Azərbaycanda uşaqlara görə ödənişlər verilir... .....                     "Avropa Ukraynaya pulu borc verir, bizsə yox" .....                     Paşinyan həqiqəti dərk və etiraf etdi: Sülh üçün 3 şərt .....                     Bakı Rusiyanı məhkəməyə verə bilər .....                     Rusiya Kursk vilayətində Ukrayna ordusunun əsas təchizat marşrutunu nəzarətə götürüb .....                     “Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? .....                     7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək .....                     Məmurlar sakinləri BOĞAZA YIĞIB .....                     "Evini sat, hər ay yaxşı pensiya alacaqsan" .....                     Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” .....                     “Hətta Elçibəy dövründə də Azərbaycan İrana qarşı səmimi olub...” .....                     ABŞ, yoxsa Çin? .....                     Portaldan gizlədilən icarə tenderinin qalibi .....                     "Bunun cavabını kim verməlidir?" .....                     İtaliya Senatından Bakı və İrəvanla bağlı qətnamə .....                     ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır .....                     Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur .....                     Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? .....                     "Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" .....                     Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq .....                     Palma yağı... YEMƏYİN! .....                     Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir .....                     Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq .....                     Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib .....                     "Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" .....                     Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir .....                     "İki gündür oxuyana da "sənətkar" deyirlər" .....                     Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib .....                     Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? .....                     Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub .....                     Diplomatlarımıza qarşı terror aktları törədilə bilər .....                     Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır .....                     Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? .....                     Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb .....                     GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... .....                     "Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: .....                     Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var .....                     Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir .....                     Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? .....                     “Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” .....                 

“Mirsaleh Seyidov Penitensiar Xidmətə rəis gələndən…” - MƏHBƏSDƏN BAXIŞ...
Tarix: 17-02-2025, 08:37 | Çap et
“Mirsaleh Seyidov Penitensiar Xidmətə rəis gələndən…”
“Təzadlar” bir müddət əvvəl ölkədə törədilən cinayətlərin mahiyyət və hüquqi struktrunu araşdırmışdı… Məlum olurdu ki, bu cinayətlərin böyük bir hissəsi əvvəllər cinayət törədib cəza çəkmiş keçmiş məhbuslar tərəfindən törədilir… Hətta iki- üç dəfə təkrar cinayət törədənlərin xüsusi çəkisi də ciddi narahatlıq doğuran amil kimi diqqəti çəkirdi. Və həmin araşdırma yazısının sonunda sual etmişdik ki, yaxşı, həbs düşərgələrinə rəsmi dildə “İslah- Əmək Müəssisəsi” deyiriksə və ya həbsxanalar məhkumların, yəni cinayət törətmişlərin islah olunma məkanıdırsa, bəs onda bu təkrar cinayət törətmə nədir??? Yəni, niyə məhbuslar həbsxanalarda islah oluna bilmir?

Sən demə, islah olunmanın ayrıca bir fəlsəfəsi var imiş…

“Mirsaleh Seyidov Penitensiar Xidmətə rəis gələndən bəri məhkumlara qarşı rəftar və münasibət köklü şəkildə dəyişib… O dərəcədə ki…”

…Vaxtilə Aztv-də, sonra Space və digər TV- lərdə çalışmış Sənan Abdullayev bir müddətdir 6 saylı həbsxanada cəzasını çəkir. Çoxdan tanıdığıma görə, hərdən redaksiyaya zəng edib ürəyini boşaldır, ailəsində yaşanan bəzi problemlərin həllinə kömək istəyir, məhkum həyatından danışır… Dünən də zəng etmişdi. Həmişə səsində kədər hiss olunan Sənanın bu dəfə səsində bir gümrahlıq və xoş duyğular hiss etdim deyə, qeyri- ixtiyari soruşdum ki, nə yaxşı, bu dəfə səsin yaxşı gəlir… Onun əvvəllər, yəni Penitensiar Xidmətin rəisi olmuş Ceyhun Həsənovun zamanında məhbəs həyatından söylədikləri ilə indiki söhbətini müqayisə edib təəccüblə soruşdum ki, yəni, doğrudanmı dediklərin həqiqətdir?!

Qısası, bəzi detallar var ki, onları geniş şərh etməyə ehtiyac görmürəm. Amma xidmətin yeni rəisi Mirsaleh Seyidov haqqında dedikləri Azərbaycanın həbsxana tarixində, tam səmimi deyirəm, sensasiyadır… Qısa deyim ki, vaxtilə peşə fəaliyyəti ilə bağlı mən də həbs edilmişəm (Azərbaycan CM- nin 147 və 148- ci maddələri). Bu hadisə 2009- cu ildə olub. “Bayıl türməsi” kimi tanınan məşhur Bayıl Təcridxanasında 2 gün qalmışam və 2 gün sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət alıb azadlığa çıxmışam. Hakim Tahir İsmayılov bu qanunsuz və əsassız hökmə görə ölkə rəhbərliyi səviyyəsində cəzalandırılıb. Açığı, Bayıl “Türməsi”nin rəhbərliyindən də olduqca xoş münasibət görmüşəm, bunu həmişə xatırlayıram… Demək istəyirəm ki, məhkum Cənan Abdullayevin ötən gün söylədiklərini eşidəndə 2009- cu ilin o 2 günündə digər məhbusların və ya istintaq altında olanların həyat və şəraiti gözümün qarşısına gəlir… Müqayisəm mənim üçün bütün mənzərəni aydınlaşdırır, həm də düşündürür. Deməli, rəhbərlikdən nəinki çox şey, hətta hər şey asılıdır… Və həbsxana sistemi elədir ki, “Xəbərim yoxdur” demək mümkün deyil… Orda xidmət rəisinin çoxsaylı “gözü və qulağı” var, bunu hamı bilir, belə də olmalıdır.

XXX

…Gəlirəm mətləbə: Sənan Abdullayev 6 saylı həbsxanada cəza çəkir, dediyinə görə, adını bu dəfəki əfv siyahısına da salıblar. Yanında jurnalist həmkarlarımızdan bəziləri də var, yəni cəza çəkirlər. Başqa məşhurlar da var, lakin bəlli səbəbdən adlarını çəkmirəm. Bunu ona görə deyirəm ki, aşağıda yazılan bəzi qeydlərin doğruluğunun sübuta artıq ehtiyacı yoxdur, əks halda, həmin məhbuslardan kimsə zəng edib deyə bilər ki, bunlar həqiqəti əks etdirmir və s.
Beləliklə, həbsxanada islah olunan- cəza çəkən bütün məhbuslara azadlıq arzulamaqla, həmsöhbətimin dediklərinə heç bir bəzək- düzək vermədən onları diqqətə çatdırıram.
Məsələ ondadır ki, hamı kənardan həbsxanaların xoflu bir yer olduğunu, kinolarda gördüklərini müqayisə edərək psixoloji rahatsızlığını fərdi düşünmə ilə qiymətləndirir. Kənardan belə görünür… Amma bu həyatı içəridə yaşayanın içəridən çölə söylədikləri olduqca maraqlıdır. Məlum olur ki, məhbuslar indi özlərini gerçəkdən, yəni qanunlarda, kitablarda yazılan kimi hiss edirlər. Deyir: “…Asif müəllim, Allaha and olsun, mən əvvəlki xidmət rəisi Ceyhun Həsənovun zamanındakı ilə indi Mirsaleh Seyidovun rəhbərliyini müqayisə edəndə özüm üçün nəticə çıxarıb sizə olduğu kimi deyirəm ki, indi burda generallarla çöldə pulu başından aşanlarla, bir vaxtlar özlərini içəridə də pullu kimi aparıb ayrıca otaqlarda yaşayanlarla adi məhbusların arasında fərq yoxdur. Niyə yaxşıları dilə gətirməyək. Bəzi məhbus ailələri hələ də elə bilirlər ki, bura zülm yeridir… Vallah, indi elə deyil, vəziyyət tamam dəyişib… İndi burda məhbuslar var ki, bəlkə də çöldə belə təmiz, keyfiyyətli yemək yeməyib. Hər gün təmiz ət və balıq menyumuzdadır. Bir vaxtlar çörəyin qabığını kəsib yeyərdik və içərisi qapqara olduğundan kənara qoyardıq. İndi həbsxananın özündə, inanıram ki, bütün həbsxanalarda da belədir, isti çörək bişirilir və halallıqla yeyilir… Gizlətməyə zərurət görmürəm, çoxdan cəza çəkən məhbusların söhbətindən məlum olur ki, bir zamanlar məhbuslara qarşı qaba rəftar və s. indi yerli- dibli yoxdur. Mən nə deyirəmsə, başımla cavabdehəm… İnanın, Mirsaleh Seyidovun haqqında hələ xidmət rəisi yox, əməliyyat üzrə rəis olduğu dövrlə bağlı uzun illərdir cəza çəkən məhbuslar elə qürurverici söhbətlər edirlər, adam məəttəl qalır. Deyirmiş ki, məhbuslar, bilin, bir gün azadlığa çıxacaqsınız, həyatdır, bir də görəcəksiz ki, həbsxanada sizə rəhbərlik- rəislik edənlə qohum da olmusunuz… Bunları heç vaxt unutmayın və bilin ki, biz də sizlərin biri kimiyik, sadəcə, siz azadlıqdan müvəqqəti məhrum edilmişlərsiz, insanlıqdan, konstitusion hüquqlardan məhrum edilməmisiz ki!
Yəni, düşünürəm ki, ədliyyə nazirinin yeni rəhbərliyi və Mirsaleh Seyidovun da o keyfiyyətləri məhbusların həyatında yenilikdir…”.

Sənan Abdullayevin söylədiyi bir fakt da diqqəti çəkir… Məlum olur ki, əvvəllər ailələrdən məhbuslara sovqat gətirilib verilməsi elə- belə başa gəlmirmiş, amma həmişə ciddi narahatlıq doğurmuş bu hal da yığışdırılıb… Hətta məhbuslar norma və qaydalarla ailələri ilə rahatlıqla telefon əlaqəsi yaradırlar və s.

XXX

BİZİM ARAYIŞ: Azərbaycanın Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib. 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat-rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunub. 2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı istintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib. 2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayınadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib. 2023-cü il noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib. Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2018-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə 2 fevral 2024-cü il tarixdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

XXX
…Bəli, bunlar adi və sadə, heç bir statusu olmayan məhbusun yaşadığı həyat hekayəsinin görünən kiçik bir hissəsidir… Demək, belə getsə, bir zaman hamı həbsxanalara gerçəkdən islah olunma yeri kimi qiymət verə biləcək. Axı islah olunmanın ən tipik nümunəsi və üsulu insana qarşı insani münasibətdir! Təbii ki, yaxşı münasibət görən adam da heç vaxt başqalarına pislik etmək (oğurluq, quldurluq və s. kimi cinayətlər) barədə düşünməz!
Sonda: bir də arzu edirik ki, Penitensiar Xidmətin rəhbərliyi həbs olunandan sonra iş yerini itirmiş məhbusların nümunəviliyini nəzərə alıb onların azadlığa çıxandan sonra iş yeri məşğuliyyətinin dövlət səviyyəsində məcburiliyi- öhdəliyi barədə də proqram üzərində işləsin. Statistika da göstərir ki, təkrar cinayətlərin böyük bir hissəsi iş yeri olmayanlar, dolanışıq problemlərini yaşayanlar tərəfindən törədilir!
Asif Mərzili









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda uşaqlara görə ödənişlər verilir... - DETALLAR
Bu gün, 07:19
"Avropa Ukraynaya pulu borc verir, bizsə yox" - ABŞ lideri
Bu gün, 07:05
Paşinyan həqiqəti dərk və etiraf etdi: Sülh üçün 3 şərt - GƏLİŞMƏ
Bu gün, 07:04
Bakı Rusiyanı məhkəməyə verə bilər – 44 günlük müharibənin sonunda nələr yaşanıb?
Bu gün, 06:29
Rusiya Kursk vilayətində Ukrayna ordusunun əsas təchizat marşrutunu nəzarətə götürüb - TASS
Bu gün, 06:19
“Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? - AKTUAL
Bu gün, 01:34
7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir
Bu gün, 01:26
Məmurlar sakinləri BOĞAZA YIĞIB - NARAZILIQ VAR
Bu gün, 01:14
"Evini sat, hər ay yaxşı pensiya alacaqsan" - BU NƏDİ BELƏ?
Bu gün, 01:05
Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” – PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 01:02
“Hətta Elçibəy dövründə də Azərbaycan İrana qarşı səmimi olub...” - BU FAKTDIR!
Bu gün, 00:07
ABŞ, yoxsa Çin? - Avropa İttifaqı seçim qarşısında
Bu gün, 00:03
Portaldan gizlədilən icarə tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 00:02
"Bunun cavabını kim verməlidir?"
Bu gün, 00:01
İtaliya Senatından Bakı və İrəvanla bağlı qətnamə - YEKDİLLİKLƏ...
Dünən, 23:54
ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır - “The National Pulse”
Dünən, 23:53
Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur - ƏGƏR VARSA...
Dünən, 19:00
Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
"Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" - Polşa müdafıə naziri
Dünən, 18:07
Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq - İNDİDƏN GÖRÜNÜR...
Dünən, 18:01
Palma yağı... YEMƏYİN! - XƏSTƏLİK YAYIR...
Dünən, 18:00
Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir - Putin BELƏ DEYİR...
Dünən, 17:53
Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq - AÇIQLAMA
Dünən, 17:47
Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib - 10 İL...
Dünən, 17:40
"Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" - AMMA İNDİ...
Dünən, 17:33
Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir - ABŞ kəşfiyyatı
Dünən, 17:29
"İki gündür oxuyana da "sənətkar" deyirlər" - Mətanətdən aparıcılara irad
Dünən, 17:25
Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib - FOTO
Dünən, 17:19
Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? - AKTUAL
Dünən, 17:16
Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub - TƏFƏRRÜAT
Dünən, 17:08
Diplomatlarımıza qarşı terror aktları törədilə bilər - Rusiya kəşfiyyatı
Dünən, 17:06
Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır - erməni KİV
Dünən, 17:04
Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? - AÇIQLAMA
Dünən, 17:00
Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 16:57
GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... - Sahil Babayev KÖHNƏ PAXIRLARI açır...
Dünən, 16:56
"Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: - İş təkrar ekspertizaya göndərildi
Dünən, 16:43
Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var -ŞƏRH
Dünən, 16:40
Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir – Yeni sədr təyin edildi
Dünən, 16:37
Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? – Çox zərərli imiş
Dünən, 16:33
“Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” - Anar
Dünən, 16:30
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Dünən, 16:25
Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb - FOTO
Dünən, 16:23
“Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var” - MƏHKƏMƏ
Dünən, 16:20
“O müğənni restorana gəlib gedəndən sonra oranın müdiri bizimlə işləmək istəmir”
Dünən, 16:17
“Avropanın Ukrayna üzrə planı yoxdur” - UnHerd
Dünən, 15:44
İdxaldan asılılıq problemi – Arzuolunmaz senari
Dünən, 15:43
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 15:37
"General" MİDA-nın evlərini satmaq adı ilə vətəndaşları aldatdı - Yeni faktlar açıqlandı
Dünən, 15:35
“ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu – Təmizlik işləri görüb 5,6 milyon alacaq
Dünən, 15:33
CAN AY NEFTÇİ: Dalğanın hündürlüyü 7 metrə çatacaq... - Növbə dəyişimi qaldı...
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru