İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Tarix: 25-11-2024, 10:47 | Çap et
 Azərbaycanda sürücüləri cərimələyən qurumların tayı-bərabəri yoxdur. Onlar dünya üçün analoqu olmayan nümunədirlər. Eyni zamanda, ilbəil ya cərimə yazan strukturların sayı artır, ya da dəyişir. Əvəzində isə keyfiyyət dəyişmir, xidmət yoxdur və sadəcə, narazılıq yaradırlar. Elə narazılıq çoxaldığına görə də struktur dəyişiklikləri edilir ki, bəlkə əvvəlki qanunsuzluqlar unudula. Məsələn, indi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi var. Hazırda bu qurumun əməkdaşları zəli olub sürücülərin canına yapışıb. Bu qurumun əməkdaşlarının əksəriyyəti axşam saatlarında, "dərə xəlvət, tülkü bəy" vaxtı gəlib cərimə yazıb qaçırlar. Üstəlik, bir çoxu həddən artiq qorxaqdırlar. Sözlərini sürücülərə deməyə cəsarətləri yoxdur. Ona görə də gizli gəlib cərimə yazıb aradan çıxırlar. Sürücü də bilmir ki, hansı ərazidə çəkilib. Sadəcə, cərimə olunması haqda ümumi mesaj alır. Əvvəllər bu işi Bakı Nəqliyyat Agentliyi adından edərdilər. Sonra BNA AYNA-nın tabeliyinə verildi. Pah, çox böyük islahat olubmuş... Camaat heç bilmir ki, BNA nə işlə məşğuldur, AYNA hansı fəaliyyəti yerinə yetirir. Sadəcə, büdcəyə yük olan strukturların sayı artırılıb, ofislərdə işləyənlər dövlətdən maaş alır, yollarda olan müffətişlər də keçmiş nazir Ziya Məmmədovun "qoçu"ları kimi düşüblər küçələrin canına, sürücüləri cərimələyirlər. Bu mesajlar gah, AYNA, gah BNA adından göndərilir. Onsuz da bir-birinə bağlı olduğuna görə kimin cərimələməsi də əhəmiyyətsizdir. İntəhası, AYNA İdarə Heyətinin sədri Anar Rzayev özünü islahatçı kimi piar edir. Amma fakt budur ki, xalqa qarşı açılan AYNA-lı böyük narazılıq doğurur. Axı cərimələmək çıxış yolu deyil. Heç bir inkişaf etmiş ölkə siyasətini cərimə üzərində qurmayıb, çünki bunun effektiv olmadığını qəbul ediblər. Yalnız bizim kimi büdcəni talayıb, xalqı isə soyanların təfəkküründə bu yanaşma var ki, bacardıqca çox cərimə yazaq. İkincisi, bu cərimələr bir çox hallarda əsassız yazılır, dayanma - durma qadağası olmayan yerlərdə belə gizli şəkildə gəlib sürücüyə cərimə yazıb qaçırlar. Halbuki həmin əməkdaş avtomobilin yanında dayanmalı, sürücüyə xəbərdarlıq və izah etməlidir ki, nəyə görə burada saxlamaq olmaz. Heç bir izahat yox, maariflənmə yox, ucdantutma cərimələmək var. Bu, sadəcə, ayıbdır və biabırçılıqdır. Necə ki BNA və onun sədri Vüsal Kərimli dövlətin, xalqın, prezidentin gözündən düşdüsə, bu gedişlə AYNA və onun rəhbərliyinin də oxşar aqibəti yaşaması istisna deyil. Biz Ziya Məmmədovların, Vüsal Kərimlilərin taleyini də görmüşük. Prezident yeni qurumlar yaradılarkən demir ki, gedib xalqı soyun, harda tutduz cərimələyin. Əksinə, problemlərin həllini tapşırır, strategiya, konsepsiya tələb edir. Amma bizdə hər yeni yaranan qurumun ağlı ancaq onu kəsir ki, cərimələyək, vəssalam. AYNA əməkdaşları da ağac dalında gizlənib cərimə yazmaqla çox qabağa gedə bilməyəcəklər. Fakt budur - Azparkinq əməkdaşları geyinib bir uniforma, düşüblər şəhərin canına. Şəhər nədir, məhəllələrdə, tinlərdə cərimə yazırlar. Təsəvvür edirsinizmi, bir sürücünü cərimələmək istəyən neçə qurum var? Gərək partizan olasan ki, bu situasiyadan çıxasan. Bir tərəfdən avtobus xəttinə girmək olmaz, o tərəfdən dayanma-durma qaydası pozulmamalıdır, başqa yandan parklanmaya riayət edilməlidir... Sürücülər ancaq və ancaq cərimə edilməmək haqda fikirləşirlər. Belə avtomobil idarə etmək mümkün deyil. O da deyilməlidir ki, Bakı Nəqliyyat Agentliyi ləğv edilsə də protokolun əvvəlinə BNA yazılması doğru deyil və BNA da ləğv edildiyi üçün AYNA düzgün iş görmür. Bir sözlə, daha bir qurumdan qurtuluş lazımdır və dövlət bu məsələyə baxmalıdır...
Azər Talıbov Anaxeber.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|