MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                 

Müxalifət yeni mitinq formatından imtina edir
Tarix: 1-05-2020, 09:37 | Çap et
Müxalifət yeni mitinq formatından imtina edir
Rusiya müxalifəti “Youtube” platformasında “Həyat uğrunda” şüarı ilə onlayn mitinq təşkil edib. Mitinq “Yox!” kampaniyasının təşkilatçıları tərəfindən gerçəkləşdirilib.

Onlayn tədbirin iştirakçıları hakimiyyəti böhran günlərində konstitusiyaya dəyişikliklər aparmaq yerinə, insanların həyatını xilas etməyə çağırıblar. Tələblər arasında bölgələrdə çalışan həkimlərin bütün zəruri vəsaitlərlə təmin olunması, koronavirusdan zərər çəkən vətəndaşlara birbaşa müavinətlərin ödənilməsi və kiçik biznesə yardım göstərilməsi, habelə epidemiya ilə mücadilə zamanı rusiyalıların hüquqlarının qorunması və konstitusiya islahatlarından imtina edilməsi yer alıb.

“Youtube”dakı aksiya 20 minə yaxın insan tərəfindən dəstəklənib və 3 saat davam edib. Bəs Azərbaycan müxalifəti onlayın mitinq keçirə bilərmi? Planında belə bir aksiya varmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Azərbaycan arasında xeyli fərqlər var. Rusiyada müxalifət partiyaları yoxdur. Orada müxalifətçiliyi ictimai təşkilatlar, ayrı-ayrı QHT-lərin rəhbərləri, blogerlər edirlər. Onlayn mitinqi də onlar reallaşdırıblar: “Rusiyada daha çox antidemokratik rejim yaradılıb. Müxalif siyasi partiyaların olmaması bununla bağlıdır. Son aylar isə Rusiya hökuməti vacib sosial proqramları həyata keçirə bilmir. Ona görə də ölkədə böyük narazılıqlar yaranmaqdadır. Yaranan narazılıq müxalifət mövqeyində olan ictimai qurumlara, şəxslərə fürsət verib. Azərbaycanda müxalifət partiyaları və müxalif partiya sədrləri hər hansı bir məsələ barədə sözünü internetin verdiyi imkanlardan istifadə etməklə çatdırırlar. Biz internet televiziyalarında müntəzəm çıxışlar edirik, həmin verilişlərə minlərlə insan baxır, canlı verilişlərdə insanlar bizə suallarını ünvanlayırlar, şüarlarını, təkliflərini səsləndirirlər, yazırlar. Yəni əslində bu, onlayn mitinqin bir forması da sayıla bilər. Hətta bu formatın Rusiyadakı müxalif qüvvələrin keçirdiyi onlayn mitinq formatından üstün tərəfləri var. Onların keçirdiyi onlayn mitinqdə vətəndaşlar çıxış edənə sual verə bilmir. Mənim dediyim formatda isə vətəndaşlar sual verirlər, fikirlərini ifadə edirlər. Belə demək mümkünsə, sadə vətəndaşlar da çıxış etmək imkanı əldə edir. Mənim qeyd etdiyim formatın daha bir üstün tərəfi verilişlərə çıxan siyasətçinin fikirlərini, ona yazılanları sonradan istənilən vaxt internetə daxil olub dinləmək, izləmək, hətta yenə də nələrsə yazmaq imkanının olmasıdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan müxalifəti artıq xeyli vaxtdır onlayn aksiya keçirməkdədir. Ancaq bu o demək deyil ki, sırf Rusiyadakı müxalifətin keçirdiyi kimi onlayn mitinqi heç vaxt keçirməyəcəyik. Ciddi zərurət olacaqsa, biz də bu formatdan istifadə edərik”.

S.Cəlaloğlu onu da dedi ki, bu saat Azərbaycanın müxalifət partiyalarının Rusiyadakı müxalif qüvvələrdə olduğu səviyyədə texnika yoxdur: “Bizlərdə onlardakı kimi texnoloji imkanlar yetərli deyil. Bu faktoru da nəzərə almaq lazımdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, elmin inkişafının insan yaşantısına qatdığı yeniliklərdən biri və bəlkə də ən önəmlisi virtual həyatdır. Bu gün insanların həyatlarının müxtəlif sahələrində bu nailiyyətlərdən aktiv istifadə edilir: “Koronavirus pandemiyası və bunun nəticəsində sərtləşdirilmiş karantin şərtləri onlayn həyatı daha da stimullaşdırdı. Hətta yüzilliklərdən bəri formalaşan ənənəvi insan davranışları belə, onlayn sistemə keçid etdi. Ancaq mən düşünürəm ki, bu məsələyə çox da aludə olmaq olmaz. Çünki insan həyatı real şəkildə yaşamalı və fəaliyyət göstərməlidir deyə düşünürəm. Həmçinin elə sahələr var ki, burada virtual və onlayn fəaliyyət lazımi effekt verməz. Bu sahələrdən ən başda gələnlərdən biri də siyasət səhnəsidir. Siyasət insanlarla birbaşa ünsiyyət formasında olduqda daha effektiv və məhsuldar olur deyə düşünürəm. Odur ki, mən onlayn, virtual aksiya və ya mitinqlərin tərəfdarı deyiləm. Düşünmürəm ki, belə aksiyalar Azərbaycanda lazımi effekt verə və hər hansı bir real nəticəsi ola. Odur ki, həyatın tezliklə normala qayıtmasının və həmişəki qaydada yaşamımızı davam etməyin tərəfdarıyam. Bir daha qeyd edirəm, bəlkə də kreativlik və ya rəngarənglik baxımından virtual aksiyalar qulağa xoş gələ bilər. Ancaq belə fəaliyyətin heç bir real siyasi nəticəsi ola bilməz. Odur ki, belə məsələlərə vaxt və enerji ayırmağın tərəfdarı deyiləm”.

AMİP katibi Əli Orucov da qeyd etdi ki, getdikcə virtual aləm real aləmi üstələməkdədir. Bütün müzakirələr və məlumatların yayılması sosial şəbəkələr üzərindən həyata keçirilir. Xüsusən də koronavirus pandemiyası cəmiyyəti real həyatdan daha da uzaqlaşdırdı: “Amma onlayn müzakirələr, internet resurslarının daha geniş yayılmasına baxmayaraq kütləvi etiraz formasının internet üzərindən keçirilməsi istənilən effekti verəcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycanda bütün sahələrdə vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq koronavirus pandemiyası dövründə hansısa etiraz mitinqlərinin keçirilməsini düzgün saymıram. Lakin bu heç də o anlamı vermir ki, iqtidar tərəfi nə istədiyini edəcək, müxalifət olaraq da biz seyrçi qalacağıq. İndiki çətin dönəmlərdə hakimiyyətə müəyyən kart-blanş verməyin özü də xoş məramı göstərmək deməkdir. Bundan hakimiyyət sui-istifadə etməməli, problemlərin həllinə və çətin durumdan Azərbaycanı az itkilərlə çıxarmağa yönəltməlidir. Bununla belə, AMİP digər müxalif siyasi partiyalarla müntəzəm əlaqə saxlayıb bu və ya digər məsələlərlə bağlı fikir mübadiləsi aparır. Məsləhətləşmələr davam etdirilir. Yaxın dövr üçün hər hansı bir kütləvi etiraz aksiyası gündəmimizdə yoxdur. Əgər nə vaxtsa buna ehtiyac və zərurət duyularsa baxıla bilər. Digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında durum fərqlidir. Şimal qonşumuzla müqayisədə Azərbaycanda vəziyyət bir qədər yaxşıdır. Yəni ölkədə Rusiyada olduğu kimi böhranlı hal yoxdur. Kifayət qədər həlli vacib problemlər var, lakin bu, partlayış həddində deyil”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru