![Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739364614_67ac9740a6f7d67ac9740a6f7e173936416067ac9740a6f7a67ac9740a6f7c.jpg)
Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı “Hoenfels” hərbi bazasında keçirilən "Joint Resolve-2025" hərbi təlimlərində iştirak edir.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb.
Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.