![Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu](https://dia-az.top/uploads/posts/2025-02/1739357482_0001.jpg)
Bu günlərdə yazıçı-şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Gəncə Təşkilatının məsləhətçisi Aləmzər Əlizadənin “Sevgi haqqı” adlı kitabı çap olunub.
Cənubi Azərbaycanda işıq üzü görən şeirlər toplusunun tərtibatçısı və naşiri tanınmış yazar Əli Aslanidir. Naşir “Sevgi haqqı”nın Aləmzər Əlizadə yaradıcılığına olan oxucu sevgisindən və oxucu tələbatından doğulduğunu qeyd edir.
Xatırladaq ki, Azərbaycan Ədəbiyyatında müstəsna rolu olan Aləmzər Əlizadənin yaradıcılıq nümunələri mütəmadi olaraq Cənibi Azərbaycanın müxtəlif mətbu orqanlarında nəşr edilir.
kultur.az
![Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu](https://dia-az.top/uploads/posts/2025-02/1739357559_01.jpg)