"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Tarix: 17-06-2019, 10:21 | Çap et
!["Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..." "Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."](/uploads/posts/2019-06/thumbs/1560752461_0001.jpg) Son günlər cəbhə bölgəsində gərginlik artmağa başlayıb və tərəflər bir birinə əzələ nümayiş etdirməkdə həvəsli görsənirlər. Çoxları bir suala cavab axtarır, Aprel döyüşlərinin ardından İyun və ya İyul döyüşü üfüqdə görsənirmi? Aktiv hərbi əməliyyatlar başlasa, bu dəfə eskalasiyanın qarşısını da 2016-cı ilin aprelində olduğu kimi bir neçə gündə almaq müyəssər olacaqmı? Yoxsa bu dəfə ikinci Qarabağ savaşı qaçılmaz olacaq?
Moderator.az-ın bu sualını politoloq Nəzakət Məmmədova cavablandırıb:
"Dağlıq Qarabağ cəbhəsində döyüş əməliyyatlarının başlamasına səbəb olan bir neçə amil ola bilər. Müharibənin alovlanmasına birinci səbəb Rusiyanın Ermənistandakı maraqlarına real təhdidin artması ola bilər. Paşinyan müxtəlif səbəblərdən, o cümlədən xarici güclərdən Rusiyanı Ermənistandan uzaqlaşdırmaq üçün real tədbirlər görmək təlimatı alsa, Rusiya onu cəzalandırmaq üçün mütləq Qarabağ cəbhəsində əməliyyata başlamaq göstərişi verəcək. Nəticədə, Paşinyanın əhali arasında reytinqi azalacaq və hakimiyyəti itirməsi an məsələsi olacaqdır. Rusiyanın Paşinyanı cəzalandırmaq cəhdi özünü cəbhə xəttində büruzə verəcəkdir. Ermənistanın məğlubiyyəti labüddür. Əvvəla, Ermənistan ordusu Rusiyanın əyalətlərindən birindəki hərbi hissə statusundadır. Müstəqil olmayan dövlətin ordusu da müstəqil ola bilməz. Digər tərəfdən, Rusiya və KTMT Ermənistana lazımi yardımı göstərməyəcəksə, ümumiyyətlə məğlubiyyət qaçılmazdır. Ermənistan ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu belə Azərbaycana verib, geri çəkilsə, məsuliyyət Ali Baş Komandan Paşinyanın üzərində qalacaqdır. Bu cür proseslər üçün dəqiq tarix müəyyən etmək çətin olsa da, 2020-ci ildə bütün Cənubi Qafqazda bir siyasi, bəlkə də hərbi təlatüm olacağı istisna olunmur. Səbəblər çoxdur. Azərbaycanda və Gürcüstanda parlament seçkiləri, Ermənistanda hakimiyyətdaxili mübarizənin davam etməsi və s. Eyni zamanda, 2020-ci ildə qondarma separatçı rejim işğal olunmuş Azərbaycan torpaqlarında "prezident seçkiləri" keçirməyi planlaşdırır. ABŞ bu hadisədən istifadə edib, "seçkilər"də öz adamını hakimiyyətə gətirə bilər. Çünki Ermənistandakı inqilab Dağlıq Qarabağda uğurla yekunlaşmasa, proses yarımçıq qala bilər. Dağlıq Qarabağ Paşinyan üçün zəif vurulma nöqtəsi olaraq qalır, onu istənilən vaxt Qarabağ kartı ilə vura bilərlər. Ermənistan hakimiyyəti son 30 ildə Qarabağ kartı üzərində hakimiyyətə gəlir və hakimiyyətdən gedir. Ona görə də, Rusiyanın Ermənistana ən böyük təsir vasitəsi olan Qarabağ kartını onun əlindən almaq üçün ABŞ hərəkətə keçib 2020-ci il separatçı rejimdəki qondarma "seçkilər"də iğtişaş, xalq hərəkatı yarada bilər və hakimiyyəti özünə yaxın adama ötürüb Qarabağ məsələsini öz planı üzrə həll edə bilər. Bu təhlükəni hiss edən Bako Saakyan artıq 2020-ci il "seçkilərində" "prezidentliyə" namizəd olmayacağını açıqlayıb. Çünki, Sarkisyanın devrilməsinə birinci səbəb uzun müddət hakimiyyətdə olub, avtoritar rejim yaratması idi. Eyni ittihamlarla devrilmək ehtimalı olan Saakyanın yerinə Moskva başqa bir namizəd hazırlayaraq, inqilab əmrinin Amerikadan deyil, Moskvadan verilməsini təmin etməklə vəziyyət üzərində nəzarəti saxlamaq istəyir. Əgər şəraitə nəzarət itirilməyə başlasa, Moskva Qarabağ ermənilərini küçəyə çıxıb rəngli inqilab etməkdən çəkindirmək üçün xarici təhlükə amili ortaya atacaqdır ki, bu da Azərbaycanın hücum əməliyyatları ola bilər".
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30 |
|
|
|
• DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16 |
|
|
|
• Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11 |
|
|
|
• Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07 |
|
|
|
• Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05 |
|
|
|
• Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34 |
|
|
|
• Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30 |
|
|
|
• Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21 |
|
|
|
• "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16 |
|
|
|
• “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12 |
|
|
|
• Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03 |
|
|
|
• TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01 |
|
|
|
• İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40 |
|
|
|
• Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38 |
|
|
|
• Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29 |
|
|
|
• Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24 |
|
|
|
• "Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47 |
|
|
|
• Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41 |
|
|
|
• Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35 |
|
|
|
• Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33 |
|
|
|
• "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26 |
|
|
|
• Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43 |
|
|
|
• Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40 |
|
|
|
• "Gündə bir adam axtarım?"
Dünən, 19:33 |
|
|
|
• Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31 |
|
|
|
• Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26 |
|
|
|
• “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10 |
|
|
|
• "Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02 |
|
|
|
• Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58 |
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56 |
|
|
|
|