Bazar ertəsi, 17 fevral 2025, 11:19:52  
   DİA-AZ -da texniki fasilə... .....                     Zəngəzur dəhlizi açılır: “Litva modeli” nədir? .....                     “Azneft”dən Mərkəzi Banka TRANSFER... .....                     Ər-Riyad dünyanı xilas edir: İran üçün də çalışır? .....                     “Mirsaleh Seyidov Penitensiar Xidmətə rəis gələndən…” .....                     0,9 faizlik azalma ciddi siqnal olmalıdır .....                     Bir bəyanatın min “çaları” .....                     Bu da bir “Rabitə bank” MÖCÜZƏSİDİR... .....                     Aprelin 1-də xoş xəbər ola bilər .....                     Ölkədə ƏT BÖHRANI: Nazir GÜNAH KEÇİSİ peşində... .....                     Erməni politoloqdan Köçəryana Laçın sualı... .....                     Ukrayna parçalanır, Zelenski ölkədən qaçır… .....                     Zelenski müharibə zamanı həlak olan hərbçilərin sayını açıqlayıb .....                     Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb .....                     İranda bu dəfə kim “zəhər içəcək”? .....                     Tatarlar ruslara jest edəcək .....                     "Bizi paxıl və ya kiməsə qarşı qərəzli hesab edirlər" .....                     “Orbita” MTK rəhbəri vətəndaşa qarşı... .....                     "Bu söz mənə yaraşır..." .....                     "Biz avropalılar buna imkan verməyəcəyik..." .....                     Azərbaycanın Baş naziri Tehrana gedir .....                     Dəmirörənin üzərindəki həbs qərarına xitam verildi .....                     “Biri yazıb ki, Nura Surinin “Rus evi” ilə əlaqəsi var...” .....                     Həbibullayev üçün ÇALINAN ZƏNG... .....                     "Azplasttech" MMC-nin də külli miqdarda vergi borcu üzə çıxdı .....                     Pezeşkianın müavini erməni səfirlə bunları müzakirə etdi .....                     Zelenski ABŞ və Rusiya arasında aparılacaq danışıqlarda iştirak edəcək .....                     ABŞ və Rusiyanın Ukrayna üzrə danışıqları .....                     Elşən Salahovun GİZLİ BİZNESİ... .....                     Tramp-Putin görüşü fevralın sonuna qədər baş tutacaq .....                     QHT və media sahəsi aysberqin görünən tərəfidir .....                     "Rusiyada şəxsin ölkə ərazisindən çıxarılması üçün məhkəmənin qərarına artıq ehtiyac olmayacaq" .....                     Azərbaycan XİN başçısının müavini “COP29”un yekunlarına dair paneldə iştirak edib .....                     Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər .....                     “Özümə biznes də qurmuşam, boyuma sataşanları bağışlamıram...” .....                     Rusiyadan ölkəmizə 100 min azərbaycanlı axın edə bilər .....                     “Biz dünyanın hər yerində Azərbaycan məktəbi aça bilmərik, amma...” .....                     Mask 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib .....                     Dəhşətli Qaradağlı faciəsindən 33 il ötür .....                     "Anamın ən böyük arzusu oğlunun məzarını ziyarət etməkdir" .....                 

AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
Tarix: 29-01-2025, 15:42 | Çap et
AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR...
“Biz hazırda Rusiyanın Amur vilayətində nəhəng qaz emalı zavodu tikirik. İşçilərin əksəriyyəti azərbaycanlılardır. Tovuz, Şəmkir bölgəsindən daha çoxdur, sayları yüzlərlədir. Hava çox soyuqdur, bəzən 40 dərəcə şaxtada işləməyə məcburuq, amma geyim, qida, təminat, təhlükəsizlik yaxşı səviyyədədir. Azərbayandakı əməkhaqqı ilə müqayisədə yaxşı maaş alırıq. Hər ayın ortasında maaşlarımız verilir, dollarla hesablanır, rublun gündəlik kursuna uyğun kartlarımıza köçürülür”.

Bunu “AzPolitika”-nın əməkdaşı ilə söhbətində Rusiyanın adıçəkilən şəhərində çalışan Şəmkir sakini Rəşad Dadaşov deyib.

