
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp ilə görüşdən sonra ilk açıqlamasını verib.
Musavat.com xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşım edərək ABŞ-a dəstəyə görə təşəkkür edib və Ukraynanın sülh üçün çalışdığını vurğulayıb:
“Təşəkkürlər, Amerika, dəstəyə görə minnətdaram. Bu səfər üçün təşəkkürlər. Prezidentə, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynaya ədalətli və davamlı sülh lazımdır və biz bunun üçün çalışırıq”.
Zelenskinin bu açıqlaması onun görüşdən sonra mətbuata açıqlama vermədən Ağ Evi tərk etməsindən sonra gəlib. Görüş zamanı tərəflər arasında gərginlik yaşandığı bildirilir və Trampın Zelenskidən Ağ Evi tərk etməsini istədiyi haqda iddialar yayılıb.
Hazırda ABŞ-Ukrayna münasibətlərində qeyri-müəyyənlik davam edir.