
İtaliya Senatı “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnaməni yekdilliklə qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə İtaliyada işgüzar səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Cənubi Qafqazda sabit sülhün bərqərar olması istiqamətində atılan addımlara görə italiyalı tərəfdaşlarımıza təşəkkür edirəm”, - o qeyd edib.