![Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739361694_0001.jpg)
Bakıda “Rus Evi”nin fəaliyyətinin dayandırılmasından sonra Rusiyada bəzi dairələr “cavab tədbirlərinə” başlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
“Tsarqrad” media qrupunun təsisçisi Konstantin Malofeyev bildirib ki, cavab olaraq Rusiyada azərbaycanlılara məxsus “Sadovod” və “Food City” ilə bağlı eyni addımın atılması təklif edilib:
“Rusiya Azərbaycanın iki ən böyük ticarət platformasından – 40 hektarlıq “Sadovod” bazarından və 120 hektarlıq “Food City” bazarından maliyyə axınları ilə bağlı araşdırma elan edib. Belə qənaətə gəlmək olar ki, istintaq maliyyə axınlarının hara getdiyini göstərəcək və həmçinin real biznes sahibləri və himayədarlarının adlarını çəkəcək”.
Qeyd edək ki, “Food City” bazarının azərbaycanlı milyarder Qod Nisanova məxsus olduğu deyilir. “Sadovod”un sahiblərinin isə İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev olduğu idda edilir.