
“Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabat təhqiqat başa çatdıqdan sonra dərc olunacaq.
Bu barədə RİA Novosti-yə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
Nazirlikdən verilən açıqlamada qeyd olunub.Bu günə qədər komissiya Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq təhqiqatları davam etdirir. Təhqiqat başa çatdıqdan sonra yekun hesabat dərc olunacaq.
Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı mövqeyindən heç zaman geri durmayıb:
“Təyyarə qəzasının Rusiyada baş verməsi və Moskvaya məxsus Çeçenistanın hava hücumundan müdafiə (HHM) sistemlərinin açdığı atəş nəticəsində hadisənin baş verdiyini nəzərə alsaq rəsmi Bakının tələbləri yerində və haqlıdır. Azərbaycan sözügedən məsələylə bağlı Rusiyadan əsaslı izahat tələb edir. Qazaxıstan da məsələylə bağlı müəyyən araşdırmalar aparır. Rusiya tərəfindən Qazaxıstana təsir imkanlarını nəzərə aldıqda problemlərin olma ehtimalı mümkündür. Hər halda prosesin hələ də davam etməsi hadisəni Rusiyanın məsələni uzatma ehtimallarını artırır. Rusiya məsələylə bağlı haqsız durumda olduğuna görə Azərbaycan qarşısında özünü ikinci planda görmək istəmir. Yəni hələ də imperiya ənənələriylə Azərbaycanla danışmağa çalışır. Lakin Azərbaycanın mövzuyla bağlı qərarı qətiyyətlidir və Prezident İlham Əliyevin 9 may qələbə paradında iştirak etməməsinin bir səbəbi də məhz budur. Rusiyanın Azərbaycana qarşı bu tonda davranışı bitməsə, rəsmi Bakının da mövqeyi dəyişməyəcək”.