Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Prezident təzəcə təsdiqlədi: Naxçıvanda isə korrupsiya faktını ifşa edən işçi TƏQİB OLUNUR
Əsas Səhifə > Manşet, Hadisə > Prezident təzəcə təsdiqlədi: Naxçıvanda isə korrupsiya faktını ifşa edən işçi TƏQİB OLUNUR

Prezident təzəcə təsdiqlədi: Naxçıvanda isə korrupsiya faktını ifşa edən işçi TƏQİB OLUNUR


16-04-2025, 11:14
Prezident təzəcə təsdiqlədi: Naxçıvanda isə korrupsiya faktını ifşa edən işçi TƏQİB OLUNUR
Çalışdığı məktəbdə dövlət vəsaitinin qanunsuz mənimsənilməsi ilə bağlı şikayət edən müəllim Səriyyə Qənbərovanın apellyasiya müraciəti nəhayət ki, qəbul olunub. Bundan öncə Naxçıvan şəhər Məhkəməsi müxtəlif bəhanələrlə bu şikayəti yerli Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edirdi. Bu haqda “Gündəlik Naxçıvan”a Səriyyə Qənbərovanın özü məlumat verib.
Söhbət Naxçıvan şəhər 1 saylı orta məktəbinin direktoru Asudə Məmmədovanın müəllimlərin adına artıq pul yazıb mənimsəməsindən gedir.
Səriyyə Qənbərovanın sözlərinə görə, problem “Gündəlik Naxçıvan”da işıqlandırılandan dərhal sonra o, adı çəkilən işlə bağlı məhkəmə prosesinə dəvət olunub:
“Reportaj yayımlanandan 2-3 saat sonra Naxçıvan şəhər Məhkəməsi telefonuma SMS göndərib, məni şikayət edən şəxs qismində növbəti gün baş tutacaq prosesə dəvət etdi. Dünən (14 aprel) prosesdə iştirak etdim. Məhkəmə, mənim apellyasiya şikayətimin guya vaxtı keçdiyinə görə ləğv olunması ilə bağlı bundan əvvəlki qərarını ləğv edib, yeni qərarla şikayətimi qəbul etdi. Ümid edirəm ki, yerli Apellyasiya Məhkəməsi işə düzgün baxacaq. Bu baş verməsə, Bakıdakı məhkəmələrə üz tutacağam.”
Səriyyə Qənbərova işin məhkəməyə qədər gəlib çatmasını belə izah edir:
“Direktor Asudə Məmmədova hər ay mənim adıma keçmədiyim dərslərə 220 manat artıq yazıb, sonra geri tələb edirdi. Mən bunu etmək istəməsəm də, o mənə hədə-qorxu gəlirdi. Bu qanunsuzluqla bağlı Naxçıvan şəhər Prokurorluğuna şikayət etdim. Əlimdə kifayət qədər sübutlar olsa da – bank köçürmələri, yazışmalar və s., prokurorluq sübut olmadığı bəhanə ilə işi bağlamışdı. Mən prokurorluğun bu qərarından Naxçıvan şəhər Məhkəməsinə şikayət etdim.
Burada da kifayət qədər sübutlar ortaya qoyulsa da, məhkəmə sədri Gülnar Səfərəliyeva prokurorluğun qərarını qüvvədə saxladı. Bununla bağlı qərarı aldıqda məlum oldu ki, apellyasiya şikayəti üçün cəmi 3 gün vaxt verilib. Mən qərarı aldığımın səhəri günü apellyasiya şikayətimi məhkəməyə çatdırsam da, qoyulan vaxtın bitdiyini bəhanə gətirib, qəbul etməmişdilər. Halbuki, qərarı aldıqdan bir gün sonra şikayət təqdim olunmuşdu.”
Səriyyə Qənbərova ötən ilin oktyabrına qədər Naxçıvan şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. Buradakı korrupsiya və digər qanun pozuntularını ictimailəşdirdikdən sonra öncə məktəbdə döyülüb, daha sonra isə işdən qovulub. İki övlad anası olan müəllim hazırda işsizdir. O, işdən qanunsuz çıxarılması ilə bağlı da məhkəməyə şikayət edib. Bununla bağlı proses davam edir.

Geri qayıt