Xatırladaq ki, Azərbayan mediasında vətəndaşların Rusiyanın hərbi sənaye kompleksində ağır, insan sağlamlığı üçün zərərli işlərə cəlb edilməsi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, bir qrup həmyerlimiz Tatarıstanda fəaliyyət göstərən dron zavodunda ağır əməyə cəlb edilib. Onları aldadıb gətirirlər, daha sonra aşağı əməkhaqqı və təhlükəli şəraitdə çalışmağa məcbur edirlər.

“Heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir”

Həmsöhbətimiz Rusiyanın başqa şəhərlərində də azərbayanlıların kütləvi şəkildə çalışdığını təsdiqləyir: “Tümendə, Çelyabinskdə, Moskva ətrafındakı kiçik şəhərlərdə və başqa yerlərdə çalışanlar haqda məlumatım var. Onu bilirəm ki, heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir. Azərbaycanda iş yoxdur, xüsusən rayonlarda gənclərin məşğuliyyət tapması çətindir. Əvvəl əkin, mal-qara saxlamaqla dolanmaq olurdu, neçə ildir o da camaatın əlindən çıxıb. Çıxış yolu Rusiyada belə işlər tapıb çalışmaqdır”.

R.Dadaşov deyir ki, onunla bərabər işləyənlərin bir çoxu Rusiya bazarlarında alverlə məşğul olub, amma indi bazarda pul qazanmaq çətin məsələdir: “Yəqin xəbəriniz var, miqrasiya qaydalarını sərtləşdiriblər, patentin (işləmək icazəsi) aylıq bizim pulla 200 manata çıxır. Rubl dəyərdən düşüb, Rusiyada yaşamaq, kirayə qalmaq bahalaşıb, daha əvvəlki kimi ruslarda da pul yoxdur. Ancaq ərzaq satılır. Ona görə ticarətlə məşğul olmaq sərf eləmir, məcbur qalıb belə işlərdə çalışırıq”.

Həmyerlimiz vurğulayır ki, azərbaycanlıların nisbətən yaxşı gəlirli işlərə cəlb olunması təsadüfi deyil: “Rusiyada işçi qıtlığı var, bir çox sahələrdə çalışanları yaxşı maaşla hərbi zavodlara aparıblar, bir çoxu da ordu ilə müqavilə imzalayıb Ukraynaya döyüşməyə gedir. Ona görə, 1000-1500 dollarlıq qazancı olan işlər onlar üçün sərfəli deyil. Amma bu məbləğ bizim üçün yaxşı puldur, yemək, yatmaq, patent pulu, bilet – hamısı şirkət tərəfindən qarşılanır”.

“Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki...”

Rusiyanın Sverdlovsk, Çita şəhərlərində meyvə ticarəti ilə məşğul olan Elxan Məmmədov isə deyir ki, rublun dəyərdən düşməsi bu ölkədə çalışan azərbayanlılar üçün böyük problem yaradıb: “Kimin obyekti, yaxşı qurduğu işi var, onlar problemlərə hələ ki, davam gətirə bilirlər. Dövriyyə azalsa da qazanc var, birtəhər ayaq üstə dura bilirik. Amma “sezona” gələn üçün vəziyyət çox pisdir. Qaydaları sərtləşdiriblər, nəzarəti artırıblar, əvvəlki kimi polisə, məmura “hörmət edib” işləmək çətindir. Kimin iş icazəsi yoxdur, dərhal deport edirlər”.

Həmyerlimiz deyir ki, tanıdığı xeyli azərbaycanlı artıq ölkəsinə qayıdıb, bir qism də yaxın aylarda geri dönəcək, çünki işləmək sərfəli deyil, əvvəlki kimi iş, ticarət də yoxdur: “Özünüz fikirləşin, hazırda 1000 rubl 15-16 manatdır. Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki, həm patent ödəsin, həm kirayə versin, həm burada yaşasın, sonra evə də pul göndərsin... Manatla heç olmasa aylıq 2 min manat təmiz gəlir olmasa, evə 300-400 manat göndərmək mümkün deyil. Bizim çalışdığımız şəhərdə bu məbləği hər adam qazana bilmir, çünki alver “ölüb”, hər şey bahalaşıb”.

“Rusiyada ciddi işçi qıtlığı var...”

Moskvada ticarət mərkəzi olan Maarif Əsgərov isə 10 ildən artıqdır Rusiya vətəndaşı olduğunu, işlərinin pis getmədiyini deyir: “Bizim iş ərzaq, içki və s. gündəlik tələbat malları satmaqdır. Doğrudur, 2 il əvvəllə müqayisə etsək, ticarət dövriyyəsi 30 faiz azalıb, ona görə də başqa işləri dayandırmağa məcbur olduq. Fikrimiz vardı daha bir ticarət mərkəzi açaq, yeni işçilər götürək, amma gedişat bu qədər sərmayə qoyuluşu üçün böyük risqlər yaradır”.

Həmyerlimiz vurğulayır ki, Rusiyada ciddi işçi qıtlığı var, onun özü də bu problemdən əziyyət çəkir: “Müharibə, miqrantlara qarşı təzyiqlər, sərt qaydalar çoxlu sayda əmək qabiliyyətli adamların ölkədən getməsinə səbəb olub. Bir tərəfdən də hərbi sənaye çox cəlbedicidir, yüksək maaşlar verilir, gənclər ora axın edir. Miqrantları işə cəlb etməyə maraq yoxdur, kimin vətəndaşlığı var, orduya aparmağa çalışırlar. Yaxasını ələ verənin evi yıxıldı, hələ Ukraynadan sağ qayıdan görməmişəm”.

M.Əsgərov deyir ki, manatla 1200-1500 manat əməkhaqqı ilə işçi tapa bilmir: “Bu gedişlə Rusiyanın axırı yoxdur, iqtisadi vəziyyət də günü-gündən çətinləşir, şübhə eləmirəm ki, çox uzaq olmayan vaxtda biz də hər şeyimizi satıb Azərbaycana qayıdacağıq, amma orada da bizi xoş günlər gözləmir. Nə isə, Allah bilən məsləhətdir”.

“Yaşlı kişini yerə yıxıb döyüblər ki, müharibəyə niyə getmirsən”

Moskvada 20 ilə yaxındır meyvə ticarəti ilə məşğul olan İsmayıl Həmidov isə yaxın aylarda Azərbaycana dönməyi planlaşdırır. Deyir ki, Yeni ildə ötən bayramdan 70 faiz az satış edə bilib: “Camaatda pul yoxdur, hamı ərazaq alır, kimdir meyvəyə pul verən? Bir tərəfdən də “qara milləti” sıxışdırırlar, ələ keçəni müharibəyə aparırlar. Ötən həftə bizim uzaq qohumun evinə basqın etmişdilər. Təsəvvür edin, binanın işığını söndürüb evə hücum çəkiblər, 55 yaşında kişini yerə yıxıb döyüb-təhqir ediblər ki, niyə hərbi çağırışdan yayınırsan...”

Rusiyada ancaq onlar qala bilər...

Rusiyada çalışan azərbaycanlılar arasında apardığımız sorğudan ortaya çıxan mənzərəni belə təsnif etmək olar:

Rusiyada işləməyə yeni gedənlərin böyük əksəriyyəti sənaye müəssisələrinin tikintisinə cəlb olunanlardır. Əməkhaqqı və iş şəraiti onları qane edir, müvəqqəti də olsa, bu, onlar üçün sabit gəlir mənbəyidir.

Mövsümi olaraq bazarlarda çalışıb gündəlik qazanca ümid edənlərin əksəriyyəti üçün isə vəziyyət çox çətindir. Həm qaydalar sərtləşib, həm də ölkədə iqtisadi aktivlik aşağı düşdüyündən, yaşam şərtləri ağırlaşdığından Rusiyada qalmaq sərfəli deyil.

Qonşu ölkədə yalnız ticarət obyektləri, yaxşı əlaqələri olan azərbaycanlılar qalıb işləyə bilirlər. Onların gəlirləri azalsa da, alternativlərdən ən yaxşı durum elə Rusiyada ticarəti davam etdirməkdir. Hələ ki...

Rayonlarda vəziyyət acınacaqlıdır

Beləliklə, yüz minlərlə azərbaycanlı ölkənin bağlı qapılarını yavaş-yavaş döyməyə başlayır. Onlar öz vətənlərinə, ailələrinin yanına qayıdıb yaşamlarını sürdürməyə ümid edirlər. Amma sərhəd maneəsini keçsələr belə, Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa təmin etməyə imkanlar varmı?

Nəzərə alaq ki, Rusiyada çalışanların böyük əksəriyyəti rayon sakinləridir. Azərbaycan rayonlarından isə əhali sürətlə paytaxta axışır, çünki son 10 ildə aqrar sektorun əksər sahələri gəlirsizdir, əhali torpaqlarını imkanlı şəxslərə, şirkətlərə satmaq məcburiyyətində qalıb. Bir qism üçün isə kənd təsərrüfatı ilə məşğul olmaq - əkin əkmək, mal-qara saxlamaqla dolanışığı təmin etmək mümkün deyil. Bunun çoxlu obyektiv və subyektiv səbəbələri var. Hazırda büdcədən maaş alanlar, pensiya, müavinət, ünvanlı yardım əldə edə bilnlər pis-yaxşı dolana bilir, kəndlərdə yaşayan qalan sakinlər üçün isə ən yaxşı halda günəmuzdla məmurların, iş adamlarının təsərrüfatlarındakı mövsümi işlərdə çalışmaq qalır.

Nəzərə alsaq ki, həmin təsərrüfatlarda istehsal olunan məhsullar da Rusiya bazarlarına hesablanıb, o zaman aydın olur ki, qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi onların biznesini də ciddi risqlərlə üz-üzə qoyur.

Hökumət bölgələri dirçəltməlidir

Azərbaycan hökumətinin qarşısında duran prioritet məsələ regionların dirçəldilməsini, şəhərlərə axışan əhalinin geridönüşünü təmin etməkdir. Bu məqsədlə dövlət proqramı, yüz milyonlarla investisiya lazımdır. Amma bir şərtlə: 2005-2024-cü illərdə icra olunmuş, 100 milyard manat vəsaitin xərcləndiyi, ancaq heç bir ciddi nəticəsini görmədiyimiz 3 dövlət proqramı kimi deyil, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, real islahatları əhatə edəcək tədbirlər görülməlidir. O zaman Rusiyadan qayıdan yüz minlərlə əmək qabiliyyətli vətəndaş da regionların iqtisadi inkişafına böyük fayda verə bilər.

“AzPolitika.info”












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİA-AZ -da texniki fasilə... - DİQQƏT
Bu gün, 14:06
Zəngəzur dəhlizi açılır: “Litva modeli” nədir? – Sabiq nazir bəyan etdi
Bu gün, 09:37
“Azneft”dən Mərkəzi Banka TRANSFER... - BUNDAN SONRA...
Bu gün, 08:41
Ər-Riyad dünyanı xilas edir: İran üçün də çalışır?
Bu gün, 08:38
“Mirsaleh Seyidov Penitensiar Xidmətə rəis gələndən…” - MƏHBƏSDƏN BAXIŞ...
Bu gün, 08:37
0,9 faizlik azalma ciddi siqnal olmalıdır - NƏ ETMƏLİ?
Bu gün, 08:32
Bir bəyanatın min “çaları” - İNCƏLƏMƏ
Bu gün, 08:29
Bu da bir “Rabitə bank” MÖCÜZƏSİDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:26
Aprelin 1-də xoş xəbər ola bilər - AMMA...
Bu gün, 08:17
Ölkədə ƏT BÖHRANI: Nazir GÜNAH KEÇİSİ peşində... - Quzu kababı yeyənlərmi ölkənin axırına çıxıb?
Bu gün, 08:11
Erməni politoloqdan Köçəryana Laçın sualı... - “1999-cu ildə Heydər Əliyevlə…”
Bu gün, 07:06
Ukrayna parçalanır, Zelenski ölkədən qaçır… - Şok proqnoz
Bu gün, 07:04
Zelenski müharibə zamanı həlak olan hərbçilərin sayını açıqlayıb - 46 min hərbçi və...
Bu gün, 06:58
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Bu gün, 06:55
İranda bu dəfə kim “zəhər içəcək”? - AKTUAL
Bu gün, 06:41
Tatarlar ruslara jest edəcək
Bu gün, 06:28
"Bizi paxıl və ya kiməsə qarşı qərəzli hesab edirlər"
Bu gün, 03:40
“Orbita” MTK rəhbəri vətəndaşa qarşı... - Famil Bağırov ÖZBAŞINA QALIB...
Bu gün, 03:35
"Bu söz mənə yaraşır..." - VİDEO
Bu gün, 03:22
"Biz avropalılar buna imkan verməyəcəyik..." - Trampa qarşı ÜSYAN?
Bu gün, 03:16
Azərbaycanın Baş naziri Tehrana gedir - “Mehr”
Bu gün, 03:00
Dəmirörənin üzərindəki həbs qərarına xitam verildi - 66 milyonluq borc və iki şikayət...
Bu gün, 02:23
“Biri yazıb ki, Nura Surinin “Rus evi” ilə əlaqəsi var...”
Bu gün, 02:20
Həbibullayev üçün ÇALINAN ZƏNG... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 02:14
"Azplasttech" MMC-nin də külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 02:00
Pezeşkianın müavini erməni səfirlə bunları müzakirə etdi
Bu gün, 01:56
Zelenski ABŞ və Rusiya arasında aparılacaq danışıqlarda iştirak edəcək - Tramp
Bu gün, 01:54
ABŞ və Rusiyanın Ukrayna üzrə danışıqları fevralın 18-də Ər-Riyadda keçiriləcək
Bu gün, 01:39
Elşən Salahovun GİZLİ BİZNESİ... - İLGİNC
Bu gün, 01:37
Tramp-Putin görüşü fevralın sonuna qədər baş tutacaq - "Newsweek"
Bu gün, 01:17
QHT və media sahəsi aysberqin görünən tərəfidir - NƏ BAŞ VERİR?
Bu gün, 01:14
"Rusiyada şəxsin ölkə ərazisindən çıxarılması üçün məhkəmənin qərarına artıq ehtiyac olmayacaq" - DEMƏLİ...
Bu gün, 01:11
Azərbaycan XİN başçısının müavini “COP29”un yekunlarına dair paneldə iştirak edib
Bu gün, 01:08
Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər - Bakı həlledici addıma gedir?
Bu gün, 01:02
“Özümə biznes də qurmuşam, boyuma sataşanları bağışlamıram...”
Bu gün, 00:54
Rusiyadan ölkəmizə 100 min azərbaycanlı axın edə bilər - Kreml qaydaları daha da sərtləşdirir
Bu gün, 00:52
“Biz dünyanın hər yerində Azərbaycan məktəbi aça bilmərik, amma...” - Sabir Rüstəmxanlı
Bu gün, 00:49
Mask 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib - NBC
Bu gün, 00:47
Dəhşətli Qaradağlı faciəsindən 33 il ötür - ANIM
Bu gün, 00:07
"Anamın ən böyük arzusu oğlunun məzarını ziyarət etməkdir"
Dünən, 18:23
Ermənilər yavaş-yavaş Tavuşu boşaldır – Sərkisyan
Dünən, 18:20
Erməni hərbçilər müharibədən 4 il sonra DƏFN OLUNACAQ
Dünən, 18:16
Hüseynbala Mirələmovun oğlu bələdiyyə üzvü seçildi
Dünən, 18:14
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
Dünən, 14:56
Saatlıda ata və oğulun dəhşətli cinayəti - DETALLAR
Dünən, 14:55
Gülər Əhmədova oğluna toy etdi - FOTO
Dünən, 12:51
Qiyməti artdı, bəs çəkisi? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 12:49
"Mahnını pulla almışamsa, niyə kiminsə adını çəkməliyəm?"
Dünən, 12:46
AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib - DİQQƏT
Dünən, 12:44
“25 yaşında qızlarla oturub-dururlar, mənim kimi yaşlı qadını neynirlər?”
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru