Fevralın 3-də VII çağırış Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının ilk iclası keçirilib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində deputatlar - Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə komissiyanın katibi seçiliblər. İclasda komissiya üzvləri Soltan Məmmədov, Naqif Həmzəyev, Sevinc Hüseynova və Rövşən Muradov iştirak ediblər.