Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                 

“TƏBİB saxtakarlıq edib, mənim sənədlərimi sistemə vurmur” - ETİRAZ VAR...
Tarix: 14-01-2025, 00:14 | Çap et
“TƏBİB saxtakarlıq edib, mənim sənədlərimi sistemə vurmur”
Göygöl rayon sakini Vəliyev Surxay Sultan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Onun müraciətini olduğu kimi dərc edirik:

“Məlumat verim ki, 2022-ci il, may ayının 9-da beyin infarktı keçirmiş, ağır şəraitdə xəstəxanada yatmışam. Uzunmüddətli müalicələrdən sonra həm xəstəxana, həm də ev şəraitində proseduraları davam etdirmişəm ki, sağlamlığım bərpa olunsun. Amma təəssüflər olsun ki, sağlamlığım bərpa olunmayıb.

Sənədlərimi 10 saylı şəhər poliklinikasına təqdim etdim. Yoxlayandan sonra Əlillərin Bərpa Mərkəzinə göndərdilər. Lakin mənə imtina cavabı gəldi.

Təkrar yenə müraciət etdim. Məni müayinə etdikdən sonra 1 illik müddətinə 3-cü qrup əlillik təyin etdilər. Müayinə zamanı sağlamlığımın 40 faiz olduğunu bildirdilər. Lakin başımdakı zədələri sistemə vurmadılar.

Bildirim ki, xəstəliyimlə əlaqədar mənə verilən əlillik düzgün deyil. Əzələ zəifliyim 3.5 bal ilə qiymətləndirilmişdi. Lakin məni 4 balla sistemə vurublar. Çox yerə şikayət etmişəm. Təəssüflər olsun ki, şikayətimə baxılmır. Ən sonda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən mənə xəstəxanada yatmaq tövsiyə edildi. “Əgər ağırlaşma olarsa, əlilliyin dəyişilə bilər”, - dedilər. Daha sonra Dost Mərkəzindən məni Şirvan Reabilitasiya Mərkəzinə göndərdilər. Orada mənim qoluma 2.2, ayaqlarıma isə 3.3 bal yazdılar. Baş ağrılarımın, yüksək təzyiqimin olmasını da qeyd etdilər.

Bakıya gələndən bir neçə gün sonra vəziyyətim pisləşdi. Məni Tibbi Yardım maşını ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına aparıb, nevrologiya şöbəsinə yerləşdirdilər. Başımda ağrılar, əl-ayaq əsmələri və “panos” xəstəliyi aşkar olundu. Mən getdikcə nitqimi də itirirəm.

Dəqiqləşdirmək üçün Bakı Şəhər Elmi Tətqiqat İnstitutuna getdim. Orada da əzələ zəifliyimi 3 bal kimi qiymətləndirdilər.

Odur ki, sənədlərimi Nərimanov rayon 4 saylı şəhər poliklikasına təqdim etdim. Orada məni və həkimimi təhqir etdilər. Poliklinikada bildirdilər ki, mənə əlillik dərəcəsinin gücləndirilməsi düşmür. Hətta mənə bildirdilər ki, “kimə istəyirsən şikayət edə bilərsən”. Mən də Nazirlər Kabinetinə müraciət etdim. Nazirlər Kabinetindən sənədlərimi TƏBİB-ə göndərdilər. Təəssüflər olsun ki, TƏBİB-də işimə baxmır.

TƏBİB-dən bildirdilər ki, biz 4 saylı şəhər poliklinikasının qərarını ləğv edə bilmərik. Mənə orada akt təqdim etdilər. Bildirdilər ki, bal gücləndirilməsini verə bilmərik. Gərək 3 baldan aşağı olsun ki, biz 2-ci qrup əlillik təyin edək.

TƏBİB-dən heç bir soraq yoxdur. Mənə əvvəl dedilər ki, şikayətinizə baxılacaq. Təəssüflər olsun ki, işimə baxılmır. 2 ay müddətində mən bir neçə xəstəxanada yatmışam. Bu qədər haqsızlıq olar?! TƏBİB-ə gedirəm, deyirlər ki, xəstəxanada yat, yoxsa sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qəbul etməyəcək.

Bir sözlə, TƏBİB saxtakarlıq edir, mənim sənədlərimi sistemə vurmur. Məni məcbur edirlər ki, xəstəxanada yatmalısan.

Mənə deyirlər ki, başındakı zədələr sayılmır, əzələ zəifliyi hesablanır. Başa düşə bilmirəm, 4 saylı poliklinika TƏBİB-ə tabedir, yoxsa TƏBİB 4 saylı poliklinikaya?”

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, Göygöl rayon sakini, 1965-ci il təvəllüdlü Vəliyev Surxay Sultan oğluna 29.03.2024-cü il tarixdə orqanizm funksiyalarının 40% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılıb:

“Vətəndaş əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı bir neçə dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani müayinə edilib.

Hər bir əyani müayinə zamanı S.Vəliyevin hazırki sağlamlıq vəziyyətinin Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizm funksiyalarının 40% pozulmasına görə1 il müddətinə əlillik təyinatına əsas verdiyi müəyyən edilib.

Qanunvericilik barədə vətəndaşın özünə də müvafiq izahatlar verilib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru