
Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan ölkədə Konstitusiyanın dəyişdirilməsinin əsas səbəbini izah edib.
Musavat.com-un xəbər verir ki, onun sözlərinə görə, mövcud qanun insan hüquqlarına, xüsusilə də vətəndaşların sosial hüquqlarına yetərincə diqqət ayırmır. Yeni Konstitusiyada bu məsələlərə daha çox önəm veriləcək.
Nazir bildirib ki, idarəetmə modelinin dəyişdirilməsi planlaşdırılmır.
Bundan əlavə, yeni Konstitusiya dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətini daha effektiv tənzimləyəcək. Qalyan vurğulayıb ki, hazırda prokurorluq və istintaq orqanları arasında səlahiyyət bölgüsündə problemlər mövcuddur ki, bu da qeyri-effektivliyə gətirib çıxarır.
Yeni Konstitusiyanın mətninin 2026-cı il parlament seçkilərinə qədər hazır olması gözlənilir. Qalyan əlavə edib ki, bundan sonra referendumun keçirilməsi ehtimalı da istisna edilmir.