![Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739087046_1738958759.turanbank.0b8af744cd4fa040d6c1-1.jpg)
Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” Açıq Səhmdar Cəmiyyətidir (ASC).
32gun.az xəbər verir ki, “TuranBank” ASC şikayət indeksinə görə ötən ilin yalnız aprel ayında aşağı şikayət indeksində yer alır. Digər aylarda isə bank yuxarı və orta şikayət indeksində qərarlaşır.
Şikayət indeksi hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanır.
Deməli, “TuranBank” müştəriləri ilə bağlı daha çox şikayət edilən banklardandır. Bunu biz demirik, Mərkəzi Bank deyir. Şikayət indeksini məhz Mərkəzi Bank açıqlayır.
İnternet resurslarında kiçik araşdırma apardıqda Mərkəzi Bankın qiymətləndirməsinin yanlış olmadığı üzə çıxır.
Hər halda internetdə TuranBankla bağlı şikayətlər heç də az deyil. Özü də şikayətlər əsasən müştəri xidmətləri ilə bağlıdır.
Elə ötən ilin sonlarında mediada yer alan vətəndaş şikayətini nümunə gətirmək yetərlidir. Şikayətçi Şəki sakini Ziya Əsəd oğlu Musayevdir. Onun sözlərinə görə, 2017-ci ildə Şəki şəhəri Məzahir Abbasov küçəsindəki fərdi yaşayış evini qonşusu İlqar Mikayılovın xahişi ilə “Turan Bank”a girov qoyaraq 15 000 manat kredit götürüb. Bir müddət sonra İlqar Mikayılov ölkədə qaçıb. Bank borcun ödənilməsini Ziya Musayevdən tələb edib və onu məhkəməyə verib. Məhkəmə Ziya Musayevin banka faizlərlə birlikdə 17500 manat ödəməli olduğu barədə qərar çıxarıb. Vətəndaş qısa müddət ərzində borcun 11181 manatını ödəyib.
Maraqlıdır ki, bundan sonra “TuranBank”ın Zaqatala fililalı Şəki İcra Şöbəsinə məktub göndərərək borcun ödənilməsi ilə bağlı icraatın dayandırılmasını xahiş edib.
Məlum olub ki, bank vətəndaşın evini satmaq istəyir.
Fikirmizcə, bu fakt “TuranBank”ın müştərilərə necə xidmət etdiyi barədə aydın təsəvvür yaradır.