![Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739362692_888.png)
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin edilib.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.