“Nikol Paşinyana olan ictimai etimad tarixi minimuma düşüb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının (sədr-Serj Sərkisyan) liderlərindən Eduard Şarmazanov danışıb.
"Siyasi xadimlərin əksəriyyətinin ortaq qənaəti budur ki, Nikol Paşinyan uğursuz idarəçidir və hər bir Ermənistan vətəndaşının sağlamlığı üçün təhlükə yaradır", – deyə o, jurnalistlərlə görüşdə bildirib. Revanşist siyasətçi yenə də sədri Serj Sərkisyanın adından “Qarabağın geri qaytarılması” kimi sərsəm ifadələr işlədib. Onu sözlərinə görə “Qarabağa görə hakimiyyətin dəyişdirilməsi haqda düşünməlidir " Fürsətdən istifadə edərək hər bir müxalifətçi siyasətçiyə səslənirəm: fərqlərimizi bir kənara qoyaq, bu gün Ermənistanın qalan hissəsini xilas etməliyik", – deyə Şarmazanov qeyd edib.
Erməni siyasətçi Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün bütün mümkün addımları atacaqlarını da deyib.