Prezident təzəcə təsdiqlədi: Naxçıvanda isə korrupsiya faktını ifşa edən işçi TƏQİB OLUNUR - MƏHKƏMƏ GERİ ÇƏKİLDİ, AMMA...
Tarix: 16-04-2025, 11:14 | Çap et
 Çalışdığı məktəbdə dövlət vəsaitinin qanunsuz mənimsənilməsi ilə bağlı şikayət edən müəllim Səriyyə Qənbərovanın apellyasiya müraciəti nəhayət ki, qəbul olunub. Bundan öncə Naxçıvan şəhər Məhkəməsi müxtəlif bəhanələrlə bu şikayəti yerli Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edirdi. Bu haqda “Gündəlik Naxçıvan”a Səriyyə Qənbərovanın özü məlumat verib. Söhbət Naxçıvan şəhər 1 saylı orta məktəbinin direktoru Asudə Məmmədovanın müəllimlərin adına artıq pul yazıb mənimsəməsindən gedir. Səriyyə Qənbərovanın sözlərinə görə, problem “Gündəlik Naxçıvan”da işıqlandırılandan dərhal sonra o, adı çəkilən işlə bağlı məhkəmə prosesinə dəvət olunub: “Reportaj yayımlanandan 2-3 saat sonra Naxçıvan şəhər Məhkəməsi telefonuma SMS göndərib, məni şikayət edən şəxs qismində növbəti gün baş tutacaq prosesə dəvət etdi. Dünən (14 aprel) prosesdə iştirak etdim. Məhkəmə, mənim apellyasiya şikayətimin guya vaxtı keçdiyinə görə ləğv olunması ilə bağlı bundan əvvəlki qərarını ləğv edib, yeni qərarla şikayətimi qəbul etdi. Ümid edirəm ki, yerli Apellyasiya Məhkəməsi işə düzgün baxacaq. Bu baş verməsə, Bakıdakı məhkəmələrə üz tutacağam.” Səriyyə Qənbərova işin məhkəməyə qədər gəlib çatmasını belə izah edir: “Direktor Asudə Məmmədova hər ay mənim adıma keçmədiyim dərslərə 220 manat artıq yazıb, sonra geri tələb edirdi. Mən bunu etmək istəməsəm də, o mənə hədə-qorxu gəlirdi. Bu qanunsuzluqla bağlı Naxçıvan şəhər Prokurorluğuna şikayət etdim. Əlimdə kifayət qədər sübutlar olsa da – bank köçürmələri, yazışmalar və s., prokurorluq sübut olmadığı bəhanə ilə işi bağlamışdı. Mən prokurorluğun bu qərarından Naxçıvan şəhər Məhkəməsinə şikayət etdim. Burada da kifayət qədər sübutlar ortaya qoyulsa da, məhkəmə sədri Gülnar Səfərəliyeva prokurorluğun qərarını qüvvədə saxladı. Bununla bağlı qərarı aldıqda məlum oldu ki, apellyasiya şikayəti üçün cəmi 3 gün vaxt verilib. Mən qərarı aldığımın səhəri günü apellyasiya şikayətimi məhkəməyə çatdırsam da, qoyulan vaxtın bitdiyini bəhanə gətirib, qəbul etməmişdilər. Halbuki, qərarı aldıqdan bir gün sonra şikayət təqdim olunmuşdu.” Səriyyə Qənbərova ötən ilin oktyabrına qədər Naxçıvan şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. Buradakı korrupsiya və digər qanun pozuntularını ictimailəşdirdikdən sonra öncə məktəbdə döyülüb, daha sonra isə işdən qovulub. İki övlad anası olan müəllim hazırda işsizdir. O, işdən qanunsuz çıxarılması ilə bağlı da məhkəməyə şikayət edib. Bununla bağlı proses davam edir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14 |
|
|
|
• Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09 |
|
|
|
• “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04 |
|
|
|
• Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51 |
|
|
|
• BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47 |
|
|
|
• SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
• Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21 |
|
|
|
• Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17 |
|
|
|
• Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12 |
|
|
|
• "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00 |
|
|
|
• Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56 |
|
|
|
|