
Azərbaycan Respublikasında siyasi partiyalar ölkənin siyasi hissəsinin vacib tərkib hissəsidir. Onlar, cəmiyyətin müxtəlif sosial, iqtisadi və ideoloji maraqlarını təmsil edir və ölkənin demoqrafik inkişafında mühüm rol oynayırlar. Müstəqillik əldə edildikdən sonra Azərbaycanda çox partiyalı sistem formalaşıb və bu gün bir sıra partiyalar müxtəlif səviyyəli seçkilərdə iştirak edir, həm parlamentdə, həm də yerli özünüidarəetmə orqanlarında təmsil olunurlar. Hər bir partiyanın öz ideoloji xətti, proqramı və məqsədləri var, bu da seçicilərə fərqli siyasi baxışlar arasında seçim etmək imkanı yaradır.
Ölkəmizdə hazırda neçə partiya fəaliyyət göstərir? Partiyaların indiki vəziyyətdə başlıca problemləri nələrdir? Partiyalara dövlət tərəfindən hansı maddi dəstək göstərilir?
Mövzuyla bağlı "AĞ" Partiya sədri" Tural Abbaslı REFERANS-ın suallarını cavablandırıb. "AĞ" Partiya sədri, Tural Abbaslı mövzuyla bağlı bildirib ki, hazırda bu gün Azərbaycanda 26 partiya fəaliyyət göstərir. Əvvəl 60-dan çox partiya var idi, sonra partiyalar haqqında yeni siyasi qanuna görə partiyalar üzv saylarını Ədliyyə nazirliyinə təqdim etməlidirlər. Bu prosesdə bəzi partiyalar fəaliyyətini dayandırdı və bəziləri də lazım olan sayı verə bilmədikləri üçün Ədliyyə nazirliyi məhkəmə tərəfindən ləğv olundu. Yəni ondan bu tərəfə 26 siyasi partiya fəaliyyət göstərir.
Tural Abbaslı onu da bildirib ki, partiyaların başlıca problemi 90-cı illərdən siyasi münasibətlər sistemi düzgün qurulmamasıdır. Azərbaycanda həm cəmiyyətdə, dövlət strukturlarında həm də elə müxalifətin özündə bir-birinə qarşı münasibətlər düzgün qurulmayıb. Məsələn, müxalifət partiyaları illeqal təşkilatlar kimi qəbul olunur. Daha çox dövlət qurumları tərəfindən düşmən tərəf kimi qəbul olunur. Rəqib kimi yox düşmən kimi. Bir çox hallarda da müxalifətin fəaliyyəti qanunsuz olaraq məhdudlaşdırılır. Eyni zamanda qanunvericiliyin hazır ki, konstitusiyaya istər partiyalar haqqında qanun olsun, istərsə də digər qanunlarda siyasi fəaliyyətini tənzimləmək üçün və yaxud da ki, onların normal fəaliyyətini təmin etmək üçün kifayət qədər imtiyazlar və yaxudda şəraitlər nəzərdə tutulmayıb.
Partiyas sədri həmçinin onu da vurğulayıb ki, bu gün Aəzrbaycanda 26 partiya olsa da, bunlardan beş, altısı normal fəaliyyət göstərə biləcək gücdə və strukturdadır. Qalanlarının simvolik olaraq adları qalıb. Daha sonra müsahibimiz qeyd edib ki, dövlət tərəfindən dəstək deyiləndə ki, partiyalar haqqında qanuna görə partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Burada iki kateqoriya var. Parlamentdə təmsil olunan partiyalar və parlamentdə təmsil olunmayan partiyalar. Dövlət tərəfindən ayrılan büdcə 6 milyon manatdır. Onun 90 faizi parlamentdə təmsil olunan partiyalara ayrılır, 5 faizi ehtiyyatda saxlanılır, 5 faizi isə təmsil olunmayan partiyaların yığdığı səsə görə onlar arasında bölünür və bu isə çox minimal rəqəmdir. Məsələn, ən çox səs toplayan ikinci partiya bizik parlamentdə olmayan və bizə aylıq 2 , 3 min civarında dövlət büdcəsindən pul ayrılır. Hansı ki, onu da bu il biz ala bilmədik. Çünki qanunvericiliyin şərtləri ağırlaşdırılıb deyə öhdəliklər yerinə yetirilə bilmədi. Yəni demək olar ki, minimal dəstək var.
"Biz ümid edirik ki, iyirminci ildən bu tərəfə siyasi partiyalarla iş üzrə şöbə yaradıldı. Bu şöbənin fəaliyyətindən sonra mediaya qoyulan məhdudiyyətlər aradan qaldırılıb, partiyalar mərkəzi qərargahlar olub. İndi regionlarda partiyalar, qərargahlar ümumiyyətlə müzakirə mövzusu deyil. Bir çox regionlarda icra hakimiyyətləri bizim strukturlara, ofis tutmağa və yaxud da onlara şərait yaratmağa cəhd göstərmir, maneələr yaradır. Qanunvericilikdə proporsional seçki sisteminin qayıtmaması və partiyaların siyasi aktor kimi rolunun və gücünün artırılması üçün lazımi addımlar atılmasa partiyaların vəziyyəti getdikcə ağırlaşacaq",-deyə Tural Abbaslı əlavə edib.