Azərbaycanda uşaqlara görə ödənişlər verilir... .....                     "Avropa Ukraynaya pulu borc verir, bizsə yox" .....                     Paşinyan həqiqəti dərk və etiraf etdi: Sülh üçün 3 şərt .....                     Bakı Rusiyanı məhkəməyə verə bilər .....                     Rusiya Kursk vilayətində Ukrayna ordusunun əsas təchizat marşrutunu nəzarətə götürüb .....                     “Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? .....                     7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək .....                     Məmurlar sakinləri BOĞAZA YIĞIB .....                     "Evini sat, hər ay yaxşı pensiya alacaqsan" .....                     Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” .....                     “Hətta Elçibəy dövründə də Azərbaycan İrana qarşı səmimi olub...” .....                     ABŞ, yoxsa Çin? .....                     Portaldan gizlədilən icarə tenderinin qalibi .....                     "Bunun cavabını kim verməlidir?" .....                     İtaliya Senatından Bakı və İrəvanla bağlı qətnamə .....                     ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır .....                     Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur .....                     Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? .....                     "Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" .....                     Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq .....                     Palma yağı... YEMƏYİN! .....                     Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir .....                     Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq .....                     Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib .....                     "Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" .....                     Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir .....                     "İki gündür oxuyana da "sənətkar" deyirlər" .....                     Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib .....                     Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? .....                     Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub .....                     Diplomatlarımıza qarşı terror aktları törədilə bilər .....                     Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır .....                     Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? .....                     Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb .....                     GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... .....                     "Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: .....                     Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var .....                     Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir .....                     Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? .....                     “Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” .....                 

Bir bəyanatın min “çaları” - İNCƏLƏMƏ
Tarix: 17-02-2025, 08:29 | Çap et
Bir bəyanatın min “çaları”
“Rusiya, Ermənistan və Azərbaycanın elə bir sülh sazişi imzalamasını istəyir ki, bu, uzunmüddətli və sabit olsun, gələcəkdə yeni problemlər yaratmasın”.

Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə müsahibəsində belə deyib və Qərbin bu prosesi tələsik aparmaq cəhdlərini tənqid edib. Qaluzinin fikrincə, Qərb Ermənistan və Azərbaycan arasında mümkün qədər tez sülh müqaviləsi bağlamaq üçün təkid edir, amma Moskva bunun əleyhinədir. O bildirir ki, tələsik və tam düşünülməmiş razılaşmalar uzunmüddətli sabitlik yaratmaq əvəzinə, gələcəkdə yeni gərginliklərə səbəb ola bilər.

"Biz istəyirik ki, Ermənistan və Azərbaycan sülhü düşünülmüş və dayanıqlı şəkildə bərqərar etsinlər. Gələcəkdə yeni problemlər yaratmayan, uzunmüddətli sülhə zəmin hazırlayan bir sazişə ehtiyac var. Amma Qərb istəyir ki, bu saziş tez bir zamanda hansısa Qərb platformasında bağlansın. Bu isə region üçün ciddi risklər yarada bilər", – deyə Qaluzin qeyd edib.

Rusiya rəsmisi, həmçinin Ermənistanı regionda nəqliyyat yollarının açılması ilə bağlı daha aktiv olmağa çağırıb. Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli işçi qrupu bu məsələnin həlli üçün fəaliyyət göstərirdi, lakin hazırda bu proses dayanıb.

"Biz tərəfləri, xüsusilə də erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Çünki bu, yalnız Azərbaycanın və ya Rusiyanın deyil, elə Ermənistanın özü üçün də iqtisadi və strateji baxımdan vacibdir", – deyə Qaluzin bildirib.

Mixail Qaluzinin açıqlamalarından görünür ki, Rusiya Cənubi Qafqazda sülh prosesini öz nəzarətində saxlamaq istəyir və Qərbin fəallaşmasından narahatdır. Ermənistan üçün bu, mühüm qərar anıdır. Ya Qərbin təklif etdiyi sülh modelini dəstəkləyərək daha çox Avropaya yaxınlaşacaq, ya da Rusiya ilə sıx əməkdaşlıq edərək regional layihələrdə iştirak edəcək. Burada əsas sual budur: Ermənistan hansı yolu seçəcək və bu seçim onun gələcəyi üçün hansı nəticələr doğuracaq?

Sözügedən mövzuya aydınlıq gətirən rusiyalı politoloq Vitali Arkov "Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllinə aparan yolda çətinliklər çoxdur. Bu çətinliklər həm münaqişənin köklərinin tarixin dərinliklərinə dayanması, həm də İrəvanda sülh prosesinin sabotaj edilməsi ilə bağlıdır:

"Ermənistanda bu məsələdə nə hakimiyyət daxilində, nə də cəmiyyətdə vahid mövqe var. Azərbaycan bir tərəfdən Ermənistanla tezliklə sülh müqaviləsi bağlamaq və qaytarılmış torpaqların bərpasına tam diqqət yetirmək istəyir. Çünki burada gələcəyini quran vətəndaşlar qonşu ölkədə “Miatsum” utopiyası ilə zəhərlənmiş insanlar tərəfindən atəşə tutulmaq təhlükəsi olmadan yaşamaq istəyirlər.

Digər tərəfdən, Bakı bu mühüm məsələdə tələsməməyin vacib olduğunu hesab edir. Hazırlanan sənəddə hər bir ifadənin, hər bir sözün və hər bir vergülün üzərində diqqətlə dayanır. Çünki Ermənistan tərəfinin istənilən hakimiyyət dəyişikliklərindən asılı olmayaraq, sonradan sənədi istədiyi kimi yozmaq imkanının olmaması üçün buna ehtiyac var. Axı erməni rəhbərlərinin ən çox sevdiyi üsul məhz budur. Bunun üçün təkcə Ermənistanın Baş naziri Nikol Paşinyanın beynəlxalq öhdəlikləri yerinə yetirməkdən necə imtina etdiyini xatırlamaq kifayətdir.

Xüsusilə, o, açıq şəkildə iddia edir ki, 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi və onun Rusiya sərhədçilərinin nəzarətinə verilməsi haqqında heç nə deyilmir. Əgər əvvəllər İrəvan prosesi ləngidir, Bakıya qarşı absurd iddialar irəli sürərək sazişin tezliklə imzalanmayacağı mesajını verirdisə, indi Nikol Paşinyan qəfil olaraq artıq razılaşdırılmış hissələrin imzalanmasına hazır olduğunu bəyan edir.

Guya qalan məsələlər zamanla həll olunacaq. Lakin Azərbaycan haqlı olaraq buna etiraz etdi. Çünki sənəddə əsas bəndlər yoxdur və Ermənistan hələ də konstitusiya səviyyəsində ərazi iddialarından imtina etməyib. Bakı dərhal İrəvanın hiyləsini başa düşdü”.

Ekspert vurğulayıb ki, Kreml Ermənistan və Azərbaycanı üçtərəfli Bəyanat və onun əsasında qəbul olunmuş sənədlərdəki bütün öhdəliklərə dəqiq riayət etməyə çağırır. Bu, regionu tamamilə sülhə qaytarmağa imkan verəcək:

"Bu arada, Qərb Paris və Brüssel timsalında açıq şəkildə İrəvanın mövqeyini dəstəkləyir. Hətta Avropadakı bəzi siyasətçilər artıq Bakıya təzyiq göstərərək, Azərbaycanı Zəngəzur (Sünik vilayəti) ərazisindən keçən və Sovet dövründə mövcud olmuş avtomobil və dəmir yolu əlaqəsini bərpa etmək fikrindən daşınmağa çağırırlar.

Guya əks halda, Ermənistan heç bir sülh müqaviləsi imzalamayacaq. Başqa sözlə, onlar açıq şəkildə göstərirlər ki, Ermənistana əslində kimin qərar verdiyini gizlətmirlər. Üstəlik, Fransa və bir sıra digər kollektiv Qərb ölkələrinin eyni zamanda Ermənistana hücum silahları tədarükünü artırdığı nəzərə alınarsa, onların Cənubi Qafqazdakı həqiqi niyyətləri aydın olur”.

Səbinə Uğur
"Cebheinfo.az"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda uşaqlara görə ödənişlər verilir... - DETALLAR
Bu gün, 07:19
"Avropa Ukraynaya pulu borc verir, bizsə yox" - ABŞ lideri
Bu gün, 07:05
Paşinyan həqiqəti dərk və etiraf etdi: Sülh üçün 3 şərt - GƏLİŞMƏ
Bu gün, 07:04
Bakı Rusiyanı məhkəməyə verə bilər – 44 günlük müharibənin sonunda nələr yaşanıb?
Bu gün, 06:29
Rusiya Kursk vilayətində Ukrayna ordusunun əsas təchizat marşrutunu nəzarətə götürüb - TASS
Bu gün, 06:19
“Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? - AKTUAL
Bu gün, 01:34
7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir
Bu gün, 01:26
Məmurlar sakinləri BOĞAZA YIĞIB - NARAZILIQ VAR
Bu gün, 01:14
"Evini sat, hər ay yaxşı pensiya alacaqsan" - BU NƏDİ BELƏ?
Bu gün, 01:05
Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” – PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 01:02
“Hətta Elçibəy dövründə də Azərbaycan İrana qarşı səmimi olub...” - BU FAKTDIR!
Bu gün, 00:07
ABŞ, yoxsa Çin? - Avropa İttifaqı seçim qarşısında
Bu gün, 00:03
Portaldan gizlədilən icarə tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 00:02
"Bunun cavabını kim verməlidir?"
Bu gün, 00:01
İtaliya Senatından Bakı və İrəvanla bağlı qətnamə - YEKDİLLİKLƏ...
Dünən, 23:54
ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır - “The National Pulse”
Dünən, 23:53
Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur - ƏGƏR VARSA...
Dünən, 19:00
Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
"Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" - Polşa müdafıə naziri
Dünən, 18:07
Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq - İNDİDƏN GÖRÜNÜR...
Dünən, 18:01
Palma yağı... YEMƏYİN! - XƏSTƏLİK YAYIR...
Dünən, 18:00
Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir - Putin BELƏ DEYİR...
Dünən, 17:53
Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq - AÇIQLAMA
Dünən, 17:47
Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib - 10 İL...
Dünən, 17:40
"Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" - AMMA İNDİ...
Dünən, 17:33
Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir - ABŞ kəşfiyyatı
Dünən, 17:29
"İki gündür oxuyana da "sənətkar" deyirlər" - Mətanətdən aparıcılara irad
Dünən, 17:25
Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib - FOTO
Dünən, 17:19
Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? - AKTUAL
Dünən, 17:16
Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub - TƏFƏRRÜAT
Dünən, 17:08
Diplomatlarımıza qarşı terror aktları törədilə bilər - Rusiya kəşfiyyatı
Dünən, 17:06
Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır - erməni KİV
Dünən, 17:04
Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? - AÇIQLAMA
Dünən, 17:00
Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 16:57
GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... - Sahil Babayev KÖHNƏ PAXIRLARI açır...
Dünən, 16:56
"Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: - İş təkrar ekspertizaya göndərildi
Dünən, 16:43
Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var -ŞƏRH
Dünən, 16:40
Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir – Yeni sədr təyin edildi
Dünən, 16:37
Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? – Çox zərərli imiş
Dünən, 16:33
“Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” - Anar
Dünən, 16:30
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Dünən, 16:25
Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb - FOTO
Dünən, 16:23
“Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var” - MƏHKƏMƏ
Dünən, 16:20
“O müğənni restorana gəlib gedəndən sonra oranın müdiri bizimlə işləmək istəmir”
Dünən, 16:17
“Avropanın Ukrayna üzrə planı yoxdur” - UnHerd
Dünən, 15:44
İdxaldan asılılıq problemi – Arzuolunmaz senari
Dünən, 15:43
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 15:37
"General" MİDA-nın evlərini satmaq adı ilə vətəndaşları aldatdı - Yeni faktlar açıqlandı
Dünən, 15:35
“ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu – Təmizlik işləri görüb 5,6 milyon alacaq
Dünən, 15:33
CAN AY NEFTÇİ: Dalğanın hündürlüyü 7 metrə çatacaq... - Növbə dəyişimi qaldı...
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru