Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                 

PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Tarix: Bu gün, 00:06 | Çap et
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi
PKK terror təşkilatı silahlı mübarizəni dayandırdığını və özünü buraxdığını elan edib.

Bu barədə qərar PKK-nın mayın 5-7-də keçirilən qurultayında qəbul olunub. Təşkilat Türkiyəyə qarşı hərbi və siyasi qarşıdurmanı dayandırdığını, mübarizəni bundan sonra siyasi və hüquqi yollarla davam etdirəcəyini bəyan edib. Qurultayın qərarına əsasən, PKK-nın dağılması ilə birlikdə bütün fəaliyyətlərinə son qoyulacaq. İraq, İran, Suriya və Türkiyə daxil olmaqla, təşkilatın adından heç bir hərbi və siyasi fəaliyyət həyata keçirilməyəcək. Silahlı mübarizənin bitməsi prosesinə PKK İdarə Heyəti nəzarət edəcək.

Türkiyədən PKK-ya qoşulan şəxslərin tabeliyindəki silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq. Qeyd edək ki, qurultay iştirakçıları 1999-cu ildən İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanın fevralın 27-də etdiyi müraciəti nəzərə alaraq silahı yerə qoymağa razılaşıblar.

Öcalan PKK-nın tarixi inkişafı ilə bağlı açıqlamalar verərək, artıq bu quruluşun sona çatmasının lazım olduğunu bildirib. O, kürd və türk xalqlarının min illər boyu davam edən ittifaqının tarixi əhəmiyyətini vurğulayıb. Öcalan demokratik cəmiyyətin əhəmiyyətini qeyd edərək bildirib ki, müasir dövrdə kürdlər demokratik mənada təşkilatlanmalıdırlar.

Qurultayın qərarından sonra 40 ildir Türkiyənin milli təhlükəsizliyi üçün ən ciddi problemlərdən birinə çevrilmiş kürd terrorunun aradan qalxacağına ümid yaranıb. Qeyd edək ki, XX əsrdə Türkiyəni parçalamaq və dünya xəritəsindən silmək üçün xarici dövlətlər iki terror “kartı”ndan istifadə etməyə çalışıb.

Bunlardan biri Türkiyə ərazisində “Böyük Ermənistan”, ikincisi isə “Kürdüstan” dövlətinin yaradılması planı olub. Hələ Birinci Dünya müharibəsi dövründə “Antanta” ittifaqına daxil olan ölkələr Osmanlı dövlətinə və türklərə qarşı erməni terrorundan silah kimi istifadə edib. Müharibə başa çatdıqdan sonra da Osmanlı dövlətini parçalamaq və sonrakı mərhələdə Türkiyə Respublikasının yaranmasına mane olmaq üçün ermənilərdən istifadə edilib.

1920-ci il avqustun 10-da imzalanmış Sevr müqaviləsi hazırkı Türkiyənin dörd vilayətinin Ermənistana verilməsini, Osmanlı dövlətinin ərazisində Kürdüstan dövlətinin yaradılmasını nəzərdə tuturdu. Həmçinin, Sevr müqaviləsinə görə, qondarma erməni soyqırımı tanınmalı idi.

Türkiyəyə qarşı erməni və kürd amilindən XX əsrin ikinci yarısında istifadə edilməyə başlanılıb. 1970-1980-ci illərdə “ASALA” terror təşkilatı türk diplomatlarına qarşı bir sıra terror aktları törətmişdi. Nəticədə 20 nəfər diplomat qətlə yetirilmiş, 100-dən artıq müxtəlif millətlərin sıravi nümayəndələri həlak olmuş və yaralanmışdı. Ermənistanın 1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları, eyni zamanda, uydurma soyqırımın dünyada tanınmasına dair bənd yer alıb.

Ermənistan Konstitusiyasının preambula hissəsində həmin bəyannaməyə istinad edilib. Rəsmi İrəvan Ermənistan konstitusiyasından Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması üçün referendum keçirmədən iki ölkə arasında münasibətlərin normallaşması qeyri-mümkündür.

1978-ci il noyabrın 27-də Abdullah Öcalan və onun 21 nəfər tərəfdarının yaratdığı PKK terror təşkilatı Türkiyənin şərq və cənub-şərqini, İraqın, Suriyanın şimal-şərqini, İranın şimal-qərbini əhatə edən bölgədə müstəqil dövlət qurmaq və bu məqsədlə sözügedən torpaqlara sahib çıxmaq məqsədi daşıyırdı. PKK-nın İran (PJAK) və Suriyada da (YPG və PYD) müxtəlif strukturları yaradılıb.

SSRİ-nin Türkiyəyə qarşı siyasi layihəsi hesab edilən PKK-nın ideoloji bazasını kommunizm təşkil edib. Hələ də PKK-çılar arasında kommunizm - sosializm ideyalarının tərəfdarları üstünlük təşkil edir və onlar bir-birinə “yoldaş” deyə müraciət edirlər. SSRİ həm də PKK-nın əsas silah təminatçısı olub. Lakin Sovet İttifaqının və sosializm sisteminin dağılması PKK-ya xaricdən ən böyük siyasi-ideoloji dəstəyin aradan qalxmasına səbəb oldu. Abdullah Öcalanın müraciətində də artıq sosializm quruluşu olmadığına görə belə bir ideya uğrunda mübarizə aparmağa da ehtiyacın qalmadığı bildirilirdi.

PKK-dan müxtəlif dövlətlər Türkiyəyə qarşı istifadə ediblər. Son 34 ildə PKK daha çox ABŞ-nin siyasi və hərbi himayəsi altında olub. Eyni zamanda, üç siyasi mərkəzdən PKK-nın mövcudluğunun qorunub saxlamaq və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün yardım göstərilib. Bunlar İran hakimiyyəti, İraqda Təlabani ailəsi və Suriyada Əsəd rejimi olub.

Yaxın Şərqdə baş verən son proseslər fonunda İsrailin də Suriyanın parçalanması və Türkiyənin artan təsirinin qarşısını almaq üçün “kürd kartı”ndan istifadə etmək niyyəti açıq görünür. Qeyd edək ki, 47 il ərzində PKK-nın Türkiyədə törətdiyi terror aktları nəticəsində on minlərlə insan həyatını itirib. Xüsusilə də 2017-ci ildən başlayaraq Türkiyə silahlı qüvvələrinin Suriyanın və İraqın şimalında həyata keçirdiyi irimiqyaslı terror əməliyyatları zamanı PKK, YPG və PYD və qollarının əsas sığınacaqları, silah bazaları məhv edilib, fəalları öldürülüb, həbs edilib.

Sistemli hərbi əməliyyatlar nəticəsində PKK xeyli zəifləyib. Son illər Türkiyənin müdafiə sənayesinin güclü inkişafı ilə bağlı ən müasir texnologiyalara əsaslanan hərbi hava qüvvələri və raket istehsalının artırması PKK-ya qarşı mübarizəni asanlaşdırıb. Ötən ilin dekabr ayında Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi və İranın bu ölkədən çəkilməsi Türkiyənin regiondakı geosiyasi mövqelərini möhkəmlədib.

Artıq PYD (Suriya Demokratik Qüvvələri) rəhbəri Məzlum Abdi Suriya keçid hökumətinin Prezidenti Əhməd əş-Şəraa ilə qarşılıqlı razılaşmadan sonra silahlı mübarizəni dayandırdıqlarını və fəaliyyətlərini siyasi müstəvidə davam etdirəcəklərini deyib. Bu ilin mart ayında, YPG terror təşkilatı da Abdullah Öcalanın müraciətini əsas götürərək silahlı mübarizəyə son verdiklərini açıqlayıb. Qurultayın qərarından sonra YPG-nin də fəaliyyətinə tamamilə xitam verəcəyi gözlənilir.

Bu isə 47 ildən sonra Türkiyənin terror təhlükəsinin aradan qalxması və sabitliyin təmin olunması üçün zəmin yaradır. PKK-nın mövcudluğuna son qoyulması Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi edilməkdir. Lakin bəzi siyasi müşahidəçilər hesab edirlər ki, PKK-nın siyasi struktura çevrilməsi Türkiyəyə yaxşı heç nə vəd etmir.

Əgər indiyə qədər terror amili Türkiyəyə “Kürdüstan dövləti” ideyasına qarşı açıq mübarizə aparmağa imkan verirdisə, bundan sonra Ankara dinc, demokratik vasitələrdən istifadə etməklə aparılan siyasi mübarizənin qarşısını almaqda çətinlik çəkə bilər. Bütün hallarda PKK terroruna son qoyulması Türkiyənin daxili və xarici siyasətində yeni mərhələnin başlanması deməkdir.

Müşfiq Abdulla
“Cebheinfo.az”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru