Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır. - TAPDIQ FƏRHADOĞLU YAZIR
Tarix: 19-02-2025, 12:18 | Çap et
 Turan İnformasiya Agentliyi ömrümün 32 ilinin yol yoldaşıdır.
“Turan” Nəcəf Nəcəfov kimi media azadlığı mücahidinin ucalığını başı üzərində bayraq edən azadlıq evidir. “Turan” insan hüquqlarını hər zaman prioritet tutan və odlu-alovlu dövrlərin informasiyalarını tərəfsiz və fərqli baxış bucağından ictimaiyyətə çatdıran jurnalistlərin evidir.
“Turan” informasiyaları ilə neçə-neçə insanı ölümün və təhlükələrin pəncəsindən xilas edən təhlükəsizlik dayağıdır.
Rəhmətlik Prezident Heydər Əliyev informasiyalarının doğruluğu dəfələrlə təsdiq edildikdən sonra dövlət qurumlarının “Turan”a abunə yazılmasına göstəriş vermişdi.
Bu hadisəni yəqin ki, xatirində saxlayanlar indi də yaşayır. Prezident Əliyevin xarici səfərlərinin biri barədə müzakirələr zamanı o “Turan”ın informasiyasına istinad edərək deyib ki, necə olur ki, xarici ölkədə mənə qarşı hazırlanan aksiyalar barədə “Turan” bilir, amma Siz bilmirsiniz?
Daha maraqlı bir misal, bir dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndində qondarma prezident seçkilərindən sonra “seçilən prezident”in sağlığına badə də qaldırmışdı. Bu məlumatı yalnız “Turan” yaza bilərdi. Prezident Administrasiyasının şöbə müdirlərindən biri mənə zəng edib məlumatın doğru olub-olmadığını öyrəndi.
Bəli həqiqət idi. Mən ATƏT-in Minsk Qrupunun həmsədləri ilə görüşündə Heydər Əliyevin buna toxunacağını səbirsizliklə gözləyirdim. Amma Prezident Əliyev danışıqlarda buna toxunmurdu. Danışıqlar başa çatıb həmsədlər ayağa qalxanda Əliyev əlini havaya qaldırdı və dayanın dedi. Yadımda qalan rişxəndlə dediyi sözlərini xatırladıram: “O nədir? Qarabağda o “prezidentdir”, nədir, onun sağlığına badə qaldırıbsınız. Azərbaycan xalqı sizin bu hərəkətinizə qəti etiraz edir”.
Və yaxud, rəhmətlik Prezident Əbülfəz Elçibəy “Turan” agentliyini çox istəyirdi və onun çoxsaylı müsahibələri “Turan”ın arxivində saxlanılır. Prezident Elçibəy 1994-cü il qiyamı zamanı Qazaxda və Ağstafada Xalq Cəbhəsinin rəhbərliyinə hakimiyyət uğrunda yox, qiyama qarşı mübarizə aparmalarını “Turan” vasitəsi ilə onların diqqətinə çatdırmışdı.
“Turan”ın müxbirləri ölkənin ağır günlərində dəfələrlə Kələki kəndində Əbülfəz bəylə görüşüb müsahiblərini yayıb.
Prezident Heydər Əliyev də Naxçıvanda olanda, o ağır günlərdə “Turan”ın müxbirləri onun görüşünə qatılıb. “Turan” ona istinadən məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.
Müharibənin ağır illərində “Turan”ın informasiyalarına əsaslanaraq dövlət rəhbərləri ölkəni bəlalardan xilas edən qərarlar da qəbul edib.
Prezident Heydər Əliyev 1995-ci il iyulun 2-də Buxarestdən səfərdən qayıdarkən təyyarəsinin vurulacağı barədə “Turan”ın xəbəri əsasında qabaqlayıcı tədbirlər görülüb. O zaman prezidentin təyyarəsi Bakı Hava limanına deyil, Qala hərbi hava limanına enmişdi.
Heç bir medianın risk edib yaxınlaşa bilmədiyi liderlər cəmiyyətlə ünsiyyətini “Turan” vasitəsi ilə qurub. Hökumət qurumları problemlərini qarşılamayan minlərlə insan da dərdini cəmiyyətə “Turan”dan çatdırıb.
“Turan”çılar həm də öz qazanclarından heç kimin bilmədiyi yeddi Xocalı ailəsinin illər boyu dərdinə şərik olub. Amma bir dəfə bunu dilinə gətirməyib.
Dünyada bütün dövlətlər, liderlər, fərdlər qərarlarını malik olduqları informasiyaları təhlil edərək qəbul edir. Bir sözlə dünyanı informasiyalar idarə edir. Azərbaycanda isə məsuliyyətli və doğru xəbər mənbəyi olaraq dünyanı inandıra bilən “Turan” agentliyi maliyyə çatışmamazlığından fəaliyyətini dayandırır. Görəsən bundan sonra Azərbaycan barədə qərar qəbul edənlərin baxışını hansı açıq informasiya mənbələri formalaşdıracaq?
Yadıma bir tarixi görüş də düşdü. Prezident Heydər Əliyevin media kapitanları ilə görüşündə hamı maliyyə çətinliyindən, hökumətin mediaya maliyyə yardımı etməsindən danışdı. Təkcə “Turan”ın direktoru Mehman Əliyev azad iqtisadiyyatdan, mediaya rəqabət mühitində vəsait qazanmasına imkan verilməsinin əsas prioritet olduğunu dedi. Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır.
Bir tarixi sözü də yada salıram. Xatırlayanlar olar, bu ifadəni rəhmətlik Xudu Məmmədov tez-tez deyərdi. “Sürünənlər yıxılmır. Bu “alaq otları” istənilən “böyük kölgənin” ayağının altında göyərə bilir”. Bunu da ölkədəki qısa tarixə nəzər salıb qiymətləndirmək lazımdır.
Bir sözlə Turan agentliyi “Stalinin cəbhə bülleteni”, yəni “Urra!”, “Hücum!”, “Bizdən böyük yoxdur!” şüarı ilə yaşayan təbliğat maşını olmadı.
Tapdıq Fərhadoğlu - gununsesi.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Bu gün, 16:39 |
|
|
|
• İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Bu gün, 16:36 |
|
|
|
• "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 16:31 |
|
|
|
• Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Bu gün, 16:20 |
|
|
|
• Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12 |
|
|
|
• Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Bu gün, 16:09 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Bu gün, 16:00 |
|
|
|
• Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Bu gün, 15:56 |
|
|
|
• Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Bu gün, 15:54 |
|
|
|
• SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Bu gün, 15:52 |
|
|
|
• “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Bu gün, 15:47 |
|
|
|
• “Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Bu gün, 15:46 |
|
|
|
• Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Bu gün, 15:19 |
|
|
|
• Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Bu gün, 15:15 |
|
|
|
• “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Bu gün, 15:09 |
|
|
|
• "Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Bu gün, 15:04 |
|
|
|
• Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Bu gün, 15:02 |
|
|
|
• DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Bu gün, 15:00 |
|
|
|
• "Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Bu gün, 14:58 |
|
|
|
• "Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Bu gün, 14:02 |
|
|
|
• İşçilərini bədbəxt hadisələrdən sığorta etməyənlər cərimələnəcək - Məcəllə dəyişir
Bu gün, 14:00 |
|
|
|
• "Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz" - deputat
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03 |
|
|
|
• Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59 |
|
|
|
• "Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55 |
|
|
|
• Gəmilər lövbər dayanacaqlarına SIĞINDI: Neftçilər gözləməli olacaq... - FOTO
Bu gün, 12:46 |
|
|
|
• “Baboş”a maşın alan Emin Hüseynovun dövlətə vergi borcu artır - DETALLAR
Bu gün, 12:41 |
|
|
|
• İndi qərar anıdır: Ümid Rusiya-Çin savaşına qalıb - ŞƏRH
Bu gün, 12:33 |
|
|
|
• Hikmət Hacıyevin İsrail səfəri: - Siyasi dönüş başladı…
Bu gün, 12:31 |
|
|
|
• Bakıya qar yağan kimi istilik kəsildi - AXI NİYƏ?..
Bu gün, 12:28 |
|
|
|
• Bakıya sabah da qar yağacaq - belə deyirlər...
Bu gün, 12:25 |
|
|
|
• Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Bu gün, 12:24 |
|
|
|
• “Xaliq Faiqoğlu" sərnişinlərini 1.5 saat çovğunda saxladı - GİLEY
Bu gün, 12:21 |
|
|
|
• Maştağada tanışını öldürən "dəlixana"ya göndərildi - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 12:18 |
|
|
|
• Gəncə Regional Turizm İdarəsinə yeni rəis təyin olundu - BUNDAN SONRA...
Bu gün, 12:15 |
|
|
|
• Əmək hüquqlarını pozduqlarına görə bir neçə şirkətə cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 12:12 |
|
|
|
• İrəvanın xəyalları gerçəkləşməyəcək – Ermənistan ortada qalacaq
Bu gün, 11:54 |
|
|
|
• Kəmaləddin Heydərov Siyavuş Novruzovun qardaşına vəzifə verdi - ƏMR
Bu gün, 11:50 |
|
|
|
• Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Bu gün, 11:40 |
|
|
|
• Ermənistandan Gürcüstana gedən yol bağlandı
Bu gün, 11:37 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu işçilərini “Qala Sığorta” 268 min manata sığortalayacaq
Bu gün, 11:35 |
|
|
|
• Sülhəddin Əkbər keçirdiyi əməliyyatdan danışdı: - “Ev şəraitindəyəm”
Bu gün, 11:34 |
|
|
|
• Gürcüstan 3+3 platformasında... - nə siyasi, nə də iqtisadi iştirakda maraqlıdır
Bu gün, 11:33 |
|
|
|
• AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır - DİQQƏT
Bu gün, 11:31 |
|
|
|
• Serenay Sarıkaya Azərbaycana "salam" göndərmək istəmədi - VİDEO
Bu gün, 11:18 |
|
|
|
• İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:07 |
|
|
|
|