
Bu günlərdə yerli KİV-də gənclər və idman naziri Fərid Qayıbovun vəzifəsindən alınacağı haqda xəbərlər yayılmışdı. "DİA-AZ" bu yöndə yeni xəbərlər əldə edib.
Mötəbər mənbədən əldə etdiyimiz bilgilərə görə, bu həftə öz yaxın çevrəsinə "hər şey geridə qaldı, kimsə mənə toxuna bilməz" ismarıcını yollayan gənc nazirimiz bununla qurtulduğunu və yola davam edəcəyini nümayiş etdirib.
Vəziyyət həqiqətəndəmi belədir və yanvar-fevral aylarında ciddi şəkildə hədəfə gətirilən Qayıbov həqiqətəndəmi yaxasını qurtara bilib?
Bu barədə danışan mənbə qeyd edir ki, görünəni nazirin haqlı olmasıdır: "Hansısa müəmmalar səbəbindən bir-birinin ardından müxtəlif vəzifələrini itirən Qayıbov bağışlandı. Sonra nə olacaq? Bunu zamanla görəcəyik..."