Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? - AKTUAL
Tarix: 19-02-2025, 17:16 | Çap et
 Azərbaycanda əhalisi ən az olan kəndlərin siyahısı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkədə əhalisi 5 nəfər və daha az olan 7 kənd var.
Belə ki, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kənlərində 1, Dahar və Keşxurd kəndlərinin hər birində 4, Neftçala rayonunun Kürdili kəndində 1, Qızqayıtlı kəndində 2, Ağsu rayonu Kövlüc kəndində 4, Xızı rayonunun Güneyqışlaq kəndində isə 5 nəfər yaşayır.
Əhali sayı az olan kəndlər aşağıdakılardır:
*Xızı rayonunun Vərgah kəndi - 6 nəfər, Təzəkənd kəndi - 12 nəfər, Qızılqanza, Əmbizlər kəndləri - 13 nəfər; *Yardımlı rayonunun Şələ kəndi - 8 nəfər; *Daşkəsən rayonunun Çaykənd kəndi - 10 nəfər; *Siyəzən rayonunun Kolanı, Köhnə Quşçu kəndləri - 10 nəfər, Qərəh kəndi - 11 nəfər; *Yardımlı rayonunun Musa kəndi - 11 nəfər; *Ağsu rayonunun Kəndaxan kəndi - 13 nəfər; *Şabran rayonunun Qaraçaylı kəndi - 13 nəfər, Hacıisgəndərli kəndi - 14 nəfər, Nohurlar kəndi - 15 nəfər.
Göründüyü kimi, kəndlər boşalıb və urbanizasiya çox sürətlə gedir. Bəs kəndlini kəndə qaytarmağın yolu nədir?
Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əhalinin rayonlardan ölkənin paytaxtına doğru miqrasiya prosesi 90-cı illərdən başlayıb:
“Sovet sistemi dağıldı, müstəqillik əldə edildi və regionların infrastrukturu, təşkilatı quruluşu dəyişdi, yerində isə heç nə yaranmadı. Əvvəl kolxozlar, sovxozlar vardı. Onlar dağıldı və əmlakı isə özəlləşdirildi.
Nəticədə özəl mülkiyyət sisteminə yadırğamış insanlar müstəqil çalışmağı bacarmadılar. Ona görə də ölkədə kənd təsərrüfatı infrastrukturu məhv oldu. Bu gün kənd təsərrüfatının inkişaf etdiyi bütün ölkələrdə kənd təsərrüfatı fərdi təsərrüfatlar vasitəsilə inkişaf edir. Hazırda Azərbaycanda da fərdi təsərrüfatlar yaradılıb, amma bununla hamı məşğul olmur. Yəni, fərdi təsərrüfatı qurmaq hamıya müəssər olmur.
Üstəlik, fərdi təsərrüfat sahiblərinin əraziləri də çox kiçikdi. Orada da az sayda insan çalışır. Bəziləri isə öz pay torpağında çalışır. Amma əksəriyyət bu işlərlə məşğul ola bilmir. Ona görə də rayonlarda və kəndlərdə işsizlik ciddi problemdir.
Məhz işszlik səbəbindən də əhali rayonlardan ölkənin paytaxtına doğru miqrasiya edir. Bu miqrasiya prosesi 1990-cı illərdən başlayıb bu günə kimi davam edir. Bu prosesin qarşısını almaq üçün demək olar ki, heç bir iş görülmür”.
O bildirib ki, bu gün ölkədə çox ciddi iqtisadi disbalans mövcuddur:
“Belə ki, dövlət büdcəsinin 90 faizi Bakı və ətrafı ərazilər hesabına formalaşır. Bu o deməkdir ki, ölkədə çox ciddi iqtisadi disbalans mövcuddur. Bu disbalansın isə obyektiv və subyektiv səbəbləri var. Məhz disbalans səbəbindən ətraf rayonlarda iş yoxdur. Üstəlik, kəndlərin əksəriyyəti dağlıq ərazidə yerləşir.
Dağlıq ərazidə yerləşən kəndlər Sovet hökuməti dövründə datasiya ilə yaşayıb. Yəni, əhalinin orada qalması üçün xüsusi vəsaitlər ayrılır və güzəştlər verilirdi. Amma bu gün onlar yoxdur. Bildirim ki, Azərbaycanın elə kəndlər var ki, maşın yolu yoxdur. O kəndlərə əhali ya piyada, ya da atla gedir. Bütün bunlar nəzərə alınmalıdır”.
O xatırladıb ki, 2004-cü ildən etibarən icra olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının hədəfi məhz regionların iqtisadi inkişafına nail olmaqdır:
“Amma bu inkişaf proqramı göründüyü kimi özünü doğrultmur. Bu istiqamətdə proqramların yönünü dəyişmək lazımdır. O proqramlar elə tərtib olunmalıdır ki, regionların iqtisadi inkişafını hədəfləsin. İndiki mərhələdə həyata keçirilən proqramlar əsasən, rayon mərkəzlərinin abadlaşdırılması, quruculuq işləri aparılması, park salınması və s. məsələləri əhatə edir. Hesab edirəm ki, bu düzgün yanaşma deyil.
Burada bəzi elementlər bu hədəfə uyğundur. Məsələn, yolların çəkilməsi, elektrik, qaz, internet təminatı və s. Bunlar əhalini ərazilərə bağlayan amillərdir. Amma əhalinin məşğuliyyətinə yönəlik böyük investisiyalar qoyulmalıdır ki, əhali orada özünə iş yeri tapa bilsin.
Məsələn, regionlar hər birində 5-6 emal sexləri yaradılmalıdır. Nəyə görə biz günəbaxan, qarğıdalı və digər bitki yağlarını xaricdən idxal edirik? Biz onları ölkə daxilində becərib istehsal edə bilərik. Belə olan halda əhalinin məşğuliyyəti də genişlənər. İndi bəzi rayonlarda bu cür təşəbbüslər var. Bunlar isə yerli əhali tərəfindən reallaşdırılır. Ona da ciddi maniələr var.
Məsələn, icra hakimiyyəti, vergi, polis və s. Birincisi, bu maniələr aradan qalxmalıdır. İkincisi, bu təşəbbüslərin hərəkətverici qüvvəsi kimi hökumətin proqramı olmalıdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Bu gün, 16:57 |
|
|
|
• Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Bu gün, 16:50 |
|
|
|
• Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Bu gün, 16:39 |
|
|
|
• İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Bu gün, 16:36 |
|
|
|
• "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 16:31 |
|
|
|
• Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Bu gün, 16:20 |
|
|
|
• Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12 |
|
|
|
• Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Bu gün, 16:09 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Bu gün, 16:00 |
|
|
|
• Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Bu gün, 15:56 |
|
|
|
• Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Bu gün, 15:54 |
|
|
|
• SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Bu gün, 15:52 |
|
|
|
• “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Bu gün, 15:47 |
|
|
|
• “Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Bu gün, 15:46 |
|
|
|
• Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Bu gün, 15:19 |
|
|
|
• Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Bu gün, 15:15 |
|
|
|
• “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Bu gün, 15:09 |
|
|
|
• "Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Bu gün, 15:04 |
|
|
|
• Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Bu gün, 15:02 |
|
|
|
• DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Bu gün, 15:00 |
|
|
|
• "Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Bu gün, 14:58 |
|
|
|
• "Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Bu gün, 14:02 |
|
|
|
• İşçilərini bədbəxt hadisələrdən sığorta etməyənlər cərimələnəcək - Məcəllə dəyişir
Bu gün, 14:00 |
|
|
|
• "Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz" - deputat
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03 |
|
|
|
• Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59 |
|
|
|
• "Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55 |
|
|
|
• Gəmilər lövbər dayanacaqlarına SIĞINDI: Neftçilər gözləməli olacaq... - FOTO
Bu gün, 12:46 |
|
|
|
• “Baboş”a maşın alan Emin Hüseynovun dövlətə vergi borcu artır - DETALLAR
Bu gün, 12:41 |
|
|
|
• İndi qərar anıdır: Ümid Rusiya-Çin savaşına qalıb - ŞƏRH
Bu gün, 12:33 |
|
|
|
• Hikmət Hacıyevin İsrail səfəri: - Siyasi dönüş başladı…
Bu gün, 12:31 |
|
|
|
• Bakıya qar yağan kimi istilik kəsildi - AXI NİYƏ?..
Bu gün, 12:28 |
|
|
|
• Bakıya sabah da qar yağacaq - belə deyirlər...
Bu gün, 12:25 |
|
|
|
• Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Bu gün, 12:24 |
|
|
|
• “Xaliq Faiqoğlu" sərnişinlərini 1.5 saat çovğunda saxladı - GİLEY
Bu gün, 12:21 |
|
|
|
• Maştağada tanışını öldürən "dəlixana"ya göndərildi - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 12:18 |
|
|
|
• Gəncə Regional Turizm İdarəsinə yeni rəis təyin olundu - BUNDAN SONRA...
Bu gün, 12:15 |
|
|
|
• Əmək hüquqlarını pozduqlarına görə bir neçə şirkətə cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 12:12 |
|
|
|
• İrəvanın xəyalları gerçəkləşməyəcək – Ermənistan ortada qalacaq
Bu gün, 11:54 |
|
|
|
• Kəmaləddin Heydərov Siyavuş Novruzovun qardaşına vəzifə verdi - ƏMR
Bu gün, 11:50 |
|
|
|
• Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Bu gün, 11:40 |
|
|
|
• Ermənistandan Gürcüstana gedən yol bağlandı
Bu gün, 11:37 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu işçilərini “Qala Sığorta” 268 min manata sığortalayacaq
Bu gün, 11:35 |
|
|
|
• Sülhəddin Əkbər keçirdiyi əməliyyatdan danışdı: - “Ev şəraitindəyəm”
Bu gün, 11:34 |
|
|
|
• Gürcüstan 3+3 platformasında... - nə siyasi, nə də iqtisadi iştirakda maraqlıdır
Bu gün, 11:33 |
|
|
|
• AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır - DİQQƏT
Bu gün, 11:31 |
|
|
|
|