Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır .....                     DSMF qanunları NECƏ RAM EDİR... .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: .....                     Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var .....                     Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? .....                     Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı .....                     Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri .....                     Məktəb direktoru ÖZBAŞINA QALIB... .....                     Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? .....                     "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" .....                     “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” .....                     Günahın etirafı: cinayətə qarşı sükut... .....                     Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb .....                     TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? .....                     İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı .....                     Təyyarə qəzası: Əliyev tələbində haqlıdır .....                     Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB .....                     Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI .....                     "Kremldə çevriliş mümkündürmü?" .....                     Bəhruz Məmmədov niyə “minaya” düşdü? .....                     Üç polkovnikə vəzifə verildi .....                     Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü .....                     "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" .....                     Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq .....                     Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır .....                     Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ .....                     "Gündə bir adam axtarım?" .....                     Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                 

İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı - ilginc açıqlamalar
Tarix: 14-06-2019, 08:23 | Çap et
İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı
İyunun 4-də Bakıda Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısı keçirilib. Tədbirdə ittifaqın sədri Rüstəm İbrahimbəyov bir sıra vədlər verib, kinonun və aktyorların maddi problemlərinin həlli yollarından danışıb.

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Yeni Müsavat”a bildirdi ki, iclas 11-ci qurultaya hazırlıqla bağlı olub:

““İclasdakı müzakirələr göstərdi ki, sənədli, bədii və animasiya filmi sahələrində problemlər var. Bu problemlər qurultayın gündəliyinə çıxarılmalıdır, əməli təkliflər verilməlidir. Eyni zamanda ssenarilər seçimi ideal, effektiv mexanizm üzərində deyil, maliyyələşmə şəffaflıq prinsipi ilə xərclənməyib, bütün bunlar düzəlməlidir. Əsas təsbitlərdən biri də bu oldu ki, kino tamaşaçısı səviyyəsi problemi var. Söhbət dövlətin kinoya ayırdığı vəsaitlərdən gedir. Təkcə şəffaflıq deyil, effektivlik məsələsi də var. Bilirsiniz ki, son 2 ildə Maliyyə Nazirliyi kinoya ayrılan vəsaiti azaldıb. Amma bununla yanaşı, respublika prezidenti film istehsalına 5 milyon ayırıb. Onun verilmə şərti yeni kino konsepsiyasının qəbul edilməsidir. Sadəcə, idarəçilik effektiv mexanizmə əsaslanmalıdır. Mədəniyyət Nazirliyinin şöbəsi statusunda struktur özünü doğrultmur.

Daha səlahiyyətli, dövlət və özəl studiyaların bərabərhüquqlu işini təmin edən struktura ehtiyac var. Dövlətimiz kino qarşısında alnıaçıq, üzüğadır. Lakin vəsaiti idarə edənlər etimadı hələ doğrultmayıblar".

Ə.İ.Cabbarov bildirdi ki, İbrahimbəyovun tapşırıqlarından biri də Kino Evinin açılması, Kino Məktəbinin fəaliyyətinin bərpası, 2 avqust Kino Gününə və noyabrda keçiriləcək 11-ci qurultaya hazırlıq olub.

Ə.İ.Cabbarov ittifaqa yeni üzvlərin qəbulu və xalq artisti Rasim Balayevin qoşulub-qoşulmayacağı barədə də danışdı: “Rasim müəllim ittifaqımızın üzvüdür və İdarə Heyətinin iclasında aktiv iştirak etdi.

Əməkdar artistlər Füzuli Hüseynov, Aydın Əliyev, Əfqan Soltanov, kinorejissor Kamran Şahmərdan və Rodion İsmayılov yeni üzvlər sırasındadır. Ümumilikdə 20-yə yaxın üzv qəbul olundu".

İttifaqın katibi İbrahimbəyovun kino ittifaqının xalq artisti Şəfiqə Məmmədovanın rəhbəri olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən qəbul edilməməsi barədə bunları dedi: “Hamı özünü necəsə hiss edə və hesab edə bilər. Biz peşəkarları təşkilat prinsipinə görə bölmürük, peşəyə və istedadına sadiqliyinə görə ayırırıq. Təşkilatımızı dağıtmaq, rəhbərliyimizin yaradıcı şəxs olaraq nüfuzuna ləkə atmaq istəyənlərin kim olduğunu adbaad dəqiq bilirik.

Məqsədimiz sabahımızı qurmaqdır, kinomuzun inkişafı yolunda fəaliyyət göstərəndə biz sağa-sola baxmırıq, ancaq qabağa baxırıq. Fürsətdən istifadə edib 2019-cu il ərzində fəaliyyətimizin aktivləşməsinə gətirən dəstəyə görə hökumətimizə, rəsmi strukturlara minnətdarlığımızı bildiririk".

Xalq artisti Rasim Balayev isə “Yeni Müsavat”a kinonun düşdüyü vəziyyətdən çıxarılması üçün yığışdıqlarını vurğuladı. Onun sözlərinə görə, bu şəkildə davam edə bilməz: “Belə olmaz da. Kinomuz bərbad vəziyyətdədir. Bu ittifaq da səlahiyyətli təşkilat deyil, yalnız öz tezislərini, təkliflərini verə bilər. Ümidvaram ki, bir irəliləyiş olmalıdır. Elə biz də o niyyətlə yığışmışdıq. Bu gün səriştəsiz, kinodan xəbəri olmayan adamlar meydandadır. Gərək sənəti qavrayan adamlar kurs təşkil etsinlər, master-klass hazırlasınlar”.

R.Balayev prezidentin ayırdığı vəsaitlə yaxşı filmlər çəkilib-çəkilməyəcəyinə də toxundu: “Maliyyə Mədəniyyət Nazirliyindədir.

Kinematoqrafçılar İttifaqı müəyyən məsləhət verə bilər. Deyə bilər ki, filmi filankəsə ver, o daha peşəkardır, qoy həmin rejissor çəksin. Ancaq onlar kino çəkməyi istədikləri adamlara verirlər. Bununla belə, qıraqdan seyr etmək də olmaz. Kinonun vəziyyəti gündən-günə pisləşir. Mən adamlarla görüşürəm, söhbətlərdən görürəm ki, insanlar narazıdır.

Məktəb görmədən Aşıq Ələsgər, Əliağa Vahid olmaq mümkündür, Allah vergisidir. Amma kino işi, rejissorluq məktəb tələb edir. Rüstəm İbrahimbəyov da gəldi, iştirak elədi, sağlıq olsun, görək necə olur.

Amma ağlıma sığışdıra bilmirəm iki kino təşkilatı necə ola bilər? Bu, mümkün deyil. Yəni mən də bilmirəm necə olacaq, qaranlıq qalıb".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev qəzetimizə dedi ki, İbrahimbəyovun təşkilatı onun üçün mövcud deyil: “Mən belə kino ittifaqı tanımıram. Bəzən fikirlər səslənir ki, təşkilatlar birləşsin, amma ”Qafqaz trio"sunu çəkən biri ilə birləşə bilmərəm. O, həmkar kimi mənim üçün yoxdur. Məhz o filmə görə o təşkilatla birgə fəaliyyətin əleyhinəyəm. O filmə baxıb heç nəyi görməyənlər mənəvi kor adamlardır. Birləşsələr, oradan istefa verəcəyəm. Üstəlik, İbrahiməyov ittifaqı şəxsi ofisinə çevirmişdi, katiblikdə rejissor qalmamışdı".

Xatırladaq ki, R.İbrahimbəyov 2013-cü ildən sonra bir neçə il idi Azərbaycana gəlmirdi. O, yalnız 2016-cı ildə qardaşı Maqsud İbrahimbəyovun dəfnində Bakıya gəlmiş və tez də getmişdi.

2019-cu ilin əvvəllərindən o, yenidən Azərbaycana gəlməyə başlayıb. Bu ilin fevralında Rüstəm İbrahimbəyov bildirmişdi: “Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu.

Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir".

İbrahimbəyov müraciətində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir: “İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir?...Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?”

Xatırladaq ki, İbrahimbəyov Milli Şuranın qurucusu olub, 2013-də müxalifətin prezidentliyə vahid namizədi olaraq irəli sürülüb.

Lakin Bakıya həbs təhlükəsi olduğunu deyərək gəlməyib və Cəmil Həsənlinin namizədliyi dəstəklənib. Bu yaxınlarda verdiyi müsahibəsində isə bildirib ki, onu müxalifət namizədliyə təhrik edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16
Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11
Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07
Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05
Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30
Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21
"Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16
“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12
Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06
Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01
İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40
Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38
Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29
Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24
"Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47
Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41
Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33
"Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29
Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43
Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40
"Gündə bir adam axtarım?"
Dünən, 19:33
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru