FAZİL MƏMMƏDOV OLİQARXLARI HƏDƏFƏ ALDI
Tarix: 30-10-2011, 13:00 | Çap et
VERGİLƏR NAZİRİNİN YA SÖZÜ, YA DA ÖZÜ BATACAQ
DİA.AZ: - Son günlər Vergilər Nazirliyində maraqlı proseslər baş verir. Bir müddət öncə nazir Fazil Məmmədov "2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepisiyası" haqda sənəd təsdiqləyib. Konsepsiyanın reallaşması üçün nəzərdə tutulan tədbirlər planında göstərilir ki, vergi borclarının minimallaşdırılması üçün borcunu ödəməyən vergi ödəyicilərinin siyahısı internetdə və KİV-də yayımlanacaq. Beləliklə, bu ildən etibarən Azərbaycanda vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumatlar -"qara siyahı" ictimaiyyətə açıqlanacaq.
Hər kəsə bəllidir ki, Azərbaycanda vergidən yayınan əsas şəxslər iri oliqarxlardır. Hər gün hamımızın gözü qarşısında on minlərlə vəsait ayrı-ayrı şəxslər tərəfindən gizli şəkildə mənimsənilir, vergi pulları şəxsi ciblərə axıdılır. Əgər vergidən yayınma halları bu qədər şəffaflaşdırılacaqsa, yəni ictimaiyyət üçün açıq olacaqsa demək ilk növbədə oliqarxların obyektləri diqqət mərkəzində olacaq.
Amma vergidən yayınma halları nazirliyin özü üçün də ciddi gəlir mənbələrindən biridir. Nisbətən orta ranqlı iş adamlarının vergi ödəmələrindəki maxinasiyalar vergilər nazirliyinə də milyonlar qazandırır. Konkret ünvanları da göstərə bilərik: Dənizkənarı Milli Parkdakı ictimai iaşə obyektləri, habelə paytaxtın ayrı-ayrı yerlərində - "Gənclik", "Nərimanov", "Neftçilər", "Əhmədli" metrostansiyalarının yaxınlığındakı çayxanalar, restoran və kafelər, eləcə də paytaxtda tüğyan edən küçə alverində vergilərin hansı vasitələrlə yığılması heç kimə bəlli deyil.
Biz adlarını sadaladığımız ərazilərdən yığılan bütün vergilərin mənimsənildiyi haqda iddialarla çıxış etməklə söz savaşı açmaq niyyətində deyilik. Sadəcə, bir çaydan çayın qiymətinin 15-20 manat təşkil etdiyi bulvardakı çayxanalardan, habelə yüksək xidmətli restoran və kafelərdən yığılan vergilərin məbləğinin mətbu orqanlara açıqlanmaması şübhə doğuran məqamlardandır. Aidiyyəti orqanlar vergilərin miqdarını açıqlamaqdan hər vəchlə imtina edirdilər. Bu obyektlər ən yaxşı halda bildirirlər ki, vergilər mövcud qanuna uyğun toplanılır. Guya ki, başqa cür toplanmalı imiş. Bəs həmin vergilərin miqdarı? Ərazisi 5 kvadratmetr olan çayxanalardan yığılan vergi ilə 15-20 kvadratmetrlik çayxanaların ödədiyi vergilər arasında hansı fərqlər var? - Bu sualların cavabı hələ də açıq qalır.
Hazırda paytaxtın vergi müfəttişləri son günlər dəb halını almış yeni "vergitoplama üsulu"ndan istifadə edirlər - marketlərin, ərzaq mağazaları satıcılarını, kassa aparatları işçilərini pusma, güdmə üsulundan... Vergi müfəttişləri sıravi geyimli vətəndaşı mağazaya hansısa ərzaq məhsulunu, malı almaq üçün göndərir, özləri isə küçədə dayanıb, həmin şəxsin marketdən qayıtmasını gözləyirlər. Elə ki, ştatdankənar vergi "müfəttişi" içəridən nə isə alıb qayıtdı, müfəttişlər dərhal içəri girərək kassirlərdən sonuncu satılan malın qəbzini tələb edirlər. Vay o gündən ki, kassir son əməliyyatı aparata vurmayıb! Onda market sahibini böyük miqdarda cəzalandırılma gözləyir. Lakin müfəttişlərin bir qismi bu problemi sahibkarla öz aralarında "qarşılıqlı razılaşma" yolu ilə də çözürlər. Bu "əməliyyat"ı isə nə dil bilir, nə dodaq...
Vergi toplamalarının naməlum və şübhəli aparıldığı yerlər həm də küçə ticarətinin tüğyan etdiyi Xətai, Nizami, Nərimanov və digər rayonlarla əlaqədardır. Məsələn, vergi müfəttişlərindən başqa hələ heç kimə bəlli deyil ki, "Neftçilər", "Xalqlar dostluğu", "Əhmədli", "Qara Qarayev" və digər metrostansiyalarının qarşısında, habelə paytaxtın gözdən-könüldən iraq qəsəbələrində küçələrdə yerə tökülərək satılan ərzaq məhsulları, meyvə-tərəvəzlərin satışından əldə edilən gəlirə görə vergilər necə, hansı şəraitdə toplanılır? Qeyd edək ki, Bakıda küçə ticarəti xüsusilə havaların isti keçdiyi yaz və yay aylarında tüğyan edir. Bölgələrdən paytaxta gətirilən tonlarla qarpız və qovunlar yük avtomobillərindəcə satılır. Elə ki, yük avtomobilləri münasib hesab edilən yerlərdə meyvə-tərəvəzin satışına başlayırlar, dərhal vergi müfəttişləri onlara yaxınlaşır, qanunun nə demək olduğunu satıcılara başa salmağa çalışırlar. Elə ki, satıcılar vergi müfəttişlərini lazımınca "görüm-baxım" elədilər, qanun da, digər məsələlər də öz qaydasında olur və ticarət davam edir. Bu satışdan əldə olunan gəlirlərə görə vergilərin hansı formada yığılması, həmin vəsaitlərin kimlərin, hansı məmurların ciblərinə axdığını isə heç kim bilmir. Bilinən odur ki, ayrı-ayrı icimai iaşə obyektlərindən, qanunsuz küçə ticarətindən yığılan vergilər müfəttişlərin, habelə onların tabe olduqları aidiyyəti qurumların rəhbərlərinin ciblərinə axır.
Bir sözlə gündəlik qanunsuz ticarətin davam etməsi fonunda bu, milyonlarla vəsait deməkdir. Təbii ki, bütün bu proseslər oliqarxların da diqqətindədir və F.Məmmədovun onların biznesi haqqında hər hansı bir açıqlaması həmin oliqarxların əks hücumuna səbəb olacaq. Məsələn, Ziya Məmmədovun "Zqan holdinq", Kəmaləddin Heydərovun "Gilan", Bəylər Əyyubovun taxta biznesi, Ramil Usubovun restoranlar şəbəkəsi və ya digər bir ciddi oliqarxın obyektinin vergidən yayınması haqda məlumat vergilər nazirinin özünün vergi yolu ilə qazandığı milyonlarını zərbə altına qoya bilər. Buna görə də vergilər nazirinin sözünü tutacağı və adıçəkilən konsepsiyanın reallaşacağı inandırıcı görünmür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20 |
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50 |
|
|
|
|