Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                 

Elbəyi HƏSƏNLİ
Tarix: 21-04-2025, 12:44 | Çap et
Elbəyi HƏSƏNLİ
Hakan Fidan-Ərdoğanın sirr dağarcığı: "Uzun boylu kubar, casus-diplomat”


Rusiyada post-Putin, Türkiyədə isə post-Ərdoğan dönəminə hazırlıq gedir. Həm yerli, həm də beynəlxalq mediada xələflər haqqında müxtəlif məlumatlar yayır. Bu yazıda post-Ərdoğan dövründə Türkiyəni yönəldəcəyi ehtimal olunan birisində söhbət açacağıq.
Türkiyənin “duvarenglish.com” saytı hələ 2023-cü ilin sentyabrında bu məsələyə toxunmuşdu. Nuray Babacan o vaxt belə yazmışdı: “Partiya daxilində prezident Ərdoğandan sonra növbəti AKP lideri kimi əsasən üç nəfərin adı çəkilir: Ərdoğanın kürəkəni və Baykarın ortağı Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və millət vəkili, keçmiş daxili işlər naziri Süleyman Soylu”. Yazar onlardan yalnız Süleyman Soylunun xalq arasında populyar olduğunu vurğulayır. Ancaq bu da faktdır ki, Qərb və Rusiya mediasında Ərdoğanı əvəz edəcək şəxs kimi Hakan Fidanın adı sıx-sıx çəkilir.
Elə oradan başlayaq ki, Nuray xanımın sözügedən məqaləsində deyir ki, cənab Fidan hərbçi olaraq “kəşfiyyat şefi” kimi uğur qazanıb. Bu uğurun sivil siyasətə transformasiyası isə onu bu rəqabətdə xeyli irəli çıxarda bilər. Proseslərin gedişi gösrtərir ki, bu proqnoz sürətlə reallaşır. Cənab Fidan artıq Ədalət və İnkişaf Partiyasının (AKP) lideri və Türkiyə prezidenti kimi Tayyib Ərdoğanın mümkün varisi kimi görünür.
Ona görə də bu yazıda Hakan Fidan fenomeninin bəzi xüsusiyyətlərinə diqqət edəcəyik.
Hakan Fidan (1968) 2023-cü ilin iyun ayından Türkiyənin xarici işlər naziri vəzifəsini icra edir. Əslində isə o, diplomatik aləmə yad fiqur deyildi. Hakan Fidan hələ 2007-ci ildə Baş nazirin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini vəzifəsinə təyin olunub. O, 2010-2023-cü illər arasında Millî İstihbarat Teşkilatının (MİT. 1965-ci ildə yaranıb) direktoru olub. O, bu vəzifəyə təyin olunmuş ən gənc (42 yaşında) məmur sayılır. ABŞ-ın nüfuzlu “Forbes” yarnalı belə yazır: “Fidanın rəhbərliyi altında və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə MİT kəşfiyyat məlumatı toplama və təhlil imkanlarını, eləcə də əməliyyat imkanlarını artıraraq dörd dəfədən çox böyüdü”.
O, ata tərəfdən vartolu kürddür, Həsənan tayfasındandır. Onun anası isə Dənizlidən olan türkmən qızıdır. ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" mövzusunda magistr dərəcəsi almışdır. Hacəttəpə universitetlərində də elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında çalışan Fidan 2003-2007-ci illərdə Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı oldu. TİKA Türkiyənin yumşaq gücünün artmasında mühüm rol oynayıb. Dünyanın müxtəlif yerlərində müxtəlif inkişaf layihələri həyata keçirməklə Türkiyənin humanitar və məsuliyyətli qlobal aktor kimi imicinin təbliğinə kömək edib. Əsasən türk, Afrika, Yaxın Şərq ölkələri ilə müxtəlif layihələr həyata keçirib.
Almaniyanın məşhur “spiegel.de” saytı 2018-ci ilin sonlarında “Der Mann, der alles über Khashoggis Sterben weiß” (Camal Qaşıqçı haqqında hər şeyi bilən adam) adlı məqaləsində yazırdı ki, Hakan Fidan həm də Tayyib Ərdoğanın mühafizəsi ilə bağlı məsləhətçi kimi qismində çalışıb.
Fidan Türkiyənin Bəşər Əsəd rejiminə qarşı döyüşən suriyalı üsyançılara aktiv dəstək verməklə bağlı regional strategiyasının formalaşmasında mühüm rol oynayıb. O, MİT rəhbəri kimi Türkiyənin İsrail və Birləşmiş Ştatlar ilə təhlükəsizlik sahəsində əməkdaşlığına önəm verdi. Ancaq İranla da əməkdaşlıq etdi. 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdi zamanı Fidan etirazın yatırılmasında Ərdoğana yardımçı olmaqda mühüm rol oynayıb. 2017-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı zamanı o, Türkiyədə həyata keçirilən siyasi təmizləmələrdə adı keçən Gülən Hərəkatının tərəfdarı olduğu iddia edilən 300 nəfərin siyahısını Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kala təqdim etdi. O, 2022-ci ilin sentyabrında Bağdadda İraq Parlamentində sünni blokundan Hamis Hancerə ilə bir araya gəldi və İraq prezidenti Baram Salih ilə də görüşdü.
Cənab Fidan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə gizli sülh danışıqlarına cəlb edilmişdi və bu danışıqlara görə 2012-ci ildə dövlət ittihamçısı onun barəsində araşdırma aparmaq istəyirdi. Lakin Rəcəb Tayyib Ərdoğan prosesə müdaxilə etdi və istintaq araşdırmasına imkan vermədi. Daha sonra Abdullah Öcalanla danışıqların aparılması ona həvalə edildi. Qərb mənbələri onu da yazır ki, Tayyib Ərdoğan hökuməti Hakan Fidan üzərindən İranın Qərb sanksiyalarından yayınması və gizli qara bazara yol tapmasına yardım göstərib.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü işində də Hakan Fidan ciddi rol oynayıb. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını təmin edib.
2023-cü ilin sentyabrında Azərbaycan separatçı və qondarma Artsaxa qarşı anti-terror əməliyyatı həyata keçirdi. Hakan Fidan Azərbaycana diplomatik dəstək verdi və Azərbaycanın hərbi əməliyyatının “əsaslı” olduğunu və “Azərbaycanın öz suveren ərazisində lazım bildiyi tədbirləri gördüyünü” bəyan etdi.
ABŞ hökumətinin Suriya üzrə xüsusi elçisi olmuş Ceyms Cefri Hakan Fidanı “yeni Yaxın Şərqin yeni siması” adlandırıb. Prezident Ərdoğan isə onu “bütün sirlərin qoruyucusu” sayır.
O, İran İnqilabı Keşikçiləri Korpusunun elit birliyi olan Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ilə sıx əlaqələr qurub. Hətta 2010-cu ildə ABŞ Fidanı Amerika və İsrailin kəşfiyyat məlumatlarını Tehrana gizli şəkildə ötürməkdə ittiham edib.
Fidan Türkiyənin xarici siyasətinin ən kritik məsələlərinə dərindən bələddir. Və bu amil onun gücünə güc qatır, ona böyük üstünlüklər qazandırır.
Belə görünür ki, Ərdoğan Türkiyənin təhlükəsizlik, iqtisadi və enerji maraqlarını prioritet bildiyi praqmatik yanaşmanı izləyən hazırkı xarici siyasətini davam etdirmək niyyətindədir.
Türkiyə Rusiya ilə Qərb ölkələri arasında geosiyasi maraqlarını tarazlaşdırmaq strategiyasını davam etdirir. Bu kontekstdə Türkiyənin Ukrayna və Kremllə yaxşı münasibətləri var, eyni zamanda Türkiyə Rusiyanı konstruktiv şəkildə əlaqə saxlaya biləcəyi tərəf kimi görür.
Ankara və Moskva “Türk axını” təbii qaz kəməri və Türkiyənin ilk atom elektrik stansiyası kimi infrastruktur təşəbbüsləri üzərindən əməkdaşlıq edir. Türkiyə Rusiyanı Türkiyə vasitəsilə Avropaya bağlayan “Türk axını” boru kəməri ilə Avropanın qaz mərkəzinə çevrilməkdədir. Bu əməkdaşlıq həm də iki ölkə arasında iqtisadi əlaqələrin artmasına səbəb olub.
Nəzərə alsaq ki, Fidan uzun müddət MİT-in rəhbəri olub, bu o deməkdir ki, o, daxili, regional və beynəlxalq hadisələrlə bağlı kritik mövzular və məsələlərlə bağlı etibarlı məlumatlar əldə edib. Bu da onu xarici işlər naziri kimi Türkiyənin maraqlarını inkişaf etdirmək üçün unikal bir mövqe qazandırıb.
"Onun bir neçə region ölkəsi ilə yaxınlaşma və normallaşmaya nail olmaq üçün arxa qapı diplomatiyasına cəlb olunması o deməkdir ki, o, öz irsi üzərində dayanacaq və Türkiyənin regional və beynəlxalq oyunçularla əlaqələrini inkişaf etdirəcək. Bəzi regional və ya beynəlxalq məsələlərdə tələb olunan yumşaq və ya sərt diplomatiya olsun, o, bu rolu oynamaq üçün yaxşı mövqedədir".
Hakan Fidan Türkiyənin Qərb tərəfdaşları ilə yaxşı həmsöhbət ola bilər. Türkiyənin kəşfiyyat təşkilatının rəhbəri kimi o, təhlükəsizlik və xarici siyasət məsələləri ilə bağlı geniş biliyə və təcrübəyə malikdir. Elə buna görə də onu “doktor Fidan” adlandıranlar da az deyil.
Fidan siyasi vəzifəyə qədər casusluq məktəbi keçmiş ilk məmur deyil. Rusiya prezidenti Vladimir Putin KQB məktəbi keçib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsində çalışmış ABŞ-ın keçmiş prezidenti Corc Volker Buşun (2001-2009) karyera trayektoriyalarını xatırlatmaq kifayətdir. Bu mənada Hakan Fidanın da prezident olmaq şansı var.
ABŞ-ın keçmiş dövlət katibi, Mayk Pompeo da Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru idi. Yəni ABŞ tarixində də belə şeylər olub.
AKP-nin xarici siyasət komandasının mühüm üzvü olan Fidan (bəziləri onu xarici işlər naziri təyin olunmuşdan çox-çox əvvəl “kölgədəki xarici işlər naziri” kimi təqdim edirdi. Qərb mənbələri yazır ki, 2023-cü ildən əvvəl də o, xarici işlər naziri olmağa cəhd etsə də buna nail olmamışdı. O, Abdullah Gül və Əhməd Davudoğlu ilə yaxın idi. Gül 2007-ci ildə prezident olanda Fidan onun administrasiyasında vəzifə üçün nəzərdə tutulmuşdu. Əvəzində Fidan Davudoğlunun rəhbərliyi altında baş nazirlikdə yerləşdirildi və o, həssas məsələlərlə bağlı təcrübə qazandı. O, ABŞ və İran arasında kəskin gərginlik dövründə Türkiyənin Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi vəzifəsində çalışıb.
“The Financial Times” Hakan Fidanı "uzun boylu kübar, casus-diplomat” adlandırıb. Adıçəkilən qəzetə müsahibəsində o, kəşfiyyatdan qlobal diplomatiyaya keçidini obrazlı şəkildə belə ifadə etmişdi: “Əvvəl mən böyük bir təşkilatı idarə edirdim, indi isə bir təşkilat məni idarə edir”.
Hakan Fidan ailəlidir və üç övladı var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru