Naxçıvanda Ali Məclis ləğv ediləcək .....                     Keçmiş məmurun həbsdə olan oğlu .....                     Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb .....                     Magistraturaya sənəd qəbulu bu gün başa çatır .....                     31 yaşlı müəllim qəfil vəfat etdi .....                     Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                 

“Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Tarix: 8-01-2025, 09:18 | Çap et
“Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR...
Tezadlar.az saytının 11 oktyabr 2024-cü il buraxılışında “Azcosmetics”MMC-nin vergi ərköyünlüyü” başlıqlı yazı dərc etmişdik. Yazıda şirkətdən şikayətçi olan Bakı şəhər sakinləri- Əsgərova Aynurə Həsənağa qızı və Məhərrəmova Tükəzban Ələkbər qızının “Azcosmetics”MMC- də başına gələnlər, aldıqları avadanlıqların pullarını şirkərin bank hesabına yox, onun rəhbəri Kənan Zeynalovun və işçisi Mustafayev Rəşad Toğrul oğlunun şəxsi kart hesabına ödəmələri barədə və s. qanunsuzluqlar əksini tapmışdı. O zaman əks tərəf kimi “Azcosmetics”MMC-nin rəhbəri Kənan Zeynalovun da mövqeyini öyrənib dərc etmişdik. K.Zeynalov bizimlə telefon söhbətində bunları demişdi: “Deyilənlərin heç bir əsası yoxdur. Bunlar mənə və şirkətimizə qarşı şər və böhtandır. Bu küləyin haradan əsdiyini də bilirəm. Adlarını çəkdiyiniz şikayətçilərin qeyd etdikləri faktlar iki il bundan əvvəl olan məsələlərdir. O vaxt mən Aynurə Ələsgərovanı şər və böhtana görə polisə vermişdim. Nəsimi Rayon Polis İdarəsində həmin xanımı 50, ya da 55 manat cərimə etmişdilər. Xanım söz vermişdi ki, bir də belə hərəkət etməyəcək. Tükəzban Məhərrəmovanı isə məhkəməyə vermişəm, qalib gəlmişəm. Çünki dediklərini məhkəmədə sübut edə bilmədi. Mən dövlətin vergisini də tam qanuna uyğun olaraq, vaxtlı-vaxtında ödəyirəm. Sizə deyilənlərin hamısı yalandır və bunlar mənə rəqib olan şirkət rəhbərliyinin məni gözdən salmaq üçün etdiyi faydasız addımlardır”.

Necə deyərlər, çox gözəl və çox pakizə! Məsəl var, deyir, yalançını mənzilinə qədər qovarlar. Bu yazı saytımızda dərc olunandan, təxminən iki ay sonra həmin yazını oxuyan Bakı şəhər sakini Gülxar İbrahimova redaksiyamıza təşrif buyurdu. Gülxar xanımın “Azcosmetics” MMC-də başına gələnlər lap “Min bir gecə” nağılını xatırladır. G.İbrahimovanın bizə təqdim etdiyi sənədlər bir daha göstərirdi ki, şirkətin rəhbəri, sabiq vergi müfəttişi Kənan Zeynalov dövlətin qanunlarına tabe olmaq istəmir. Yenə avadanlıqların pulu şirkətin bank hesabına yox, vergidən yayınmaq üçün özünün şəxsi kart hesabına ödənilir.

Gülxar İbrahimova bu barədə saytımıza geniş müsahibə verdi. Həmin müsahibə «“Azcosmetics” MMC-də köhnə hamam, köhnə tasdır! Ya hamam dəyişməlidir, ya da tas…” başlığı altında tezadlar.az saytının 23 dekabr 2024-cü il buraxılışında dərc olundu. Həmin yazıda dərc edilən bir məqamı olduğu kimi bir daha yada salırıq: ”…Göründüyü kimi, “Azcosmetics” MMC-də qanusuzlar baş alıb gedir. Fikirləşmək olardı ki, şirkət rəhbəri kimi Kənan Zeynalov bu qanunsuzluqları tezliklə aradan qaldıracaq və fəaliyyətini ölkəmizin qanunlarına uyğunlaşdırıb davam etdirəcək. Amma, necə deyərlər, sən saydığını say, gör Kənan bəy nə və necə sayır?

Gülxar xanımın müsahibəsindən görünür ki, bu şirkətdə elə “Köhnə hamam, köhnə tasdır”. Kənan bəyi isə, ya hamamı, ya da tası dəyişməyə yalnız və yalnız səlahiyyətli dövlət qurumları, konkret olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Dövlət Vergi Xidməti, həmçinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məcbur edə bilər”.

***

…Gümanımızda yanılmamışdıq. Artıq vətəndaşların “Azcosmetics” MMC-dən olan çoxsaylı şikayətləri əsasında adı şəkilən qurumlar hərəkətə keçiblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmiləri konkret fəaliyyətə başlayıblar. Yazılarımızda adları çəkilən vətəndaşlar Dövlət Vergi Xidməti rəhbərliyinə “Azcosmetics” MMC-də baş alıb gedən vergi qanusuzluqları barədə etdikləri müraciətə cavab gəlib. Eyni zamanda bu şikayətçilər, hər iki yazıda vətəndaşların razılıq etdikləri, müştərilərə tam qanuni əsaslarla sərfəli və orijinal avadanlıqlar satan “Azestetik” MMC-nin rəhbərliyinə də kömək məqsədi ilə müraciət ediblər. Müraciətlərində bildiriblər ki, “Azcosmetics” MMC-də onların başına gətirilən qanusuzlar barədə aidiyyəti qurum rəhbərlərinə məktublar göndərsinlər. Öz keyfiyyətli xidmətləri ilə müştəriləri arasında etibar və nüfuz qazanan “Azestetik” MMC-nin rəhbərliyi də vətəndaşların “Azcosmetics” MMC-dəki vergidən yayınma barədə olan şikayətlərinə biganə qalmayıb və bu şikayətləri aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə göndəriblər. Bu qurumdan həm vərəndaşlara, həm də “Azestetik” MMC-nin rəhbərliyinə ünvanlanan hər iki məktubla, istəkli oxucuları tanış etmək istəyirik.

Hər iki məktub “Azcosmetics” MMC-nin rəhbəri Kənan Zeynalovun bizə telefonda nəinki yalan danışdığını göstərir, hətta yalançının mənzilinə qədər qovulduğunun təsdiqi kimidir! İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olan 24 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-1-3898-43/2024 nömrəli məktubda deyilir:

«Sizin müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır.

Bildiririk ki, izahat məktubunuzda qeyd olunanları nəzərə alaraq kameral vergi yoxlamaları araşdırılması zamanı Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəkdir.

Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşavir: Zaur Əkbərli»

***

Göründüyü kimi, şikayətçilərin “Azcosmetics” MMC-də olan qanunsuzluqlar barədə qaldırdıqları məsələ əsaslı olduğu üçün qəbul edilib və tədbir görüləcəyi haqqında məlumat bildirilir. İndi isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən "AzEstetikGroup" MMC-yə göndərilmiş 26 dekabr 2024-cü il tarixli, 3-21-2-1/2-Q-1654-43/2024 saylı cavab məktubunu təqdim edirik. Məktubda deyilir:

«Müraciətinizə baxılmasının nəticəsi haqqında

“Azcosmetics" MMC-də (VÖEN:1303471401) vergi qanunvericiliyinin pozulması hallarının olması barədə müraciətinizə (AVİS qeydiyyatı:13.12.2024-cü il tarixli 2417110012341700 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır.

Bildiririk ki, vergi orqanının 10.10.2024-cü il tarixli qərarına əsasən "Azcosmetics" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev-27 K ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) Vergi Məcəlləsinin 50.1.3, 50.1.7, 50.1.11 və 50.1.14-cü maddələrində göstərilən məsələlər üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və cəmiyyət tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, eləcə də əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar edilərək vergi orqanının 16.10.2024-cü il tarixli qərarları ilə müvafiq olaraq 1000 manat və 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmişdir.

Eyni zamanda, operativ vergi nəzarəti zamanı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərin pozulması faktı aşkar edilərək 22.10.2024-cü il tarixli aktla rəsmiləşdirilmiş və bu pozuntu halına görə vergi orqanının 25.10.2024-cü il tarixli qərarı ilə 9730 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və (və ya) vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin rəis müavini,

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri: İlkin Vəliyev».

***

Bizə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur. Şirkətin rəhbəri Kənan Zeynalov "Azcosmetics" MMC-də baş verən vergi qanunsuzluğunu Göyçayda yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinin vaxtı ilə vergi müfəttişi işlədiyinə görə bütün incəlikləri bilsə də, bu dəfə tamah güc gəlib və bunu heç cürə gizlədə bilməyib. Necə deyərlər, cidanı çuvalda gizlətmək cəhdi alınmayıb.

Görünür, Kənan bəy qanunlara yox, şəxsi maraqlarına xidmət etdiyindən əvvəl tutduğu məsul vəzifəsindən çıxarılıb.

Artıq Dövlət Vergi Xidməti öz sözünü deyib və ətraflı yoxlamaların nəticəsindən sonra Kənan bəyin hüquqi məsuliyyətini ortaya qoyacaq. Yazılarda adlarını çəkdiyimiz digər dövlət qurumlarından- Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən də "Azcosmetics" MMC-də baş verən qanunsuzluqlar barədə mövqe gözləyirik.

İnanırıq ki, dövlətin qanunlarının ziddinə gedən, vətəndaşları müqaviləsiz işlədən, açıq-aşkar vergidən yayınan "Azcosmetics" MMC-nin rəhbəri Kənan Zeynalov, nəhayət, layiq olduğu cəzanı alacaq.

tezadlar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11
Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02
Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00
Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru