bir sıra ekspertlər hesab edir ki, iki ölkə arasında sülh sazişinə ehtiyac var və yalnız bu yolla münaqişənin hazırkı etapını keçmək mümkündür.

Bu anlaşma həm uzunmüddətli sabitliyə xidmət edə bilər, həm düşmən ölkənin özü üçün iqtisadi nəfəslik olar.

Hazırda ermənilərin Dağlıq Qarabağda qalan silahlı birləşmələri bütün prosesi pozmağa, 10 noyabr sənədini korlamağa cəhd edirlər.

Onların atəşkəsə riayət etməməsi, təxribatlara əl atması məhz sülh sazişini qüvvədən salmağa hesablanıb. Lakin ortada Rusiya prezidenti Vladimir Putinin imzasının olmasından söhbət gedir. Bu, o qədər asan deyil.

Amma 10 noyabr bəyanatından əlavə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi son dərəcə vacibdir.

Bir sıra ekspertlər də sülh sazişini müzakirəyə çıxarıb. Həmçinin xatırladılır ki, 2016-cı ildə “Sülh Platforması” varıydı.

2016-cı ilin dekabrında yaradılan “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmişdi. Onun yenidən işə düşməsi gündəmə gələ bilər.

Hətta 2017-ci ildə “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayı keçirilmişdi. 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilmişdi. Lakin bu layihə sona qədər alınmadı.

Sülh Platforması adı altında keçirilən görüşlərin, digər adlar altında, oxşar formatlarda keçirilməsinin şahidi olmuşuq ki, yekunda sonda bu cür görüşlər, hər zaman olduğu kimi nəticə əldə etmədən sona yetib.

Azərbaycan həmişə sülh təşəbbüsləri ilə çıxış edir. Azərbaycan-Ermənistan Sülh Platforması da buna əsaslanmalıdır.

Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan bu platformanın işi xalqlar arasında sülhü təmin etmək, etimad mühitini formalaşdırmaqdan ibarət olmalıdır.

Xüsusən Qarabağdakı silahlı quldur dəstələrinin pozuculuq fəaliyyətinin qarşısının alınması, üçtərəfli bəyanatın davamı olaraq bölgədə sülhün təmin olunması üçün bu cür görüşlər ola bilər.

O dövrdə “Sülh Platforması”nın İdarə Heyətinin üzvü olmuş hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, bu gün həmin platformanın fəaliyyətinin bərpasına kifayət qədər ehtiyac var.

N.Cəfəroğlu hesab edir ki, ümumiyyətlə, sülh platformasının həmişə olması vacibdir: “Çünki istər-istəməz ermənilərlə yanaşı yaşayırıq. Bu, xoşumuza gəlməsə də belədir. Nə onlar harasa köçəcək, nə də biz...

Eyni zamanda “Sülh Platforması” ona görə əhəmiyyətlidir ki, bütün millətlərə “hamısı pisdir” demək olmaz.

Məsələn, nə qədər erməni bizə məktub yazmışdı, bizimlə danışmışdı, hətta bizi Şuşanın qayıtmasına görə təbrik edənlər olmuşdu.

O baxımdan mənə elə gəlir ki, “Sülh Platforması” təkcə ermənilərlə münasibətlərə görə deyil, bütün qonşu dövlətlərlə normal əlaqələr qurmaq nöqteyi-nəzərdən mühümdür.

Bunu erməni-azərbaycanlı platforması yox, bütün xalqlarla sülh içində yaşamaq platforması adlandırmaq olar".

Hüquq müdafiəçisinin sözlərinə görə, həmin platformanın yenidən işlənib hazırlanmasına, cəmiyyətə təqdim olunmasına ehtiyac var:

“Cənab Prezident İlham Əliyev bildirib ki, Xankəndində və digər ərazilərimizdə qalan ermənilər Azərbaycan vətəndaşlarıdır. O halda ”Sülh Platforması" çərçivəsində yanaşı yaşamağı öyrətməliyik.

Nəzərə almaq lazımdır ki, dünya bizə baxır, bizdən danışır, birgəyaşayışın necə olduğunu nümayiş etdirməliyik.

Mən hesab etmirəm ki, erməniləri qucaqlayaq, keçmişdə olanları unudaq, bu, mümkün deyil.

Bu müharibədə də 2800-dən artıq şəhidimiz oldu. Amma qarşı tərəfin itkisi qat-qat daha çoxdur. Müharibə bitib. Yanaşı yaşamağı qəbul etməliyik.

Biz bölgədə sülhün təmin olunması, regionda uzunmüddətli sabitlik üçün ruslar, farslar, gürcülərlə də dostluq etməliyik, amma dostumuzu və düşmənimizi yaxşı tanımalıyıq".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə “Yeni Müsavat”a açıqlamasında bu ideyanı dəstəkləmədi. Onun fikrincə, həmin dövrdə də “Sülh Platforması” Azərbaycanın maraqlarına uyğun gəlmirdi.

“Bu layihə guya xalqları bir-birinə yaxınlaşdıracaqdı, müharibə yekunlaşacaqdı. Bu proses alınmadı. Kökündən yanlış yanaşma idi.

Sadəcə, Qərb ölkələri bizi barışdırmağa çalışırdı. İndi “Sülh Platforması”nın yenidən dirçəldilməsinə zərurət görmürəm".

Partiya sədri hesab edir ki, Azərbaycan Ordusu ərazilərin böyük hissəsini azad edib, burada qalan ermənilər istəyirsə vətəndaşımız kimi yaşasınlar: “Onların təhlükəsizliyi tərəfimizdən təmin olunub. Bunun üçün təzədən Sülh Platforması”nı bərpa etməyə ehtiyac görmürəm".

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, əgər Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasının vacibliyindən danışırsa, o halda yeni bir sülh danışıqları gündəmə gələ bilər.

Onun fikrincə, Paşinyan hakimiyyəti gələcəyə baxmağın tərəfdarıdır: “O, dəfələrlə erməni ictimaiyyətinə səslənib ki, müharibəni unudun, nəticələrini yaddan çıxarın, sabaha baxmaq lazımdır.

Hələ ki mötədil mövqedən çıxış edir. Bu baxımdan hər iki tərəfin ziyalılarından, tanınmış siyasi xadimlərindən təşəkkül tapan bir platformanın təsis olunması ideyası meydana gələ bilər.

Bu görüşlər xalqlar arasındakı nifrətin azalmasına, yanaşı yaşamağa öyrəşməyə xidmət edə bilər. Azərbaycan onsuz da işğala son qoyub, torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbə vurub, erməni ordusu çətin ki, özünə gələ bilsin, onlar da regionda sülh içində yaşamalı olduqlarını yaxşı anlayırlar.

Bu platforma bir günün işi deyil, əleyhinə çıxanlar da olacaq. Amma prosesi davam etdirmək lazımdır. Alternativ yoxdur, əks halda, erməni daşnakları vaxtaşırı pozuculuq hərəkətlərinə yol verəcəklər.

Onlar Ermənistan iqtidarına da tabe olmayan qüvvələrdir və bütün prosesi korlamaqla məşğuldurlar".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Göygöldə 20 illik şirkət bağlanır
Bu gün, 00:05
"Modern Construction Group” MMC-yə çevrilir - SƏHMDARLARI TOPLANIR
Bu gün, 00:02
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Dünən, 23:46
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Dünən, 23:41
“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Dünən, 22:44
Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Dünən, 22:42
İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Dünən, 22:39
Paşinyan Münhenə getdi
Dünən, 22:38
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Dünən, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Dünən, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Dünən, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Dünən, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Dünən, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Dünən, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Dünən, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Dünən, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Dünən, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Dünən, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Dünən, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Dünən, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Dünən, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Dünən, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Dünən, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Dünən, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Dünən, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Dünən, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Dünən, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Dünən, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Dünən, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Dünən, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dünən, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Dünən, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Dünən, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Dünən, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Dünən, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Dünən, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Dünən, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Dünən, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Dünən, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Dünən, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Dünən, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Dünən, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Dünən, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Dünən, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Dünən, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Dünən, 14:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru