
Sabirabad rayonu Narlı kəndinin bir qrup sakinləri 15 ildir ki yollarının bərbad olduğunu bildirirlər. "DİA-AZ"ın məlumatına görə, sözügedən kənddə yaşayan şəhid Qoşqar Əliyevin qardaşı Haqverdi Əliyev deyir ki, COP29-a ev sahibliyi edən ölkənin hansısa bir kəndinin yolunun bu cür bərbad vəziyyətdə olması utancvericidir.
Vətəndaş Sabirabad rayonunun Narlı kəndi ilə yanaşı digər 6 kəndinin də yollarının bu vəziyyətdə olduğunu deyir.
Şikayətçilər dəfələrlə problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova müraciət etdiklərini, lakin nəticəsimin olmadığını qeyd edirlər.
Şəxsi büçələri yolları təmir etməyə yetmədiyi üçün, onlar vasitəsilə aidiyyatı qurumlardan kömək istəyirlər.
Daha ətraflı aşağıdakı videoda: