Moskvada partlayış zamanı ölən şəxs “DXR”-in kriminal rəhbəri Armen Sarkisyan ola bilər.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, o, “DXR” Boks Federasiyasının prezidenti, “Arbat” batalyonunun yaradıcısı və Avromaydan zamanı Yanukoviçin tərəfdarı olan təxribatçılar qrupunun təşkilatçısı kimi tanınıb.
Medianın xəbərinə görə, ölənin yaşadığı mənzilin sahibləri onu Sarkisyana icarəyə verdiklərini bildiriblər.
Sarkisyan ukraynalı jurnalist Vyaçeslav Vereminin qətli ilə bağlı işdə iştirak edib.
Bildirilir ki, “Qırmızı yelkənlər” yaşayış kompleksində baş vermiş partlayış nəticəsində yaralanan Oleq Kaspiroviç əvvəllər Daxili İşlər Nazirliyinin daxili qoşunlarının Krım ərazi komandanlığının ayrıca xüsusi təyinatlı dəstəsinin komandir müavini olub. Onun Armen Sarkisyanın mühafizəçisi ola biləcəyi ehtimalı var.