Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Un istehsalçılarının topdansatış qiymətləri məlum olub. Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 27,20 - 28,20 manat arasında dəyişir.
"DİA-AZ" İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bazara təqdim olunan ən bahalı un "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus undur. Bu marka altında bazara çıxarılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC-nin bazara çıxardığı un 26 manatdır.
"Anadoluqida" və "AVETA" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,15 manat, "Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", “SKY AGRO” MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmalarına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat təşkil edir.
"ATS MİLL" MMC əgər yanvar ayının əvvəlində 50 kq-lıq un kisəsini 27,10 manatdan satırdısa, fevralın 3-ü tarixinə bu rəqəm 27,20 manatdır.