İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                     Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər .....                     Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib .....                     Putin yenə “Oreşnik”dən danışdı: .....                     Türk millətinin bir adı, bir dili var, o da bəllidir .....                     İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib .....                     Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib .....                     Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb .....                     Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? .....                     İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: .....                     “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” .....                     Zelenski ABŞ-nin yaratdığı "canavardır" .....                     Azərbaycan mediasına kiberhücum .....                     “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” .....                     Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır .....                     Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə .....                     “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” .....                     "Abbas öz sənətindədir, mən öz sənətimdə..." .....                     Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .....                     Tramp məcburetmə əməliyyatına başlayıb: .....                     İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? .....                     "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." .....                     Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub .....                     Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... .....                     Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... .....                     Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun .....                     Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” .....                     Şahin Bağırov onu rəis təyin etdi .....                     Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar .....                     SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? .....                     “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək” .....                     “Melissa Park”a xəbərdarlıq edildi .....                     Qaib yazılmır, axşam dərsləri ləğv edilib .....                     Nikol bu şəhər uğrunda savaşa başladı: .....                     “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib .....                     "Mənim dediklərimi kim necə anlayır, özü bilər" .....                     Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı .....                     DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, .....                     "Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." .....                     "Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi .....                 

Paşinyan ermənilər üçün 14 bəndlik "resept" hazırlayıb - ŞƏRH
Tarix: Dünən, 11:21 | Çap et
Paşinyan ermənilər üçün 14 bəndlik "resept" hazırlayıb
"Yeni Konstitusiyanın qəbulu ilə bağlı strateji məqsəd - xalqın dövlətsiz millət qalıqlarının davranışından dövlət təfəkkürünə keçid etməsidir”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib. O, müraciətində “Həqiqi Ermənistan” ideologiyasının layihəsini təqdim edib. Bu ideologiya 14 maddədən ibarətdir.

N.Paşinyanın sözlərinə görə, yeni Konstitusiyanın xalq referendumu vasitəsilə qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki əvvəlki Konstitusiya referendumu cəmiyyətin baxışında ciddi legitimlik problemi ilə üzləşmişdi. Təxminən bir ay əvvəl, yanvar ayında Ermənistanın ədliyyə naziri yeni Konstitusiyanın mətninin parlament seçkilərinə qədər hazırlanacağını bildirmişdi.

Yeni Konstitusiya məsələsi rəsmi İrəvanın gündəliyinə Azərbaycanın tələbindən sonra daxil olub. Bakı Ermənistanın Əsas Qanununda dəyişiklik edilməsində israr edir, çünki Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməsi problem yaradır. Bu bəyannamədə “Artsaxın Ermənistanla birləşməsi” ideyası yer alır.

Ötən il Ermənistan Konstitusiya Məhkəməsi bəyan etmişdi ki, Müstəqillik Bəyannaməsi ilə Konstitusiyanın məzmunu eyni deyil. Lakin bu qərardan sonra belə, Bakı öz tələbindən geri çəkilmədi.

Buna baxmayaraq, Ermənistanın ədliyyə naziri israr edir ki, yeni Konstitusiyanın qəbul edilməsinin əsas məqsədi hüquqi sistemin təkmilləşdirilməsidir. Onun sözlərinə görə, bu proses təcili deyil və Azərbaycanın tələbi ilə bağlı deyil.

N.Paşinyanın təqdim etdiyi “Həqiqi Ermənistan” layihəsi müxtəlif aspektləri əhatə edir. Onun əsas maddələrindən biri müstəqillik konsepsiyasıdır. Burada bildirilir ki, müstəqillik tam suverenlik deyil, az sayda dövlətdən asılılığın daha çox dövlətlərdən asılılıqla əvəz edilməsidir: "Dövlət xalqın öz taleyini müəyyən etməsi üçün ən yaxşı vasitədir. Lakin bu məqsədə daha səmərəli xidmət etmək üçün o, maksimum müstəqil olmalıdır. Bu səbəbdən müstəqillik strategiyası az sayda asılılıqdan çoxsaylı asılılığa keçid strategiyasıdır. Əgər dövlət artıq çoxsaylı tərəfdaşlardan asılıdırsa, onun əsas məqsədi bu tərəfdaşların sayını daha da artırmaq olmalıdır. Balanslaşdırılmış xarici siyasətin məqsədi isə hətta geniş asılılıq şəraitində də disproporsiyalara yol verməməkdir". Layihədə, həmçinin, sülh məsələsinə toxunulur. Sənəddə qeyd edilir ki: "Sülh, qonşuların arasında kənar dəstək olmadan yaşamaq bacarığıdır". Bundan əlavə, sənəddə vurğulanır ki, sülh xarici siyasətin əsas məqsədidir: "“Sülh bərqərar olduqdan sonra, o, xarici siyasətin əsas məqsədi olaraq qalır və iqtisadi, siyasi və mədəni əməkdaşlıq çərçivəsində ifadə olunur".

N.Paşinyanın bugünkü qərarı ilə Ermənistanın milli təhlükəsizlik strategiyasına yenidən baxılması üçün hökumətlərarası komissiya yaradılıb.

Nikol Paşinyanın sözlərinə görə, bu addım təkcə daxili islahatlara uyğun gəlmir, həm də Azərbaycanla sülh sazişinin imzalanmasını əhəmiyyətli dərəcədə yaxınlaşdıra bilər. Videomüraciətində Paşinyan xüsusilə sülh prosesinə diqqət yetirdi, vurğuladı ki, bölgədə sabitlik yalnız qonşuluq münasibətlərinin müstəqil şəkildə formalaşması ilə mümkündür və xarici müdaxilə olmadan reallaşmalıdır.

Erməni baş nazirin sözlərinin arxasında daha dərin bir məna dayanır - yəni, təhlükəsizlik məsələlərində xarici dövlətlərə arxalanma siyasətinin gözlənilən nəticəni vermədiyinin açıq etirafı. İrəvan öz təhlükəsizliyini təmin edə bilmədi – gah Rusiyaya, gah Fransaya, gah da ABŞ-yə üz tutsa da, bu strategiya uğursuz oldu. Paşinyan faktiki olaraq çıxışında etiraf etdi ki, ölkənin sabitliyə nail olmasının yeganə yolu qonşularla, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır.

Bəs bu siyasi dönüş Ermənistan üçün nə deməkdir və Paşinyanın bəhs etdiyi islahatlar nə dərəcədə realdır?

Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh üçün açar rolunu oynayır. Çünki bu sənəd Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas maneələrdən biri kimi qalır. Konstitusiya birbaşa və ya dolayısı ilə qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edir - ilk növbədə Azərbaycana və Türkiyəyə qarşı. Bu, Ermənistanın tarixi mövqeyi ilə bağlıdır. Belə ki, Sovetlər Birliyi sonra Ermənistanın əsas qanununa Qarabağa iddiaları dəstəkləyən prinsiplər daxil edildi, eyni zamanda TürkiyƏNin şimal-şərq bölgələri ilə bağlı ermənilərin ərazi ambisiyaları da Konstitusiyada əks olundu.

Münaqişənin həllinə mane olan əsas konstitusion müddəalar:

1. Ermənistan Konstitusiyasının preambulası 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edir ki, bu sənəddə açıq şəkildə Qarabağa iddialar təsbit olunub. Xüsusilə, orada deyilir:"Ermənistan Respublikası Artsax Respublikasının beynəlxalq tanınması prosesini dəstəkləyir".

Bu ifadə Ermənistanın əvvəlki ərazi iddialarını rəsmiləşdirir və Azərbaycanın ərazi bütövlüyünün tam tanınmasını qeyri-mümkün edir. Ermənistan Konstitusiyasının 13-cü maddəsi (1995-ci il redaksiyası, 2005 və 2015-ci il düzəlişləri ilə).

2. "Ermənistan Respublikasının gerbi Ağrı dağının təsvirini ehtiva edir. Formal olaraq bu, simvolik element kimi qəbul olunsa da, siyasi səviyyədə Türkiyəyə gizli ərazi iddiası kimi dəyərləndirilir. Çünki Ararat dağı Türkiyə ərazisində yerləşir və bu, Ankaranın kəskin narazılığına səbəb olur.

3. Qarabağla bağlı müddəalar: 2020-ci ildə müharibədə məğlubiyyət və 9 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq, Ermənistan hələ də Konstitusiyasını dəyişdirməyib və Qarabağa iddialardan rəsmən imtina etməyib. Halbuki Paşinyan 2023-cü ildə Qarabağın Azərbaycanın bir hissəsi olduğunu rəsmi olaraq tanıyıb. Bununla belə, bu mövqe Konstitusiyada hələ də əksini tapmayıb. Nəticədə, Ermənistanın əsas qanunu hələ də uzunmüddətli sülhün qurulmasına hüquqi maneə olaraq qalır.

Paşinyan Konstitusiyanı niyə dəyişmək istəyir? O, başa düşür ki, hüquqi maneələr ölkənin xarici siyasətini məhdudlaşdırır. 2023-cü ildə verdiyi bəyanatda bildirmişdi ki: "Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü rəsmi şəkildə tanıyır".

İndiyədək bu mövqe ölkə daxilində hüquqi təsdiqini tapmayıb. Bundan əlavə, müxalifət onu "xəyanətdə" və "erməni torpaqlarını təslim etməkdə" ittiham edir. Konstitusion islahatların əsas səbəbləri sülh sazişinin imzalanması, mövcud təcrid durumundan çıxmaq, habelə Qərbin İrəvana təzyiqləridir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər etmədən sülh müqaviləsinin imzalanması mümkün deyil. Türkiyə də münasibətlərin normallaşması üçün Ermənistandan rəsmi şəkildə ərazi iddialarından imtina etməsini gözləyir. Ermənistan hüquqi baxımdan ərazi ambisiyalarından imtina etmədən sabit qonşuluq münasibətləri qura bilmir. Rusiya ilə iqtisadi asılılıq Paşinyanı yeni əməkdaşlıq yolları axtarmağa vadar edir, lakin islahatlarsız bu mümkün deyil. ABŞ və Avropa İttifaqı da Cənubi Qafqazda gərginliyin azaldılmasında maraqlıdır, lakin onlar da Ermənistanın revanşist siyasətdən rəsmi imtina etməsini tələb edirlər.

Beləliklə, Nikol Paşinyanın təklif etdiyi konstitusiya dəyişikliyi Ermənistan üçün təkcə daxili siyasi mübahisə deyil, həm də onun gələcək strateji kursunu müəyyənləşdirən əsas amildir. Gərəkli islahatlar həyata keçirilsə, Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh prosesində ciddi irəliləyiş əldə etməsi mümkündür. Amma ölkə daxildəki müxalifətin müqaviməti və erməni cəmiyyətindəki radikal revizionist qüvvələrin təzyiqi bu prosesin asan keçməyəcəyini göstərir. Ermənistan sülh yolunda gerçək addımlar atacaqmı, yoxsa daxili siyasi qarşıdurmalar ölkəni yenidən qeyri-müəyyənlik vəziyyətinə salacaq? Bu, yaxın aylarda veriləcək qərarlardan asılı olacaq.

Erməni cəmiyyəti, həqiqətən də, labüd və zəruri dəyişikliklərə hazırdırlmı? Rasional səbəblərə baxmayaraq, konstitusiya islahatı Ermənistanda ciddi daxili problemlərlə üzləşir.

Birincisi, müxalifətin və radikal qüvvələrin müqavimətidir. Sabiq prezident Robert Köçəryan və onun tərəfdarları Paşinyanı Qarabağı “təslim etməkdə” ittiham edərək onun istefasını tələb edirlər. Eyni zamanda, “Daşnaksütyun” kimi millətçi qruplar hər hansı güzəştlərə qarşı çıxır və ərazi iddialarından imtinanı “erməni məsələsinə xəyanət” kimi qiymətləndirirlər.

İkinci amil Ermənistanda ictimai rəyin müqavimətidir. Keçirilmiş sorğular göstərdi ki, ermənilərin təxminən 48 faizi Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasına qarşıdır, baxmayaraq ki, Ermənistan artıq bölgə üzərində faktiki nəzarəti itirib. Həmçinin, cəmi 30 faiz Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyir, halbuki 56 faiz Türkiyəni “tarixi düşmən” kimi görür.

Üçüncüsü, daxili qeyri-sabitlik təhlükəsi amilini unutmayaq. 2020-ci ildə imzalanmış atəşkəs sazişindən sonra Ermənistanda genişmiqyaslı etirazlar baş vermişdi. Eyni ssenari təkrarlana bilər. Müxalifət və revizionist siyasi dairələr ölkədə çevriliş təşkil etməyə cəhd göstərə bilər. Paşinyan islahatları həyata keçirə biləcəkmi? Bu, bir neçə məqamdan asılıdır. Nikol Paşinyanın "Mülki Müqavilə" partiyası parlamentdə əksəriyyətə sahib olsa da, müxalifət prosesə mane olmaq üçün müxtəlif yollar tapa bilər. Üstəlik, ABŞ və Avropa İttifaqı Ermənistana siyasi dəstək versə də, bu prosesə birbaşa müdaxilə etmələri real görünmür.

Rusiyaya gəldikdə, Moskva Ermənistanın Konstitusiya dəyişikliyi məsələsini diqqətlə izləyir. Əgər bu dəyişikliklər Rusiyanın təsirini zəiflədərsə, Kremlin Ermənistanda sabitliyi pozmaq üçün müəyyən mexanizmləri işə sala biləcəyi istisna edilmir. Və ən nəhayət, əgər Paşinyan bu islahatları sona çatdırmasa, sülh prosesi yalnız müvəqqəti olaraq təxirə salınacaq və münaqişənin yenidən alovlanma riski qalacaq.

Növbəti aylar Ermənistan üçün həlledici olacaq. Əgər Paşinyan referendumu keçirə və konstitusiya dəyişikliklərini təsdiqlədə bilsə, bu, Cənubi Qafqazda sülhün təmin olunması üçün mühüm addım olacaq. İslahatlar uğursuzluğa düçar olarsa, Ermənistan geosiyasi təcriddə qalmaqda davam edəcək və xarici oyunçular arasında balans saxlamağa məcbur olacaq.

O da mümkündür ki, Nikol Paşinyanın çıxışı İrəvanın reallığa əsaslanan yeni siyasi kursunu nümayiş etdirir. Onun sözlərindən açıq şəkildə görünür ki, Ermənistanın təhlükəsizliyi yalnız Rusiyanın, Fransanın və ya ABŞ-ın təminatları ilə qoruna bilməz. O, vurğulayır ki, sülh təkcə dövlətlərarası saziş deyil, həm də qonşularla xarici müdaxilə olmadan normal yaşamağı bacarmaqdır. Bu, Ermənistanın regiondakı geosiyasi reallıqları qəbul etdiyinə və qonşu ölkələrlə münasibətlərin qurulmasının vacibliyini anladığına işarədir.

Paşinyana görə, Cənubi Qafqazda sabitlik qarşılıqlı iqtisadi və siyasi asılılıq əsasında mümkündür. Ölkələr bir-birilə ticarət, logistika və investisiya sahəsində əməkdaşlıq etdikcə münaqişə riskləri azalır. Bu yanaşma "iqtisadi sülh" konsepsiyasına uyğun gəlir və Ermənistanın yeni geosiyasi reallıqlara adaptasiya etmək istədiyini göstərir.

Paşinyan xüsusilə onu da vurğulayıb ki, Ermənistan regional və qlobal logistika şəbəkələrində öz yerini tutmalıdır. Bu, onun Zəngəzur dəhlizi məsələsinə də baxışını göstərir. Əgər İrəvan bu dəhlizin açılmasını təmin edərsə, iqtisadi baxımdan böyük üstünlüklər qazana və Azərbaycan-Türkiyə ilə münasibətlərdə gərginliyi azalda bilər.

Sülh üçün hansı addımlar atılmalıdır? Ermənistanın sülh prosesini konkret addımlarla dəstəkləməsi lazımdır. Əvvəla, İrəvan ölkə Konstitusiyasını dəyişməlidir. Ərazi iddialarından rəsmi şəkildə imtina olunması Ermənistanın sülhə hazır olduğuna dair əsas siqnal olacaq. İkinci məqam Zəngəzur dəhlizinin reallaşdırılmasıdır. Bu nəqliyyat marşrutunun açılması Ermənistana iqtisadi mənfəət qazandıracaq və regionda gərginliyi azaldacaq. Və sonda - İrəvan ölkədəki Qərb hərbi missiyalarından imtina etməlidir. ABŞ və Aİ-nin Ermənistandakı hərbi müşahidəçilərinin mövcudluğu Bakı və Ankara tərəfindən xarici müdaxilə kimi qəbul edilir və sülh danışıqlarını çətinləşdirir.

Əgər Ermənistan bu addımları atmasa, sülh barədə bəyanatlar yalnız siyasi şüar olaraq qalacaq. Onu da unutmayaq ki, Ermənistanın siyasi səhnəsində Paşinyanın konstitusiya islahatlarına qarşı çıxan müxtəlif siyasi qruplar var. Onlar keçmiş hakim elitalardan, radikal millətçi təşkilatlardan və Rusiyayönlü dairələrdən ibarətdir. Bu qüvvələr ərazi iddialarından imtinanı “milli maraqlara xəyanət” kimi qiymətləndirirlər. Onlar Robert Köçəryan və “Ermənistan” bloku, Serj Sarqsyan və Ermənistanın Respublikaçılar Partiyası, radikal millətçi “Daşnaksütyun” partiyası, habelə Rusiyayönlü siyasi dairələrdir. Erməni diasporunu, xüsusilə Fransa, ABŞ və Rusiyada yerləşən erməni təşkilatlarını da unutmayaq: onlar Ermənistanın Azərbaycan və Türkiyə ilə barışığına qarşıdır.

Bu amillər Konstitusiyanın dəyişdirilməsini çətinləşdirir və Paşinyanın siyasi kursunun qarşısında əsas maneələrdən birinə çevrilir. Ermənistanın daxili siyasi və ictimai mənzərəsi göstərir ki, sülh prosesinin uğurla başa çatması üçün hökumətin təkcə hüquqi dəyişikliklər etməsi kifayət deyil. Ölkənin ictimai-siyasi düşüncəsində də ciddi transformasiyalar baş verməlidir.

Beləliklə, erməni cəmiyyəti revanşist siyasətdən imtina etməyə psixoloji cəhətdən hazır deyil. Millətçi ritorikanın güclü təsiri, müxalifətin müqaviməti və təbliğatın illərlə formalaşdırdığı ictimai rəy konstitusiya dəyişikliklərini çətinləşdirən əsas faktorlardır. Amma Ermənistanın iqtisadi və geosiyasi reallıqları bu dəyişikliklərin qaçılmaz olduğunu göstərir.

Ermənistan hazırda olduqca mürəkkəb bir vəziyyətdədir və bu, əsasən üç amillə bağlıdır.

İlk amil İqtisadi təcrid və inkişaf problemləridir. Belə ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistan üçün illik 1,5 milyard dollar həcmində tranzit gəlirlərinin itirilməsi deməkdir. Ölkənin zəif iqtisadiyyatı uzun müddət Rusiyanın dəstəyi hesabına ayaqda qalıb. Lakin Ukrayna müharibəsindən sonra Moskvanın Ermənistana iqtisadi yardımları əhəmiyyətli dərəcədə azalıb. Xarici investisiyaların azlığı və aşağı iqtisadi artım problemi davam edir. 2023-cü ildə Ermənistanın ÜDM artımı cəmi 4,5 faiz olub ki, bu da regional orta göstəricidən aşağıdır.

İkinci amil Rusiya ilə münasibətlərin pozulmasıdır. Moskva artıq Ermənistanı özünün əsas müttəfiqlərindən biri kimi görmür, xüsusilə də Paşinyanın "çoxvektorlu siyasət" yürütməyə çalışdığı son açıqlamalarından sonra. Ermənistan KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) hərbi təlimlərində iştirakdan imtina edib, bunun ardınca Rusiya da bölgədəki hərbi varlığını azaltmağa başlayıb.

Bundan əlavə, Rusiya Ermənistandakı strateji iqtisadi sektorlar üzərindəki nəzarətini tədricən itirir, bu da Moskvanın Yerevana qarşı siyasi təzyiqlərini artırması ilə nəticələnə bilər. Üçüncü amil isə Qərbin zəif təminatlarıdır. ABŞ və Avropa İttifaqı Paşinyana siyasi dəstək versə də, Ermənistana ciddi iqtisadi və ya hərbi təminatlar verməyə hazır deyillər. Ermənistan məhsulları üçün Avropa bazarları bağlı qalır və ABŞ-dan gələn investisiyalar isə əhəmiyyətsizdir. Paşinyanın NATO ilə münasibətləri inkişaf etdirmək cəhdi Moskvada narazılıq yaratdı, lakin Ermənistan üçün konkret fayda vermədi.

Bütün bunları nəzərə alsaq, Nikol Paşinyan müqaviməti aşa biləcəkmi?

İstənilən halda Ermənistan tarixi bir seçim qarşısındadır. İrəvan ya qarşıdurmanı davam etdirərək təcrid olunmuş vəziyyətdə qalacaq və revanşist siyasətə ümid edəcək, ya da yeni geosiyasi reallıqlara uyğunlaşaraq ərazi iddialarından rəsmi şəkildə imtina edib normallaşma yoluna qədəm qoyacaq.

Həlledici məqam yaxınlaşıb.

Erməni cəmiyyəti yeni reallığı qəbul etməyə hazırdırmı, yoxsa təcrid və konfrontasiya yolunu seçəcək?

Zaman göstərəcək...

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Bu gün, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Bu gün, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Bu gün, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Bu gün, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Bu gün, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Bu gün, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Bu gün, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Bu gün, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Bu gün, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Bu gün, 17:42
Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Bu gün, 17:35
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Bu gün, 17:26
“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Bu gün, 17:11
Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Bu gün, 17:09
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Bu gün, 17:02
"Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Bu gün, 16:57
Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Bu gün, 16:50
Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Bu gün, 16:39
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Bu gün, 16:36
"Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 16:31
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Bu gün, 16:20
Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12
Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Bu gün, 16:09
Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Bu gün, 16:00
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Bu gün, 15:57
Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Bu gün, 15:56
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Bu gün, 15:54
SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Bu gün, 15:52
“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Bu gün, 15:47
“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Bu gün, 15:46
Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Bu gün, 15:19
Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Bu gün, 15:15
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Bu gün, 15:09
"Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Bu gün, 15:04
Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Bu gün, 15:02
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Bu gün, 15:00
"Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Bu gün, 14:58
"Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Bu gün, 14:43
Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Bu gün, 14:02
İşçilərini bədbəxt hadisələrdən sığorta etməyənlər cərimələnəcək - Məcəllə dəyişir
Bu gün, 14:00
"Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz" - deputat
Bu gün, 13:58
"Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07
Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05
Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03
Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59
"Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55
Gəmilər lövbər dayanacaqlarına SIĞINDI: Neftçilər gözləməli olacaq... - FOTO
Bu gün, 12:46
“Baboş”a maşın alan Emin Hüseynovun dövlətə vergi borcu artır - DETALLAR
Bu gün, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru