Cümə axşamı, 20 fevral 2025, 13:50:28  
   “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Nübar Ərbil AzTV-dən getdi .....                     Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ .....                     Hakerlər kimlərdir? .....                     Baş Prokurorluqda YENİ TƏYİNATLAR .....                     “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib .....                     SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... .....                     Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür .....                     Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq .....                     Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub .....                     "Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub .....                     Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır .....                     Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı .....                     Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: .....                     Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir .....                     Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi .....                     Dəniz piyada bölmələri ilə təlim keçirilib .....                     "Bu, məni çox həyəcanlandırır" .....                     “Hamısı gəlib qulağıma çatır” .....                     Lotu Quli ilə birgə ittiham olunmuşdu, .....                 

Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Tarix: 30-01-2025, 08:53 | Çap et
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası faktiki olaraq burada beynəlxalq normalara zidd fəaliyyət göstərir və üstəlik müddətini uzatmaq, miqyasını genişləndirmək üçün çabalar göstərir.

Missiya üzvləri növbəti dəfə Qazax istiqamətində peyda olub. Hərbi-casus şəbəkəsinin üzvlərinə məxsus iki avtomobil Azərbaycanla şərti sərhədlər istiqamətində müşahidələr aparıblar. “Binokl diplomatiyası”nın nümayəndələrinin Zəngilan istiqamətində də fəaliyyətini aktivləşdirdiyi məlum olub. Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanının sərhədə doğru irəlilədiyi Azərbaycan tərəfdən sonadək izlənilib. Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Yazı çapa hazırlanarkən məlum oldu ki, Aİ missiyasının ömrünün uzadılması barədə qərarın qəbulu yaxın saatlarda reallaşacaq. “Əgər son dəqiqə sürprizləri olmasa, səfirlər Avropa Birliyinin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsini təsdiq edəcəklər”. Publika.az xəbər verir ki, bunu "AzadlıqRadiosu"nun Avropa üzrə redaktoru Rikard Jozviak bildirib. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq müşahidəçi və Ermənistandan 44 əməkdaş. Missiyanın müşahidə zonası, rəsmi açıqlamaya görə, Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq. Bu addım onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Çünki Bakı sərhədlərdə üçüncü qüvvənin olmasını istəmir. Öncə İrəvanın bu haqlı tələbi qəbul edəcəyi gözlənilirdi. Amma görünür, Brüsseldən gələn əmrdən sonra İrəvan geri çəkilib. Yeri gəlmişkən, imzalanma mərasimi məhz Brüsseldə baş tutacaq.

Fevralda müddətin uzadılacağı gözlənilir. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası son günlərdə aktivləşib və sərhədimizə gələrək müşahidələr aparır. Görünən budur ki, missiya öz mövcudluğunu qorumaq, burada guya lazım olduğu görüntüsünü yaratmaq üçün dəridən-qabıqdan çıxır. Deputat Azər Badamov deyib ki, müşahidə missiyasının müddəti fevral ayının sonunda bitəcək: “Buna görə də onlar son günlər aktivlik nümayiş etdirərək müddətlərini uzatmaq üçün özlərinin lazımlı olduğunu nümayiş etdirirlər. Əslində onlar heç kimə lazım deyillər və onların olmasının ancaq ürək bulandırmaqdan başqa bir təsiri, nə də Ermənistana xeyri yoxdur. Sülh müqaviləsinin imzalanması üçün tələblərimizdən biri həm də Aİ-nın müşahidə missiyasının fəaliyyətinin dayandırılmasıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi ağlını başa yığacaq və regiona sülhün gəlməsini əngəlləyən qurumların ləğv olunması üçün qətiyyət nümayiş etdirəcək. Çünki regiona sülhün gəlişi Ermənistana hamıdan çox lazımdır”.

Rəsmi Bakının məsələ ilə bağlı xəbərdarlıqları ortadadır. Dövlət başçımız bir neçə dəfə özünün prinsipial mövqeyini elan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin 14 oktyabrında Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirmişdi ki, Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Sitat: “Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk Qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. Dövlətimizin başçısı vurğuladı ki, əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar”.

Prezident onu da bildirmişdi ki, Prezident İlham Əliyev onu da vurğulamışdı ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. “Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi", - Prezident etirazını ifadə etmişdi. Dövlətimizin başçısı onu da bildirmişdi ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.

Bütün bunlardan sonra Ermənistanın birtərəfli qaydada qəbul etdiyi qərar onun sülhdən imtinasının növbəti dəfə aydın təzahürüdür və şübhəsiz ki, gərginliyi tətikləyir. Beləliklə, Ermənistan rəhbərliyi ölkəsini yenidən təhlükəli oyunlara meydan edir. Bu da o deməkdir ki, sülh müqaviləsinin imzalanması ilə bağlı davam edən proses rəsmi İrəvanın birtərəfli qərarları səbəbindən təxirə düşə bilər. Bəs ekspertlər nə düşünür, missiya öz maraqları üçün bu ərəfədə Ermənistanı təxribatlar törətməyə vadar edə bilərmi? Bu baş verərsə, məsuliyyət kimindir?

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının, legitimliyini çoxdan itirmiş qondarma “müşahidə” missiyasının Ermənistandakı mövcudluğunun davam etdirilməsi ilə bağlı rəsmi İrəvanın mövqeyi aydındır: “Nikol Paişinyanın missiyanın mövcudluğunu delimitasiya prosesi ilə əlaqələndirməsi də bunu təsdiqləyir. Rəsmi İrəvan Azərbaycanın Aİ missiyası ilə bağlı haqlı və əsaslı təklifinin qarşılığında, faktiki yarımhərbi təsisatın ərazini tədricən, delimitasiya prosesinə uyğun olaraq tərk etməsi təklifi ilə çıxış edib. Yəni bu, o deməkdir ki, "müşahidə" missiyası sərhədin, yalnız delimitasiya olunan hissəsindən çəkiləcək və Ermənistan-Azərbaycan sərhədlərini delimitasiya prosesi tam başa çatdıqdan sonra tərk edəcək. Azərbaycan-Ermənistan sərhədlərinin uzunluğu 1007 km-dir. İndiyədək 1007 kilometrin, sadəcə 13 km-ə qədəri delimitasiya və demarkasiya edilib. Əgər 13 km-lik bir hissənin razılaşdırılmasına, az qala bir neçə il sərf olunubsa, yerdə qalan 9994 kilometrlik hissəyə nə qədər vaxt sərf oluna bilər? Bununla bağlı konkret vaxt dilə gətirmək mümkün deyil".

E.Mirzəbəyli qeyd etdi ki, relyefi və ziddiyyətləri nəzərə alsaq, proses illər apara bilər: “Deməli, Ermənistan hazırda Aİ-nin qondarma və yarımhərbi missiyasının sərhəd bölgəsini tərk etməsində maraqlı deyil, çünki bu təsisat İrəvana delimitasiya prosesində təzyiq aləti kimi lazımdır. Məhz bu səbəbdən, qondarma missiyanın "müddətinin uzadılması" ilə bağlı addım atılacaq. Bu isə o anlama gəlir ki, qondarma missiyanın mövcudluğunu davam etdirdiyi müddətdə sülh müqaviləsi imzalanmayacaq. Təxribatların isə sərhədin delimitasiya olunacaq növbəti hissəsi ilə bağlı müzakirələrin yekun mərhələyə yaxınlaşacağı zaman kəsiyində baş verə biləcəyi ehtimalı daha çoxdur. Yaz aylarından etibarən Ermənistandakı revanşist müxalif qüvvələrin də hərəkətə keçəcəyi, ritorikanın sərtləşəcəyi, alternativ revanşçı “hərəkatların” yarana biləcəyi gözlənilir".

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə şübhə etmir ki, Avropa ittifaqının Azərbaycan və Ermənistan sərhədində mülki missiyası deyil, bu, kəşfiyyat missiyasidır: “İki dövlət arasında ikitərəfli danışıqlar gedirsə, delimitasiya və demarkasiya prosesi üzrə komissiya varsa, belə bir müşahidə missiyasına ehtiyac yoxdur. Avropa İttifaqı çalışır ki, fevraldan sonra iki il müddətində fəaliyyətini davam etdirsin. İttifaq Nikol Paşinyana da təzyiqlər edir. Azərbaycanla Ermənistan sərhədində nisbi sakitlikdir. Amma Avropa İttifaqının mülki missiyası hər gün patrul həyata keçirir və bunu nümayişkaranə etməklə, bir növ böhran olduğu görüntüsünü yayır. Çalışırlar ki, sərhəddə təxribat olsun. Xüsusilə Fransa burada maraqlıdır. Bununla da əsas yaratmağa çalışırlar ki, vaxt uzansın. Əgər mandat uzansa, bu, sülh danışıqlarına kölgə salmış olacaq. Onların fəaliyyəti sülhə xidmət etmir və prosesləri sabotaj edir”. Ekspert xatırlatdı ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali Komissarı regiona gələcək: “O, Azərbaycan və Ermənistanda səfərdə olacaq. Azərbaycan bununla bağlı etiraz etməlidir. Ermənistan baş naziri də bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Kənar güclərin şərti sərhəddə fəaliyyəti yalnız onların öz geosiyasi maraqlarına xidmət edir. Avropa İttifaqı ilə Ermənistan arasında mantadın uzadılması ilə əlaqədar razılaşma əldə olunarsa, ciddi siyasi gərginliyə gətirib çıxaracaq. Ermənistan hakimiyyəti özü siyasi iradə ortaya qoymalıdır. Gürcüstanla sərhəddən İrana kimi sərhədin müəyyənləşdirilməsi razılaşdırılıb. Ona görə də mandatın uzadılmasına ehtiyac yoxdur. Ermənistan buna gedərsə, Azərbaycan birtərəfli şəkildə sülh gündəliyini dondurmalıdir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Bu gün, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Bu gün, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Bu gün, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Bu gün, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Bu gün, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Bu gün, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Bu gün, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Bu gün, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Bu gün, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Bu gün, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Bu gün, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Bu gün, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Bu gün, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Bu gün, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Bu gün, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Bu gün, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Bu gün, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Bu gün, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Bu gün, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Bu gün, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Bu gün, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Bu gün, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Bu gün, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Bu gün, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Bu gün, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Bu gün, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Bu gün, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Bu gün, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Bu gün, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Bu gün, 13:58
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Bu gün, 13:10
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Bu gün, 13:06
Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi – Universitet aydınlıq gətirdi
Bu gün, 13:04
Dəniz piyada bölmələri ilə təlim keçirilib - VİDEO
Bu gün, 12:58
"Bu, məni çox həyəcanlandırır" - VİDEO
Bu gün, 12:56
“Hamısı gəlib qulağıma çatır” – Nanə kimə SÖZ ATDI?
Bu gün, 12:51
Lotu Quli ilə birgə ittiham olunmuşdu, məhkəməsi başlayır
Bu gün, 12:40
"Global" Media Qrupuna haker hücumu olub - HƏDƏ YOLLADILAR...
Bu gün, 12:34
Bakıda pasiyentləri yerə yıxaraq, ağladan qalmaqallı psixoloqdan AÇIQLAMA - FOTO
Bu gün, 12:28
Rusiya "FSB" əməkdaşları Ermənistanda polis bölməsinə basqın etdi?.. - TƏFƏRRÜAT
Bu gün, 12:24
Babək Rzayevə hökm oxundu - 3 il 6 ay
Bu gün, 12:18
Rasizadəyə verilən ordeni başqa kimlər alıb? – Siyahıda cəmi iki qadın var
Bu gün, 12:14
Rusiya səfiri 2 saat Sarkisyanın ofisində oldu - Ermənistanda nə baş verir?
Bu gün, 12:06
Masallı sakini silahdan açılan atəş nəticəsində ölüb
Bu gün, 12:03
Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub - FOTO
Bu gün, 12:01
“Binəqədi Residence”in 813 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 11:59
“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru