Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... .....                     Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi .....                     Naxçıvanda Ali Məclis ləğv ediləcək .....                     Keçmiş məmurun həbsdə olan oğlu .....                     Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb .....                     Magistraturaya sənəd qəbulu bu gün başa çatır .....                     31 yaşlı müəllim qəfil vəfat etdi .....                     Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                 

“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Tarix: 27-12-2024, 07:08 | Çap et
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır”
"DİA-AZ" Globalinfo.az-a istinadla Azərbaycan Prezidentinin İctimaiyyətlə Əlaqələr bölməsinin sabiq rəhbəri, BMT İnkişaf Proqramının Azərbaycanda Ekoloji Layihələrinin sabiq rəhbəri, müstəqil ekspert Çingiz Məmmədovla müsahibəni təqdim edir:

-Çingiz bəy, 2024-cü ilin əvvəlində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirdi. Lakin baş tutmadı. Ermənistan növbəti ildə müxtəlif bəhanələrlə prosesi ləngidə bilərmi?

-Mən 2024-cü ilin əvvəlində də iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin deyildim. Əsas səbəb isə Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməməsi idi. Bu yaxınlarda Prezident İlham Əliyev də açıqlamasında bu nüansları qeyd etdi. Hazırda Ermənistanın mövqeyində dəyişiklik görünmür. Rəsmi İrəvan sözügedən şərtləri qəbul etməyənə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması gözlənilən deyil.

-Azərbaycanın Ermənistandan əsas tələbi konstitusiyada dəyişiklikliyin edilməsi idi. Rəsmi Bakı bu olmadan sülh sazişinin imzalanmasının mümkünsüzlüyünü dəfələrlə deyib. Hansı halda Nikol Paşinyan Ermənistan konstitusiyasında olan ərazi iddiasının çıxarılması üçün referenduma gedər?

-Ermənistan konstitusiyasında dəyişiklik edilməsini zəruri edən iki səbəb var: hüquqi və mənəvi-psixoloji. Hüquqi baxımdan əgər bir ölkənin konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiası varsa, iki ölkə arasında sülh müqaviləsi imzalana bilməz. Ermənistan Konstitusiya Məhkəməsinin “bu məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmadığı” barədə səsləndirdiyi fikirlər tamamilə yanlışdır. Beynəlxalq aləm suveren dövlətlərdən ibarətdir. Onların əsas sənədi isə konstitusiyadır. Heç bir daxili və ya beynəlxalq sənəd konstitusiyadan üstün ola bilməz. Bu, beynəlxalq hüququn əlifbasıdır. Bir sözlə, Ermənistan konstitusiyasında ərazi iddiasından əl çəkməyəcəkcə, Azərbaycanla imzalanacaq hər hansı sülh müqaviləsinin hüquqi qüvvəsi olmayacaq. Yeni gələn hakimiyyət bu sənədi konstitusiyaya uyğun olmadığı üçün ləğv edə bilər.

Digər tərəfdən hətta imzalanmış hər-hansı sənəd belə sülhün təminatçısı deyil. Çünki dövlətlər öz imzaladıqları sənədləri belə pozurlar. Bunu son zamanlar beynəlxalq aləmdə tez-tez görürük. Yeganə sülh təminatçısı Ermənistanda revanşizmin olmamasıdır. Yəni davamlı sülh üçün erməni xalqının böyük hissəsi revanşizmdən əl çəkməlidir. Konstitusiyada dəyişiklik isə referendum vasitəsilə mümkündür. Əhalinin böyük hissəsi bunun lehinə səs verərsə, həm konstitusiyada dəyişiklik mümkün olacaq, həm də Ermənistan cəmiyyətində revanşizm ehtimalı xeyli azalacaq.

-Bu ilin aprel ayında Qazaxın anklav olmayan 4 kəndi Azərbaycana qaytarıldı. Naxçıvanın Kərki kəndi və Qazaxın anklav olan kəndləri ilə bağlı isə hələ də qeyri-müəyyənlik qalır. Onların da qaytarılması mümkündürmü?

-Kərki kəndi çox strateji əhəmiyyətə malikdir. Çünki məhz Zəngəzurda Naxçıvanla Azərbaycanın digər ərazilərinin böyük hissəsi arasındakı əsas yolda yerləşir. Ona görə də Ermənistan Kərkinin Azərbaycana qaytarılmasına müqavimət göstərir. Rəsmi Bakı Kərkinin geri qaytarılması məsələsində təkid etməlidir.

-Yaxın Şərqdə gərginlik davam edir, eləcə də Rusiya-Ukrayna müharibəsi 3 ilə yaxındır dayanmır. Bunların hansının yeni ildə dayandırılması daha realdır?

– Yeni ilin əsas hadisəsi ABŞ-da yeni administrasiyanın işə başlaması olacaq. Rəsmi Vaşinqtonun üç böyük problemi var. Bunlardan birincisi və ABŞ üçün ən önəmlisi Çinlə dünya hegemonluğu uğrunda rəqabətdir. Amma hazırda orada qan tökülmür. Siz qeyd etdiyiniz digər iki münaqişə ocağı ABŞ-ın diqqət və resursunu Çinlə rəqabətdən yayındırır. Ona görə ABŞ bu iki ocağı söndürməkdə maraqlıdır ki, bütün gücünü Çinlə mübarizəyə yönəldə bilsin.

Yaxın Şərq 1948-ci ildə İsrail yaranandan gərgin vəziyyətdədir. İsrail lobbisi ABŞ-da çox güclüdür. Onun maraqları naminə ABŞ Yaxın Şərqdə İsraili dəstəkləməkdə davam edəcək, buna görə bu bölgədə sülhə nail olmaq çox çətindir. Yaxın Şərqlə müqayisədə Rusiya-Ukrayna müharibəsinin dondurulması mənə daha ehtimallı görünür. Buna görə çox güman ki, yeni ABŞ administrasiyası ilk növbədə Ukrayna müharibəsini dayandırmağa çalışacaq.

-Suriyada 53 ildən sonra Bəşər Əsəd rejiminin süqutu böyük səs-küyə səbəb oldu. Suriyada baş verənləri necə dəyərləndirirsiniz? Bu günlərdə İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. İki lider razılaşıb ki, Suriyanın bərpasında Azərbaycan da iştirak etsin. Bunun geopolitik mənası, anlamı nədir? Azərbaycan Yaxın Şərqdə təmsil olunmaq imkanı qazanır?

-Suriya rejimi zəif hakimiyyət idi. Çünki xalqa arxalanmırdı. Amma prosesdə əsas rolu hakimiyyətdəki boşluq oynadı. 2011-ci ildə Suriyada başlamış proseslər 2015-16-cı ildə Rusiya və İranın Bəşər Əsəd hakimiyyətini dəstəkləməsi hesabına status-kvo ilə tamamlandı. Hazırda Rusiyanın başının Ukraynaya qarışması, İranın da İsrailin, yəni, ABŞ-ın zərbələri və daxili səbəblərdən zəifləməsi Bəşər Əsədin hakimiyyətini laxlatdı. Nəticədə o, hakimiyyəti təhvil verməli oldu. Sözsüz ki, burada əsas rollardan birini Türkiyə oynadı. Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünün saxlanması şərti ilə burada yeni hakimiyyətin qurulmasına çalışır. Azərbaycan bu işdə Türkiyəyə yardımcı ola bilər. Prezidentlərin telefon danışığında da məhz bu məsələ müzakirə edilib. Azərbaycanın Türkiyəni dəstəkləməsi Yaxın Şərqdə rəsmi Ankaranın təsirini daha da gücləndirir. Deməli, Azərbaycanın da Yaxın Şərqə təsiri var.

-Suriyadan baş verən hadisələrdən sonra İranın da eyni vəziyyəti yaşaya biləcəyindən bəhs edilir. Bu mümkündürmü?

-Suriyada baş vermiş hadisələrdən sonra İsrailin və onu dəstəkləyən ABŞ-ın diqqəti İrandadır. İran hazırda İsrailin əsas hədəfidir. Onlar rəsmi Tehranda hakimiyyət dəyişikliyini istəyər. Amma bunun nə dərəcədə real olduğunu nəzərə almalıyıq. Suriya ilə müqayisədə İranın bir neçə fərqli cəhəti var.

İndiki İran Qacar dövlətinin varisidir. Yeri gəlmişkən, Qacar dövlətinin digər varisi Azərbaycan Respublikasıdır. Avropanın müstəmləkə dövründə cəmi iki müsəlman dövləti – Osmanlı imperiyası və Qacarlar nominal müstəqilliyini qoruyub saxlaya bilmişdi. Ona görə də İranın uzunmüddətli dövlətçilik ənənəsi, daha sonra 90 milyona yaxın əhalisi var. Özü üçün kifayət edəcək qədər iqtisadi potensiala malikdir. Ona görə də Suriyada baş verənləri İranda təkrarlamaq asan məsələ deyil.

-Digər məsələ İrana qarşı Qərbin gözlənilən sanksiyalarıdır. Rusiyaya olduğu kimi, rəsmi Tehrana da sanksiyaların tətbiq ediləcəyi gözlənilir? İran buna tab gətirə biləcək?

– İrana qarşı sanksiyalar elə islam inqilabından sonra tətbiq edilib. Əlbəttə, yeni sanksiyalar da mümkündür. Sanksiyaların məqsədi bir növ hakimiyyəti zəiflədib, əhalini hakimiyyətdən narazı vəziyyətə s almaqdır. İranda sosial məsələlərdə problemlər var. Elektrik enerjisində fasilələr yaranır, pensiya və maaşlarda ləngimələr olur, yerli valyuta zəifləyib və s.

Lakin İrandakı sosial vəziyyətin hakimiyyət dəyişikliyinə gətirə biləcək qədər gərgin olduğunu düşünmürəm. Çünki İran Çinə və digər ölkələrə öz enerji daşıyıcılarını satır və satacaq. Bu gəlirlər sosial gərginliyi müəyyən səddi keçməməyə kömək edər. Kənd təsərrüfatı da kifayət qədər inkişaf edib. Zənnimcə, İrana qarşı daha çox etnik separatizmdən istifadə etməyə çalışacaqlar. Bu, sosial çətinliklərlə birlikdə ciddi təhlükəyə çevrilə bilər.

-Rusiya-Ukrayna müharibəsinə də toxunmaq istəyərdim. 2025-ci ildə bu müharibənin taleyi necə olacaq? Tərəflər arasında sülh sazişi, hansısa anlaşma mümkün görünürmü? Ukraynanın bölünməsi realdırmı?

– Rusiya-Ukrayna müharibəsi hər iki dövlətin gücünü azaldır. 10 milyona yaxın ukraynalı ölkəni tərk edib. Təxminən bir milyona yaxın insan ya həlak olub, ya da ağır yaralanıb. Çox güman ki, Rusiya tərəfində də rəqəmlər eynidir. Hər iki ölkə müəyyən şərtlər altında münaqişənin dayandırılmasında maraqlıdır. Bu müharibənin təsirini təəssüf ki, biz də hiss edirik.

Rusiya Ukraynanın NATO-ya üzv olmamasında təkid edəcək. Krım yarımadası daxil olmaqla, ələ keçirdiyi ərazilərin onda qalmasını, Qərbin tətbiq etdiyi sanksiyaların aradan götürülməsini istəyəcək. Bu şərtlər də Ukrayna üçün qəbuledilməzdir. Ona görə də iki ölkə arasında sülh müqaviləsinin deyil, atəşkəsin imzalanması mümkündür. Qüvvələrin yerləşdiyi xətt boyu atəşkəs elan edilir və döyüşlər dayandırılır. Təxminən 1994-cü ildə Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəsə bənzəyir.

Belə bir atəşkəsin imzalanması Ukraynanın bölünməsi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər. Çünki Ukrayna nə Krımı, nə də öz şərqində yerləşən 4 vilayəti idarə etməyəcək.

-ABŞ-da yeni seçilmiş prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra müharibəni dayandıracağına böyük ümidlər var idi. Lakin son vaxtlar bunun əksi istiqamətində xəbərlər yayılır…

– Rusiya və Ukrayna arasında hər hansı bir razılaşma onların həm bir-biri ilə qüvvə nisbətinin, həm də beynəlxalq aləmdə gedən proseslərin nəticəsidir. Bayden administrasiyasının Tramp administrasiyası ilə əvəz olunması Ukrayna-Rusiya münaqişəsinə təsir göstərən amil hesab olunur. Donald Trampın seçki öncəsi verdiyi vədlər daxili auditoriyaya yönəlmişdi.

O, seçildiyi andan bir gün sonra münaqişəni dayandıracağını bəyan etmişdi. Lakin seçilməsindən ay yarım vaxt keçsə də müharibə hələ də davam edir. Doğrudur, Tramp əlindəki imkanlardan Rusiya və Ukraynaya təsir göstərə bilər. Bu resursların atəşkəsə kifayət edib-etməyəcəyi isə sual doğurur. Hesab edirəm ki, atəşkəs mümkündür. Bundan sonra uzun danışıqlar başlayacaq. Bizim Ermənistanla 35 il çəkmiş danışıqlar kimi. Onların nə ilə nəticələnəcəyi hər iki dövlətin daxilində, həm də qlobal miqyasda baş verəcək hadisələrdən asılı olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20
Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 10:15
Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11
Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02
Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00
Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru