Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Tarix: 22-11-2024, 11:58 | Çap et
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması kimi halların qanunsuz olduğu və bu barədə ciddi tədbirlər görüləcəyi ilə bağlı məlumat yayıb.
Vətəndaşlar deyirlər ki, taksi sifariş etdikdə avtomobil hələ mənzil başına gəlməmiş artıq kartdan həmin məbləğ çıxılır. Halbuki, xidmət həyata keçirildikdə sonra həmin məbləğ kartdan çıxılmalıdır. İkinci şikayət odur ki, vətəndaş taksi sifariş edir və mənzil başına çatanda əvvəl təyin olunmuş məbləğdən daha yüksək məbləğ kartdan çıxılır. Bu, həm istehlakçı hüquqlarının pozulması, həm də kibercinayətkarlıq kimi qiymətləndirilir.
Çünki vətəndaşın icazəsi olmadan, ona xəbərdarlıq edilmədən kartından müəyyən məbləğ çıxılır. Belə aydın olur ki, telefona yüklədiyimiz proqramlar vətəndaşın kartına müdaxilə edə bilir. Lakin məbləğ kiçik olduğu üçün vətəndaş məhkəməyə müraciət etmir.
Bu kimi hallarla rastlaşdıqda nə etməliyik?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin sözlərinə görə, taksi firmaları adətən beynəlxalq hüquq əsasında işləyir və səhvlər minimum olur.
Bəhruz Əliyev qeyd edib ki, ödənişin müxtəlif vaxtlarda çıxılması aplikasiyanı yüklədiyimiz vaxt təsdiq etdiyimiz şərtlərdən də asılıdır:
“Taksi xidmətlərinin bəzi hallarda mənzil başına çatmamış kartdan pul çıxması istifadəçilərin narahatlığına səbəb ola bilər. Bu məsələnin kiberfırıldaqçılıqla əlaqəsinin olub-olmaması mövcud vəziyyətə görə fərqlidir. Gəlin bəzi misallarla vəziyyətə daha geniş aspektdən baxaq. Bəzi "online" sifarişlər var ki, onlar ödənişi daha əvvəldən, bəzi sifarişlər isə sonda alır. Bu məsələ adətən xidmət verənin real təcrübə və yanaşmasından asılıdır.
Məsələn, "online" xidmət verən yemək-kuryer aplikasiyaları pulu əvvəl çıxır, yeməyi sonda çatdırır. Amma taksi xidmətlərində bu, adətən sonda qəbul olunur. Fikrimcə, taksilərdə ödənişin sonda qəbul olunmasında məqsəd sərnişinin fərqli istiqamətə getmək istəyi və qərarın dəyişmə ehtimalının olmasıdır".
O bildirib ki, bəzi hallarda düzgün yer təyin edə bilməyən sərnişin, sürücüdən bir qədər də artıq yol getməsini tələb edə bilər:"Belə olan halda sürücü bu barədə məlumat verməlidir. Çünki xidmət nöqtədən-nöqtəyədir.
Taksi aplikasiyaları adətən nöqtədən-nöqtəyə prinsipi ilə işləyir. Tövsiyə olunur ki, təyin olunan nöqtəyə çatan şərnişin sürücüdən xidmətin başa çatdığını qeyd etməsi üçün müvafiq düyməyə toxunmasını tələb etsin. Sürücü bu düyməyə toxunmağı unutduğu halda sistemdə bu məsələ avtomatik nəzərə alınmayıbsa, sərnişin düşdükdən sonra sürücünün sonlanma düyməsinə toxunmağı unudaraq getdiyi yol sərnişinin hesabından pul çıxmasına səbəb ola bilər.
Ekspert ödənişin müxtəlif vaxtlarda çıxılmasından da danışıb:
"Aplikasiyanı yüklədiyimiz vaxt təsdiq etdiyimiz şərtlərdən çox asılıdır.
Beynəlxalq taksi firmaları adətən beynəlxalq hüquq əsasında işləyir.
Peşəkar hüquqçularla işləyir, özlərini daha çox sığortalayırlar və səhvlər minimum olur. Eyni zamanda, çoxumuzun oxumadan təsdiq etdiyi elektron müqaviləyə diqqətlə baxmaq lazımdır”.
Bəhruz Əliyev bildirib ki, sınaqdan keçməmiş heç bir aplikasiyanın yaddaşında bank kartınızı saxlamayın və ancaq ehtiyac olacaq qədər məbləği virtual karta köçürün:
“Xarici şirkətlərlə bağlı problemlərin həlli bir qədər fərqli ola bilər. Qeyd edim ki, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarınının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunda bildirilir ki, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
Ona görə də xarici elementi olan xidmətlərdə şərtləri diqqətlə oxumaq tövsiyə olunur. Hüquqi münasibətlərə daha geniş şərhi hüquqçular verə bilər. Ttövsiyə edərdim ki, sınaqdan keçməmiş heç bir aplikasiyanın yaddaşında bank kartınızı saxlamayın. Risklərdən qorunmaq üçün isə virtual kart açaraq "online" ehtiyaclar üçün lazım olacaq məbləği köçürün.
Belə olan halda daha böyük pul itkisi risklərindən qoruna bilərsiniz.
Unutmamaq lazımdır ki, aplikasiyalar da hücuma məruz qala bilər. Ehtiyat tədbiri görmək hər zaman ən uyğun yoldur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40 |
|
|
|
• Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33 |
|
|
|
• "Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Trampın əfvindən imtina olundu
Bu gün, 09:20 |
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
|