
Kalka döyüşündən bəhs edən qalmaqallı rəsmi Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muxetdinovun ofisindən yığışdıracaqlar.
Bu barədə qurumun Telegram kanalında məlumat verilib.
Muxetdinov bildirib: “Rəsmin məzmunu mənim həmvətənlərimi narahat edir, mən konstruktiv tənqidlər eşitmişəm və rəsmi ictimaiyyətin gözü qarşısından yığışdırmağa qərar vermişəm. Dini xadim kimi bizim rolumuz sülh yaratmaq, xalqlar arasında birlik və dostluğu möhkəmləndirməkdir”.
O qeyd edib ki, rəsm Böyük Vətən müharibəsindən bəhs edən kətanla əvəzlənəcək.
Muxetdinov bir müddət əvvəl bildirmişdi ki, Kalka çayı üzərindəki döyüşdə məğlub olan rus əsgərlərinin rəsmi rusların və tatarların ümumi faciəsinə həsr olunub. O, qeyd etmişdi ki, döyüşdə onun əcdadları Qızıl Orda sıralarında deyil, ruslar kimi, əzilənlərin yanında olub: “Axı, bu döyüşdə slavyanlar və türklər işğalçıya qarşı birgə vuruşublar”.
Xatırladaq ki, rus tarixçilərindən biri rəsmdə əzilmiş rus əsgərlərinin fonunda Orda əsgərlərinin ziyafət təşkil etməsi ilə bağlı məqama diqqət çəkərək, məsələyə dini və siyasi don geyindirməyə çalışmışdı.
Teleqraf.az