"Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür"
Tarix: 5-06-2019, 09:41 | Çap et
!["Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür" "Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür"](/uploads/posts/2019-06/1559713341_0001.jpg) Azərbaycan müxalifətinin ötən ilin son ayından başlanan və bu ilin ilk aylarında yüksələn aktivliyi son bir-iki aydır müşahidə olunmur. Hazırda müşahidə olunan müxalifət düşərgəsinin 5-6 aylıq fəaliyyəti sıfırlayıb yenidən formatlanma etməsi zərurətinin meydana çıxmasıdır. Söhbət etdiyimiz müxalif partiya sədrlərinin dediklərindən də bu qənaətə gəldik ki, müxalifətin yenidən formatlanması gözlənilir və buna ehtiyac yaranıb.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn öncə bildirdi ki, AMİP, Böyük Azərbaycan Partiyası və AXP-nin rəhbərliyinin son təşəbbüsünün hansısa blok yaratmaq, yaxud yeni müxalifət formatı kimi təqdim olunması doğru deyil: “Çünki belə bir məqsəd yoxdur. Bu, sadəcə olaraq, Azərbaycan siyasi proseslərinin əsas subyekti olan siyasi partiyalar formatında ölkədə hazırda müzakirə olunan siyasi islahatlar məsələsinin müzakirəsinə nail olmaq və əgər mümkün olarsa, müəyyən təkliflərlə cəmiyyət qarşısında, hakimiyyət qarşısında təkliflərlə çıxış eləmək məqsədi güdür. Hələlik ortada konkret seçki məsələsi ilə bağlı ciddi hərəkətlənmə görünmür. Bunun da səbəbi aydındır. Çünki ümumiyyətlə, indiki siyasi şəraitdə seçkilərdə iştirak məsələsi bir müzakirə predmetidir. Müxalifətdə, onun elektoral bazası içərisində belə bir diskussiyalar gedir. O fikir də var ki, indiki seçki şəraiti, onun siyasi aspektləri dəyişməsə, seçkilərdə iştirak eləməyin özü mümkünsüzdür. Mən tərəfdarıyam ki, seçkilərdə konkret halda, konkret müddətdə iştirak haqqında qərar verilib-verilməməsindən asılı olmayaraq, daim seçkilərə hazırlanmaq lazımdır.
Əvvəla, bu siyasi fəallıqdır, siyasi fəallıq da proseslərin getməsi üçün həlledici şərtdir. İkincisi, ”seytnot" vəziyyətində qalmaq olmaz. Nəzərə alaq ki, əgər növbədənkənar parlament seçkiləri olmayacaqsa, seçkiyə təxminən bir il vaxt qalır. Ona görə də seçkilərə hazırlaşmağa başlamaq lazımdır. Əslində bu məsələ artıq gecikir. Müəyyən ideyalar, fikirlər var. Partiya rəhbərləri arasında görüşlər gedir. Dünən Fazil Mustafa ilə görüş olub. Fərəc Quliyevlə, Qüdrət Həsənquliyevlə görüşümüz planlaşdırılıb, YAP-ın rəhbərliyi ilə təmaslar olub. Amma hələlik bu istiqamətdə hansısa qərarlardan, razılaşmalardan danışmaq olmaz. Siyasi islahatlar mövzusunun birgə müzakirəsinin keçirilməsi üçün birgə tədbirin hazırlanması ilə bağlı danışıqlar aparılır. Siyasi partiyaların rəyləri dinlənilir, deyilir ki, əgər təkliflər varsa, ortalığa qoyulsun, əgər tədbir olacaqsa, gəlib öz mövqelərini ifadə eləsinlər. Yəni aparılan görüşlər məsləhətləşmə xarakterlidir. Aparılan bu cür görüşlər hansısa yeni formatlanma kimi başa düşülməməlidir".
Bununla belə, Pənah Hüseyn qeyd elədi ki, yenidən formatlanma istiqamətində yaxın vaxtlarda addımlar atılacaq: “Məsələn, Xalq Partiyasının Siyasi Şurasında ”Xalq" seçki bloku yaradılması haqqında müzakirələr gedib. Təkcə müxalifət daxilində deyil, ölkə rəhbərliyi səviyyəsində siyasi islahatların anonsu verilib. Bunun reallaşıb-reallaşmaması məsələsi yaxın dövrlərdən etibarən görünəcək. Bütövlükdə ölkədə ictimai-siyasi proseslərin səviyyəsinin yüksəlməsini müşahidə edirik. Hesab edirəm ki, bunun daxili səbəbləri, həm də regional, qlobal xarakterli səbəbləri var. Bir qanunauyğunluq şəklində proseslər gedir və özünün məntiqi nəticəsini tapacaq".
ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, müşahidə olunan indiki proseslər müxalifətin yenidən formatlanması hesab edilməməlidir, lakin formatlanmaya ehtiyac var: “Beş-altı ay öncə ölkədə müxalifətin özündən asılı olmayaraq bir siyasi aktivlik meydana gəldi. Sonra müxalifət aktivləşdi və müxalifətin aktivləşməsi uğursuzluğa gətirib çıxardı. Yəni müxalifətin 5-6 aylıq fəaliyyəti sonda sıfırla nəticələndi. Bunun da səbəbi odur ki, bəzi siyasi qüvvələr ictimai-siyasi hadisələrin təbii qanunauyğunluqlarına fikir vermirlər. Təşkilatlanma mərhələsi çatmamış təşkilatlanmağa cəhd edirlər, mitinq mərhələsi gəlməmiş mitinq keçirirlər. Bu cür yanlışlıqlar sonda uğursuzluğa gətirib çıxarır. Cəmiyyətin özündə alt layda qızışma gedir, amma bəzi müxalif qüvvələr fürsətcillik edib prosesləri vaxtından əvvəl qızışdırmağa çalışırlar. Bu isə prosesə zərbə vurur. Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür. Yeni blokların yaranması məsələsinə gəldikdə, yeni birlik və blokların yaranması təbiidir. Bunu yenidən formatlanma saymıram. Siyasi situasiya dəyişdikcə, müxalifət də yenidən formatlanmalıdır. Başqa cür ola da bilməz. Hər dövrün şərtlərinin özünün diktə etdiyi tələblər var. Bu tələblərə cavab verilməlidir. Yeni şərtlərə uyğun gələn bloklaşma olmalıdır”. “Yeni Müsavat”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30 |
|
|
|
• DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16 |
|
|
|
• Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11 |
|
|
|
• Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07 |
|
|
|
• Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05 |
|
|
|
• Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34 |
|
|
|
• Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30 |
|
|
|
• Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21 |
|
|
|
• "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16 |
|
|
|
• “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12 |
|
|
|
• Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03 |
|
|
|
• TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01 |
|
|
|
• İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40 |
|
|
|
• Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38 |
|
|
|
• Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29 |
|
|
|
• Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24 |
|
|
|
• "Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47 |
|
|
|
• Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41 |
|
|
|
• Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35 |
|
|
|
• Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33 |
|
|
|
• "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26 |
|
|
|
• Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43 |
|
|
|
• Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40 |
|
|
|
• "Gündə bir adam axtarım?"
Dünən, 19:33 |
|
|
|
• Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31 |
|
|
|
• Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26 |
|
|
|
• “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10 |
|
|
|
• "Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02 |
|
|
|
• Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58 |
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56 |
|
|
|
|