Zakir Qaralov niyə “Zaminbank”ın borcunu ödəmir? - İLGİNC İDDİALAR
Tarix: 9-12-2024, 08:29 | Çap et
2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olmuş Zakir Qaralovun nəzarətində olan "Akkord” şirkətinin ləğv edilmiş "Zaminbank” ASC-yə 22 milyon manat borcu var.
"Arqument.az”a daxil olan məlumata görə, "Zaminbank” ASC-nin 8 ildir ləğv edilməsinə baxmayaraq "Akkord” şirkəti hələ də banka olan borcu qaytarmayıb.
Məlumatda bildirilir ki, şirkət götürdüyü kreditin müqabilində banka heç bir girov təqdim etməyib. Bu qanunsuzluğa göz yumulması Mərkəzi Bankın prosesdə maraqlı olması ilə bağlıdır.
İddialara görə, "Akkord” şirkəti aktiv fəaliyyətdə olduğu dövrdə yol istismarı adı altında Mərkəzi Bankdan 100 milyon kredit götürüb.
Mərkəzi Bank hansısa quruma və şəxsə birbaşa kredit verə bilmədiyi üçün vəsait "Akkord” şirkətinə müxtəlif banklar, o cümlədən "Zaminbank” ASC vasitəsilə ötürülüb.
Zakir Qaralovun himayə etdiyi şirkət isə dövlət vəsaiti olan bu pulları qaytarmaq niyyətində görünmür.
Araşdırmalar zamanı o da məlum olub ki, "Zaminbank” ASC 20 milyon manatlıq krediti birbaşa "Akkord”a deyil, səhmlərinin 80 faizi bu şirkətə məxsus olan "Doch Fasad”a ayırıb: "Mərkəzi Bank tərəfindən ayrılmış bəhs etiyimiz kredit müqabilində hansısa girov götürülməyib. Bu da özlüyündə ciddi qanun pozuntusudur. Kredit Balaxanıda Zavodun tikintisi üçün ayrılmışdı. Həmin zavodun tikintisi üçün əlavə olaraq İqtisadiyyat Nazirliyindən də 3 milyon manat ayrılıb. Baxmayaraq ki, "Zaminbank" ASC 2016-cı ilin 22 iyul tarixində bağlanıb, bu vaxta qədər nə götürülmüş borc qaytarılıb, nə də kredit faizləri", - deyə məlumatı verən mənbə əlavə edib.
Maraqlıdır ki, prosesdə aparıcı rol oynayan Mərkəzi Bank kreditin qaytarılması məsələsində kölgəyə çəkilib. Halbuki Mərkəzi Bankın girovsuz verdiyi vəsaitləri geri almaq öhdəliyi həm Əmanətlərin Sığortalanması Fondunun, həm də özünün üzərinə düşür.
Bu isə kredit verilən dövrdə Mərkəzi Bankı sədri olmuş Elmar Rüstəmovun Zakir Qaralovla işbirliyində olmasına şübhələri artırır.
Dövlət vəsaitini geri qaytarmaq üçün "Zaminbank”ın müsadirə olunmuş əmlakları hərraca çıxarıla bilər. Lakin naməlum səbəblərdən bu da baş vermir.
Mərkəzi Bankın məsələ ilə bağlı mövqeyinə diqqət etdikdə aydın şəkildə görünür, bank məsuliyyətdən yayınmağa çalışır:
"Ləğv prosesində olan "Zaminbank” ASC ilə bağlı daxil olan sorğunuz üzrə bildiririk ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (Məhkəmə) 22 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC (Bank) məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu (Fond) 24 iyul 2016-cı il tarixdən Bankın ləğvedicisi təyin edilib. Məhkəmənin 19 sentyabr 2016-cı il tarixli qərarı ilə Bank barəsində iflas proseduruna başlanılıb. Bankın idarə olunması üzrə bütün səlahiyyətlərin həyata keçirilməsi, bankın aktivlərinin idarə edilməsi, kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi, eləcə də bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlərin görülməsi, bankın aktiv və öhdəliklərinin satışının və ya köçürülməsinin həyata keçirilməsi "Banklar haqqında” Qanunun (Qanun) 71.7-ci maddəsinə müvafiq olaraq ləğvedicinin (Fond) səlahiyyətindədir. Qanunun 71.4-cü maddəsinə uyğun olaraq ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bank ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir". Mərkəzi Bank hətta "Zaminbank” ASC-nin 187 milyon manatdan çox dəyəri olan və məhkəmə qərarı ilə müsadirə olunmuş əmlakının olmasını da qəbul etmir:
"Müsadirə edilmiş əmlakların dəyəri ilə bağlı müraciətinizdə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. Qanunvericiliyə uyğun qaydada kreditlərin təminatı olan Bankın balansında olan əmlakların satışı üzrə lazımi tədbirlər Fond tərəfindən, digər əmlaklara münasibətdə isə Mərkəzi Bank tərəfindən hüquqi tədbirlər görülməkdədir. Cari dövrədək vətəndaşların qorunan əmanətlərinin kompensasiya olunan hissəsinin 99%-i (2084 nəfər müştəri üzrə 76.594.114 manat) ödənilib. Ödənilmiş kompensasiya məbləğinin təqribən 60 milyon manat məbləğində hissəsi Bankın aktivlərinin yığımı və satışı nəticəsində bərpa edilib. Qanunun 82-ci maddəsinə əsasən Bankın Fond qarşısında olan öhdəliyinin tam şəkildə icrasından sonra digər növbəliklər üzrə tələblərin ödənişi davam etdiriləcək".
Əmanətlərin Sığortalanması Fondundan verilən açıqlamada isə bildirilib ki, mülki qanunvericiliyin tələblərinə əsasən, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır:
"Həmin norma banklara münasibətdə deyil, birbaşa hüquqi şəxslərin ləğvi ilə əlaqədar nəzərdə tutulmuşdur. Bank sahəsi spesifik sahə olduğuna görə, eyni hüquq münasibətlərini tənzimləyən konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir. Bu səbəbdəndir ki, bankların müflis elan edilməsi ilə əlaqədar olaraq ləğvetmə prosesinin tənzimlənməsi birbaşa olaraq "Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Müflis elan olunan bankın vəziyyəti digər əsaslarla ləğv edilmiş bankların vəziyyətindən daha mürəkkəb olduğundan, bank öz öhdəliklərini tam yerinə yetirməyə qadir olmadığından, onun ləğvinin xüsusi prosedur qaydası, kreditorların tələblərinin qəbulu və təsdiqinin fərqli şərtləri, tələblərin ödəniş növbəliliyi həmin Qanunda müəyyən edilib".
"Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən, "Zaminbank” ASC məcburi qaydada ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən "Zaminbank” ASC-nin ləğvedicisi təyin edilib. Həmin Məhkəmənin 19.09.2016-cı il tarixli, 2-1(81)-3620/16 nömrəli qərarı ilə ”Zaminbank” ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılıb.
Bank məhkəmə qərarı əsasında müflis elan edildikdən sonra Bankın aktiv fəaliyyət göstərdiyi müddət ərzində bağladığı müqavilələrin icra olunması, aktivlərin realizəsi, kredit yığımlarının həyata keçirilməsi, borcalanların öhdəliklərinin tam icra edilməsi üçün Bankın ləğvetmə prosesinin yekunlaşması uzun müddət tələb edir.
Qanunvericilikdə ləğv prosesində olan bankın ödəniş növbəliliyi üzrə öhdəliklərin icra edilməsi müddəti müəyyənləşdirilib", - deyə məlumatda vurğulanır. "Qanunun 82.1.2-ci maddəsinə əsasən, LPO "Zaminbank” ASC üzrə hazırda fiziki şəxslərin əmanətlərinin sığortalanması üzrə Fondun reqres hüquqlarından irəli gələn tələblərin icrası davam etməkdədir. Belə ki, Fond tərəfindən ümumilikdə 76.594.114 manat məbləğində vəsait Bankın əmanətçilərinə kompensasiya edilmiş və hazırki tarixədək reqres tələbindən irəli gələrək 60.728.797 manat məbləğində vəsaitin Fonda qaytarılması təmin edilib. Qanunun müddəlarına əsasən, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq açıq hərracda satılır. Lakin Məhkəmə qərarı əsasında müsadirə olunmuş əmlak (lar)ın sərəncamvericisi qismində ləğvedici çıxış etmədiyindən belə əmlakların özgəninkiləşdirilməsi Fondun səlahiyyətləri xaricindədir. Hazırda sadəcə sorğuda adı çəkilən hüquqi şəxs barəsində deyil, həmçinin LPO "Zaminbank” ASC-nin digər borcalanlarının kredit yığımlarının həyata keçirilməsi istiqamətində məhkəmə və icra orqanları ilə sıx qarşılıqlı əlaqə şəraitində işlər davam etdirilir", - deyə Fondan belə bildirilib. Aydın görünür ki, Əmanətlərin Sığortalanması Fondu məsuliyyəti öz üzərindən ataraq ümumi sözlərlə məsələyə münasibət bildirib.
Mütəxəssislər isə ölkədə əksər bankların bağlanmasının səbəbini bu kimi məmur özbaşınaığının törətdiyi iflasla əlaqələndirirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Oğlumun qatilinin edamında iştirak edəcəm..." - Orxanın atası İrana GEDƏCƏK
Bu gün, 10:28 |
|
|
|
• Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər – Meyarlar açıqlandı
Bu gün, 10:23 |
|
|
|
• Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20 |
|
|
|
• Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 10:15 |
|
|
|
• Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11 |
|
|
|
• Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02 |
|
|
|
• Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00 |
|
|
|
• Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59 |
|
|
|
• 31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56 |
|
|
|
• Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56 |
|
|
|
• Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
• "Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47 |
|
|
|
• 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40 |
|
|
|
• Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33 |
|
|
|
• "Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Trampın əfvindən imtina olundu
Bu gün, 09:20 |
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
|