“AFB Bank” ASC-nin Müşahidə Şurasına yeni sədr seçilir.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Vüsal Şahverdiyev İlqar oğlu Müşahidə Şurasının sədri seçilir.
O, bu vəzifədə Elnur Qurbanov Məmməd oğlunu əvəz edəcək.
Digər qərarla, E.Qurbanov Müşahidə Şurasının müstəqil üzvü seçilib.
Vüsal Şahverdiyev bundan öncə ABB-nin Strategiya ofisinə rəhbərlik edirdi və bu banka 2020-ci ildən təyinat alıb. ABB-nin törəmə şirkəti olan “Azərikard” MMC-nin Müşahidə Şurasının üzvü idi.
Bundan öncə isə “Bank of Baku” ASC-də departament rəhbəri, “Bank BTB” ASC-də isə İdarə heyətinin üzvü və Müşhidə Şurasınına üzvü vəzifəsinə qədər yüksəlib.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı) məxsusdur.